Repo və əks repo əməliyyatı nədir? Repo müqavilələri necə gəlir qazandırır?

Repo və əks repo əməliyyatı nədir? Repo müqavilələri necə gəlir qazandırır?

Maliyyə dünyasında qısamüddətli borc alətləri önəmli rol oynayır və onların arasında ən populyarlarından biri repo müqaviləsidir (repurchase agreement). Bu, bir tərəfin qiymətli kağızları müəyyən vaxtdan sonra və öncədən razılaşdırılmış qiymətə geri almaq öhdəliyi ilə satdığı müqavilədir. Bu cür sövdələşmələr fond bazarının sabit fəaliyyətinin əsasını təşkil edir və xüsusilə yüksək volatillik dövrlərində likvidliyi təmin etmək üçün geniş istifadə olunur. Sözügedən müqavilə banklar, investisiya şirkətləri, hedcinq fondları da daxil olmaqla, xüsusilə iri iştirakçılar arasında fəal şəkildə tətbiq edilir. Bu bloqda biz repo nədir, repo əməliyyatları necə işləyir, reponun üstünlükləri nələrdir, reponun növləri və digər mövzular barədə suallara cavab tapacağıq.

Repo nədir?


Gəlin, repo nədir sualına ilkin olaraq qanunvericilik nöqteyi-nəzərindən baxaq. “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, repo müqaviləsi investisiya qiymətli kağızlarının əvvəlcədən müəyyən edilmiş şərtlərlə geri satın alınması (satılması) öhdəliyi ilə satılması (alınması) kimi müəyyən olunmuşdur. Başqa sözlə desək, bu, istiqrazlar kimi etibarlı qiymətli kağızların girov/təminat qismində çıxış etdiyi bir növ qısamüddətli maliyyələşmə formasıdır. Sadə bir nümunəyə baxaq: təsəvvür edək ki, “X” şirkətinin müvəqqəti olaraq vəsaitə ehtiyacı var. O, banka 10 milyon manat dəyərində istiqraz portfeli satır və tərəflər razılaşırlar ki, üç gün sonra həmin şirkət istiqrazları 10,01 milyon manata geri alacaq. Bu 10 min manatlıq fərq “X” şirkətinin vəsaitdən istifadə etdiyi üçün banka ödədiyi bir növ faizdir. Yəni bu, repo əməliyyatından əldə olunan gəlirdir.

Repo əməliyyatları iki hissədən ibarətdir: repo açılış əqdirepo bağlanış əqdi. Repo əməliyyatının açılış mərhələsində bir tərəf qiymətli kağızları qarşı tərəfə ötürür, qarşı tərəf isə öz növbəsində əks istiqamətdə pul vəsaiti köçürür. Bu, əməliyyatın başlanğıcıdır: bir tərəf likvidlik təqdim edir, digər tərəf isə aktivini müvəqqəti olaraq girov/təminat kimi verir.

Repo əməliyyatının bağlanış mərhələsində isə əks mübadilə baş verir: maliyyələşmə alan tərəf öncədən razılaşdırılmış gəlirliliyi nəzərə almaqla pul vəsaitini geri qaytarır və qarşılığında öz qiymətli kağızlarını geri alır. Repo açılış əqdi tarixi ilə repo bağlanış əqdi tarixi arasındakı müddət repo müddəti adlanır.

Bu cür əməliyyatlardan mərkəzi banklar, kommersiya bankları, fondlar və digər maliyyə bazarı iştirakçıları pul axınlarını və riskləri idarə etmək üçün geniş şəkildə istifadə edirlər. Repo maliyyə sistemində likvidliyin və sabitliyin qorunmasında əsas rol oynayır.

Əks-repo nədir?


Repo müqaviləsi ilə yanaşı əks-repo da mövcuddur. Əks-repo ayrıca bir əməliyyat növü deyil, sadəcə repo əməliyyatına alıcının, yəni vəsait təqdim edən tərəfin olan yanaşmasıdır.

Repo və əks-reponun fərqini aşağıdakı cədvəldən daha aydın başa düşmək olar:
Repo əməliyyatıƏks-repo əməliyyatı
Tərəfin fəaliyyətiQiymətli kağızları satırQiymətli kağızları alır
Tərəfin əldə etdiyiVəsait (maliyyələşmə)Girov qarşılığında gəlir
RoluBorcalanKreditor
MəqsədiMaliyyə vəsaiti cəlb etməkAzad vəsaiti dövriyyəyə buraxmaq

Repo əməliyyatı necə icra edilir?


Azərbaycanda repo əməliyyatları Bakı Fond Birjası, birjanın üzvü olan investisiya şirkətləri və Azərbaycan Respublikasının Milli Depozit Mərkəzinin iştirakı əsasında imzalanan Repo Baş Razılaşmaya əsasən həyata keçirilir. Sözügedən razılaşma repo əməliyyatlarının icra qaydalarını, tərəflərin qarşılıqlı hüquq və öhdəliklərini tənzimləyən əsas sənəd funksiyasını daşıyır.

Praktiki baxımdan, repo əməliyyatı aşağıdakı kimi icra olunur:



1. Şərtlərin razılaşdırılması


Əməliyyatın tərəfləri əməliyyatın həcmi, müddəti, faizi və girov/təminat kimi çıxış edəcək qiymətli kağızlar barədə razılığa gəlirlər. Təminat qismində adətən dövlət istiqrazları və ya digər yüksək likvidli aktivlər istifadə olunur.



2. Əməliyyatın açılması


Satıcı (yəni vəsait cəlb edən tərəf) alıcıya qiymətli kağızları təqdim edir və qarşılığında əvvəlcədən razılaşdırılmış məbləğdə pul vəsaiti alır. Eyni zamanda, geri alış tarixi və məbləği də müəyyən olunur. Bu, əməliyyatın əsasını təşkil edir.



3. Əməliyyatın qüvvədə olma dövrü


Bu müddət ərzində qiymətli kağızlar alıcının nəzarətində olur, lakin onların mülkiyyət hüququ tam şəkildə ötürülmür. Alıcı aktivə sərbəst şəkildə sahiblik edə bilmir, onu yalnız girov/təminat kimi saxlayır.



4. Əməliyyatın bağlanması


Razılaşdırılmış tarixdə satıcı vəsaiti (repo faiz dərəcəsi nəzərə alınmaqla) qaytarır və öz qiymətli kağızlarını geri alır. Bununla da tərəflər üzərlərinə düşən öhdəlikləri yerinə yetirmiş sayılır.

Reponun üstünlükləri


Repo müqaviləsi etibarlılığı və yaratdığı geniş imkanlara görə maliyyə bazarında mühüm yer tutur. Bu aləti müxtəlif bazar iştirakçıları üçün cəlbedici edən əsas üstünlüklər bunlardır:

1. Etibarlılıq və təhlükəsizlik


Repo əməliyyatları adətən yüksək likvidliyə malik qiymətli kağızlarla, xüsusilə də dövlət istiqrazları ilə təmin edilir. Girovun mövcudluğu riski əhəmiyyətli dərəcədə azaldır və kreditorun maraqlarının qorunmasını təmin edir.



2. Şəffaf struktur və sabit şərtlər




Əməliyyatın müddəti və repo faiz dərəcəsi kimi parametrlər öncədən müəyyən edilir. Bu, risklərin idarə edilməsini və pul vəsaitlərinin hərəkətini planlaşdırmağı asanlaşdırır.



3. Çeviklik və qısamüddətli xarakter


Repo əməliyyatları adətən qısa müddətə - bir gündən bir neçə həftəyədək bağlanır ki, bu da iştirakçılara vəsaitlərini uzun müddətlik dondurmadan likvidliyə çevik şəkildə nəzarət etməyə imkan verir.



4. İkitərəfli fayda


Repo müqaviləsinin hər iki tərəfi öz məqsədinə nail olur. Belə ki, bir tərəf likvidlik, digəri isə minimal risklə gəlir əldə edir.

Repo əməliyyatları müasir maliyyə bazarının vacib tərkib hissəsi olaraq qalır. “Repo nədir?” sualına cavab tapmaqla, həm peşəkar iştirakçılar, həm də yeni başlayan investorlar likvidliyi effektiv idarə edə və riskləri minimuma endirə bilərlər. İstər birbaşa repo, istər əks-repo əməliyyatları etibarlı təminat müqabilində tez bir zamanda vasait cəlb etməyə və ya yerləşdirməyə imkan yaradır.

Reponun bütün imkanlarından Unicapital-ın “Yerli bazarda investisiya” xidməti ilə yararlanın!

Ətraflı məlumat üçün sorğu göndərin

Təşəkkürlər

Sorğunuz uğurla göndərildi

Repo və əks repo əməliyyatı nədir? Repo müqavilələri necə gəlir qazandırır?

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi.

Repo və əks repo əməliyyatı nədir? Repo müqavilələri necə gəlir qazandırır?

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi.

İnvestisiya xidmətləri üçün müraciət edin!

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi

Repo və əks repo əməliyyatı nədir? Repo müqavilələri necə gəlir qazandırır?

Təşəkkür edirik!

Sorğunuz uğurla göndərildi.