Kriptovalyuta (Cryptocurrency) nədir? Kriptovalyutaları necə alıb-satmaq olar?

Kriptovalyuta (Cryptocurrency) nədir? Kriptovalyutaları necə alıb-satmaq olar?

Kriptovalyuta bütün dünyada investorların marağını cəlb edən müasir maliyyə alətidir. O, blokçeyn texnologiyasına əsaslanan, təhlükəsizlik və şəffaflığı təmin edən virtual və ya rəqəmsal valyutadır. “Bitcoin” və “Ethereum” kimi populyar kriptovalyutalar artıq qlobal iqtisadiyyatın ayrılmaz hissəsinə çevrilərək, maliyyə sahəsində yeni yanaşmaların yaranmasına səbəb olublar. Bu bloqda kriptovalyutanın nə olduğunu, necə işlədiyini və niyə getdikcə populyarlaşdığını nəzərdən keçirəcəyik. Siz, həmçinin kriptovalyuta almaq və kriptovalyuta satmaq üçün düzgün platforma seçməkdən tutmuş əsas strategiyalara qədər bütün vacib məqamlar haqqında öyrənəcəksiniz. Bu məqalə kriptovalyutaları investisiya portfelinə əlavə etməkdə maraqlı olan hər kəs üçün əla başlanğıc olacaq.

İlk kriptovalyuta nə vaxt və kim tərəfindən yaranıb?


Bir az kriptovalyutanın tarixindən danışaq. İlk kriptovalyuta olan Bitkoin 2008-ci ildə yaradılmışdır. Onun yaradılışı şəxsiyyəti bu günə qədər naməlum qalan Satoşi Nakamoto təxəllüslü şəxslə bağlıdır. Həmin dövrdə dünya maliyyə sistemi ciddi böhranla üz-üzə idi və bir çox insan ənənəvi maliyyə institutlarından asılı olmayan alternativ alət axtarışında idi. Beləliklə, Nakamoto hər hansı dövlət qurumu və ya banklar kimi vasitəçilər olmadan fəaliyyət göstərə bilən mərkəzləşdirilməmiş rəqəmsal valyuta şəklində bir həll yolu təklif etdi.

“Bitcoin” barədə məlumat ilk dəfə olaraq S.Nakamotonun dərc etdiyi "Bitcoin: A Peer-to-Peer Electronic Cash System" adlı sənəddə öz əksini tapmışdır. Bu məqalə kriptonun necə işlədiyini və şəbəkə üzərində təhlükəsiz əməliyyatlar aparmaq üçün necə istifadə oluna biləcəyini təsvir edirdi. Blokçeyn texnologiyasından istifadə edərək, Bitkoin mərkəzləşdirilmiş nəzarət tələb etmədən əməliyyatların təhlükəsizliyini təmin edirdi.

Bitkoinlə ilk əməliyyat 2009-cu ilin yanvarında aparılıb. Belə ki, Satoşi Nakamoto sonralar kriptovalyuta icmasının ilk üzvlərindən olan Hel Finniyə 10 Bitkoin köçürmə etmişdir. O zaman “Bitcoin”nin faktiki olaraq heç bir dəyəri yox idi. Lakin zamanla “Bitcoin” investorların diqqətini çəkməyə başladı. 2011-ci ildən etibarən isə bitkoinlərin digər valyutalarla mübadiləsinə imkan verən birjalar yaranmağa başlamışdı və beləliklə “Bitcoin” real maliyyə alətinə çevrildi.

Kriptovalyuta bazarı nədir? Kriptovalyuta birjaları necə işləyir?


Kriptovalyuta bazarı alıcı və satıcıların kriptovalyuta mübadiləsi apardığı rəqəmsal məkandır. Bu bazar da fond bazarı kimi, müxtəlif aktivlərlə ticarət etməyə imkan verir, lakin burada səhmlər əvəzinə “Bitcoin”, “Ethereum” və digər altkoinlərdən istifadə edilir. Kriptovalyuta bazarı həftənin 7 günü, günün 24 saatı fəaliyyət göstərir ki, bu da onu ənənəvi maliyyə bazarları ilə müqayisədə unikal edir. Kriptovalyuta birjasının 2 növü var: mərkəzləşdirilmiş (CEX) və mərkəzləşdirilməmiş (DEX).

“Binance” platforması və “Coinbase” kimi mərkəzləşdirilmiş birjalar alıcılar və satıcılar arasında vasitəçi rolunu oynayır. Onlar əməliyyatların təhlükəsizliyini təmin edir, geniş çeşiddə ticarət alətləri təklif edir və çoxsaylı valyutaları dəstəkləyir. Bununla belə, bu cür platformaların istifadəçiləri öz aktivlərinə nəzarəti birjaya verirlər ki, bu da onlar üçün nisbətən riskli ola bilər.

“Uniswap” və ya “PancakeSwap” kimi mərkəzləşdirilməmiş birjalar istifadəçilərə öz aralarında, yəni vasitəçilər olmadan ticarət etməyə imkan verir. Bu cür platformalar məxfilik və aktivlər üzərində nəzarəti təmin edən ağıllı müqavilələr əsasında fəaliyyət göstərir.

Necə investisiya edərək kriptovalyuta alıb-satmaq olar?


“Kriptovalyuta nədir?” sualına cavab tapan şəxsləri maraqlandıra növbəti sual, adətən kriptovalyuta almaq və kriptovalyuta satmaq ilə bağlı olur. Sözügedən rəqəmsal valyutaya investisiya etmək günü-gündən populyarlaşır və bu proses göründüyündən daha asandır. Əsas addımlara platformanın seçilməsi, aktivlərin qeydiyyatı, alış və aktivlərin idarə edilməsi daxildir.

Platformanın seçilməsi


Əvvəla, etibarlı kriptovalyuta birjası və ya brokerini seçmək lazımdır. “Binance” platforması, habelə “Coinbase” və ya “Kraken” kimi məşhur mərkəzləşdirilmiş platformalar geniş çeşidli kriptovalyutalar üzrə rahat interfeys təklif edir. Mərkəzləşdirilməmiş platformalarda ticarət etmək istəyənlər isə “Uniswap” və ya “PancakeSwap” kimi seçimləri nəzərdən keçirə bilərlər.

Qeydiyyat və verifikasiya


Platforma seçimi yekunlaşdıqdan sonra qeydiyyatdan keçib hesab açmalısınız. Təqdim etdiyiniz məlumatları yoxlamaq və vəsaitinizi qorumaq məqsədilə mərkəzləşdirilmiş birjalarda, adətən verifikasiya prosesindən (KYC) istifadə edilir.

Kriptovalyutanın alışı


Birjada siz bank kartı və ya elektron pul kisələri istifadə edərək kripto ala bilərsiniz. Bu zaman istədiyiniz kriptovalyutanı seçmək və alış məbləğini qeyd etməyiniz kifayətdir.

Satış və mübadilə


Əgər kriptovalyutanızı satmaq qərarına gəlsəniz, bu zaman aktivinizi bazar (və ya sabit) qiyməti ilə satışa çıxarırsınız. Sözügedək aktivi alan şəxs tərəfindən hesabınıza pul keçirilir və ya onun müqabilində sizə digər kriptovalyuta verilir.

Kriptovalyutanın üstünlükləri nədir?


Kriptovalyutalar investorlar üçün onları cəlbedici edən bir sıra unikal üstünlüklərə malikdir. Rəqəmsal valyutaları getdikcə populyarlaşdıran bəzi amillərə nəzər salaq:

Volatillik


Kriptovalyutaların yüksək volatilliyi bəzi zamanlar risk kimi qəbul edilsə də, həm də qazanc üçün unikal imkanlar təqdim edir. Kəskin qiymət dalğalanmaları treyderlərə aktivlərin qiymətlərindəki qısamüddətli dəyişikliklərdən qazanc əldə etməyə imkan verir. Uzunmüddətli investisiyalar üçün volatillik perspektivli kriptovalyutaları aşağı qiymətə əldə etmək imkanı ola bilər.

Əməliyyatların sürəti


Ənənəvi maliyyə bazarlarından fərqli olaraq, kriptovalyuta bazarı 7/24 fəaliyyət göstərir və əməliyyatları günün istənilən vaxtında həyata keçirməyə imkan verir. Şəbəkədaxili köçürmələr əməliyyat iştirakçılarının coğrafi yerləşməsindən asılı olmayaraq, adətən bir neçə saniyədən bir neçə dəqiqəyə qədər vaxt aparır.

Yüksək likvidlik


Kriptovalyutalar yüksək likvidliyə malikdir və bu, onları pula və ya digər aktivlərə tez bir zamanda dəyişdirməyə imkan verir. Kriptovalyuta birjasında aparılan ticarət həcmlərinin böyüklüyü spredlərin minimallığını və hətta çox böyük əməliyyatların asanlıqla icra olunmasını təmin edir.

Qlobal əlçatanlıq


Kriptovalyutaların əsas üstünlüklərindən biri onların əlçatanlığıdır. Kriptovalyuta bazarında ticarətə başlamaq üçün sizə lazım olan tək şey internet bağlantısı olan bir cihazdır.

Kriptovalyutaya yatırım edərkən nələrə diqqət etmək lazımdır?


Kriptoya yatırım etmək nə qədər də sərfəli və perspektivli olsa da, burada diqqət yetirilməli bəzi məqamlar var. Gələcəkdə heç bir çətinliklə qarşılaşmamaq və mümkün riskləri minimuma endirmək üçün, investisiya etməzdən əvvəl kriptovalyuta haqqında məlumat toplamaq və bu sahəni araşdırmaq vacibdir.

Kriptovalyuta bazarı volatilliyi (qiymət dəyişkənliyi) ilə tanınır. Qiymətlər gündəlik deyil, hətta saatlıq da dəyişə bilər. Bu vəziyyət treyderlər üçün geniş ticarət imkanları açır, həm də onlardan ehtiyatlı davranmağı tələb edir. Yalnız zərərin kritik olmayacağı məbləğdə investisiya qoymaq və aktivlərin dəyərindəki kəskin dəyişikliklərə hazır olmaq vacibdir.

Portfelin diversifikasiyası haqqında da unutmamaq lazımdır. Bütün pulu bir kriptovalyutaya investisiya etmək risklidir, ona görə də investisiyaları müxtəlif aktivlərə yaymaq daha düzgündür. Bu, riskləri azaldacaq və mümkün itkiləri kompensasiya edəcək.

Ölkədəki qanunvericilik də mütləq nəzərə alınmalıdır. Bəzi ölkələrdə kriptovalyuta fəaliyyəti ciddi şəkildə tənzimlənir ki, bu da öz növbəsində vergitutma və birjanın əlçatanlığına təsir göstərə bilər. Bu səbəbdən də kriptovalyuta ticarətinə təsir göstərəcək qanunlarla öncədən tanış olmağınız tövsiyə olunur.

Ticarət platformasının seçimi də əsas rol oynayır. Etibarlı platforma yatırılan vəsaitlərin təhlükəsizliyi, şəffaf alqı-satqı şərtləri və rahat interfeyslə təmin edir.

Unicapital İnvestisiya Şirkəri öz müştəriləri üçün UTrader platformasını təqdim edir. Linkə keçid edib platforda ticarət olunan kriptovalyutaların siyahısı ilə tanış olmaq olar.

UTrader platforması ilə kriptovalyuta ticarəti və üstünlükləri


UTrader investorlara bir platforma üzərindən minlərlə alət və yüzlərlə bazarda treyd edərək, mənfəət əldə etmək üçün hədsiz imkanlar yaradır. Bu rahat və innovativ platformanın təqdim etdiyi alətlərdən biri də kriptovalyutadır (Cryptocurrency). UTrader müştərilərinə Bitcoin, Ethereum, Binance Coin, Cardano, Solana, Dogecoin kimi 100-ə yaxın kriptovalyuta ilə ticarət etmək fürsəti təqdim edir. Burada rəqəmsal pullarla CFD kontraktları üzərindən treyd edib, qiymət dəyişməsində yaranmış fərqdən gəlir əldə etmək mümkündür.

Doğma dilimizdə ilk treydinq platforması olan UTrader Unicapital İnvestisiya Şirkətinin təqdim etdiyi xidmətlərdən biridir. Qeydiyyatdan keçib, ticarətə başlamaq üçün linkə keçid edə bilərsiniz: https://utrader.az/#hesab

Ən çox ticarət olunan məhşur kriptolar hansılardır?


Kriptovalyuta bazarında yüzlərlə aktiv olmasına baxmayaq, onların hamısı bazarın ulduzuna çevrilməyə müvəffəq ola bilmir. Adıçəkilən bazarın liderləri sadəcə tanınmış adlar deyil, onlar yüksək likvidliyə, sabit tələbata və geniş tətbiq sahəsinə malik aktivlərdir. Gəlin kripto dünyasını kimin idarə etdiyini öyrənək.

Bu siyahıda birinci yerdə təbii ki, kriptovalyutaların kralı adlandıra biləcəyimiz Bitcoin (BTC) yer alıb. O, bazarda yaranan ilk kriptovalyutadır və bütün dünyada investorlar üçün əsas alət olaraq qalır. Daha çox uzunmüdətli investisiyalar üçün istifadə edilən Bitkoin, bu xüsusiyyətinə görə qızılla müqayisə edilir və rəqəmsal qızıl adlandırılır. Bitcoin-in etibarlılığı və mərkəzləşdirilməmiş olması onu istənilən kriptovalyuta investorunun portfelinin əvəzsiz hissəsinə çevirdi.

Layiqli ikinci yeri isə Ethereum (ETH) tutur. Bu, sadəcə kriptovalyuta deyil, bu, ağıllı müqavilələri (start contracts) və mərkəzləşdirilməmiş tətbiqləri dəstəkləyən bütöv bir ekosistemdir. Ethereum, DeFi və NFT sahələrindəki layihələr də daxil olmaqla bir çox yeniliklərə qapı açdı. ETH-nin populyarlığı onun tərtibatçılar üçün geniş imkanlar təqdim etməsi və investolar tərəfindən ona olan tələbatın sabit qalması ilə əlaqələndirilir.

Binance Coin (BNB) də inamla zirvədəki mövqeyini qoruyur. Bu “koin” ən böyük kriptovalyuta birjası olan Binance platforması ilə əlaqəlidir və komissiyaların ödənilməsi, yeni tokenlərin və ekosistem daxilində digər funksiyaların işə salınmasında iştirak etmək üçün istifadə olunur.

Kriptovalyuta ticarətini necə və haradan öyrənmək olar?


Kriptovalyuta ticarəti geniş imkanlar açan bir bacarıqdır. Lakin unutmaq lazım deyil ki, ticarətin uğurlu olması üçün vaxt, bilik və təcrübə tələb olunur. Bu fəaliyyətdən gəlir əldə etmək üçün təkcə kriptovalyutanın əsaslarını deyil, həm də ümumi maliyyə bazarının işləmə prinsiplərini başa düşmək vacibdir. Qeyd etmək lazımdır ki, bu gün ticarəti mənimsəməyə kömək edəcək bir çox resurs mövcuddur.

Bu sahəyə ilk addımlarını atanlar nəzəriyyəni araşdırmaqla başlaya bilərlər. Hazırda çoxlu sayda həm ödənişli, həm də pulsuz onlayn kurslar var. Coursera, Binance Academy və ya Crypto.com kimi platformalar yeni başlayanlar üçün faydalı kurslar təklif edir. Bu proqramlar kripto birjalarının necə işləməsindən, qrafiklərin təhlilinə qədər əsas mövzuları əhatə edir. Həmçinin YouTube-da təcrübəli treyderlərin öz bilik və strategiyalarını paylaşdıqları video dərsləri də tapmaq mümkündür.

Növbəti mərləhə - öyrəndiyiniz nəzəri bilikləri praktikada tətbiq etməkdir. Bu zaman isə demo hesablar köməyinizə gələcəkdir. Demo hesabın sayəsində ticarət edəcəyiniz platformanın necə işlədiyini heç bir pul itirmə riski olmadan yoxlamaq olar.

Digər mühüm addım texniki analizi öyrənməkdir və bunun hesabına qrafiklər və indikatorlar vasitəsilə qiymət dəyişikliklərini proqnozlaşdırmaq bacarığını özündə inkişaf etdirməkdir. Bunu öyrənmək üçün məsələn, Con Mörfinin “Maliyyə bazarlarının texniki analizi” kimi kitablardan istifadə edə bilərsiniz.

Bütün bunlarla yanaşı, kriptovalyuta ilə bağlı müxtəlif sosial şəbəkə hesablarını izləməkdə və forumlardakı müzakirələrə qoşulmaqda da fayda var.

Kriptovalyuta ticarətini mənimsəmək səbir və nizam-intizam tələb edir, lakin zaman keçdikcə bu, təkcə faydalı bacarıq deyil, həm də gəlir mənbəyinə çevrilə bilər. Təməl biliklərdən başlayıb, nəzəriyyə ilə təcrübəni birləşdirərək, tədricən mövzu üzrə daha dərin biliklər əldə etmək məqsədəuyğundur.

Unicapital-da investisiya təcrübənizi başlanğıc səviyyəsindən peşəkar səviyyəyədək inkişaf etdirmək üçün müxtəlif tədris proqramları mövcuddur. Linkə keçid edərək, “Treydinq məktəb”inin bütün üstünləklirindən məlumatlı olun.

Azərbaycanda kriptovalyuta haqqında qanun. Kriptovalyutanın vergisi varmı?


Azərbaycanda kriptovalyutaların hüquqi statusu nisbətən yeni və hələ inkişaf etməkdə olan bir sahədir. Ölkədə hələ rəqəmsal aktivlərin istifadəsini tam tənzimləyən ayrıca qanun yoxdur. Bununla belə, dövlət qurumları bu sektorda fəaliyyəti tənzimləyə biləcək normativ hüquqi bazanın hazırlanmasında maraqlıdırlar. Hazırda Azərbaycanda kriptovalyuta rəsmi ödəniş vasitəsi kimi tanınmır və onların istifadəsi birbaşa tənzimlənmir. Lakin bu o demək deyil ki, kripto aktivləri ilə əməliyyatlar qanunun əhatə dairəsindən kənardadır. Məsələn, kriptovalyuta ticarəti biznes və ya investisiya fəaliyyəti kimi təsnif edilə bilər. Kriptovalyutalar haqqında qanunların olmamasına baxmayaraq, ölkəmizdə daha şəffaf qanunvericilik bazasının yaradılması üzərində işlər gedir. Bu cür təşəbbüslərin əsas məqsədi investorların hüquqlarını qoruma, qanun pozuntularına yol verməmək və beynəlxalq standartlara uyğunlaşmaqdır. Kriptovalyutaya sərmayə qoyanlar üçün qanunvericiliyin yenilənməsini izləmək, hüquqşünaslar və ya vergi mütəxəssisləri ilə məsləhətləşmək vacibdir.

Kriptovalyutalar (Cryptocurrency) maliyyə dünyasını sürətlə dəyişir, rəqəmsal dünyaya addımlamağa hazır olan hər kəs üçün yeni imkanlar təklif edir. Kriptovalyuta bazarının əsaslarını başa düşmək, hüquqi aspektləri bilmək, daima yeniliklərdən xəbərdar olmaq sizə sürətlə inkişaf edən bu sahədən faydalanmağa kömək edəcək.

Unutmayın ki, uğura gedən yol daimi araşdırma aparmaqdan və bazarı təhlil etməkdən keçir. İstər yeni başlayan, istərsə də təcrübəli investor olmağınızdan asılı olmayaraq, kriptovalyuta dünyasında həmişə öyrənmək üçün bir şey var. Mövcud resurslardan istifadə edin, tendensiyaları öyrənin və ən son dəyişikliklərdən xəbərdar olub faktlara əsaslanan qərarlar qəbul edin.

Ətraflı məlumat üçün sorğu göndərin

Təşəkkürlər

Sorğunuz uğurla göndərildi

Kriptovalyuta (Cryptocurrency) nədir? Kriptovalyutaları necə alıb-satmaq olar?

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi

Kriptovalyuta (Cryptocurrency) nədir? Kriptovalyutaları necə alıb-satmaq olar?

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi

İnvestisiya xidmətləri üçün müraciət edin!

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi

Kriptovalyuta (Cryptocurrency) nədir? Kriptovalyutaları necə alıb-satmaq olar?

Təşəkkür edirik!

Sorğunuz uğurla göndərildi