Treydinq nədir? Treyder kimdir və nə iş görür?

Treydinq nədir? Treyder kimdir və nə iş görür?

Treydinq aktivlərin (valyutaların, kriptovalyutaların, əmtəələrin) qiymətlərindəki dəyişikliklərdən mənfəət əldə etmək məqsədi ilə aparılan alqı-satqı prosesidir. Uzunmüddətli investisiyalardan fərqli olaraq, trading əməliyyatları nisbətən daha qısa müddəti əhatə edir - bir neçə saniyədən bir neçə aya qədər. Bəs trader kimdir? Treyder bazar hərəkətlərini təhlil edən, onlara əsaslanan qərarlar qəbul edən və ticarəti həyata keçirən bazar iştirakçısıdır. Bu bloqda biz treydinq nədir, trader nə iş görür, tradingin hansı növləri var, treyder və investorun fərqi kimi maraq doğuran müxtəlif mövzular barədə müzakirə edəcəyik.

Treydinq nədir və necə edilir?


Treydinq maliyyə alətlərinin qiymət fərqindən pul qazanmaq məqsədi ilə aktiv şəkildə aparılan ticarətə deyilir. Trading-i valyuta (Forex), əmtəə və kriptovalyuta kimi müxtəlif bazarlarda həyata keçirmək mümkündür. Hər bir bazarın öz xüsusiyyətləri olsa da, mahiyyət etibarı ilə hamısı spekulyativ mənfəətə əsaslanır.

Tragding-ə iki əsas yanaşma var: qısamüddətli və uzunmüddətli. Qısamüddətli treyderlər (day trading, scalping) gün ərzində bir çox ticarət əməliyyatları aparır, minimal qiymət dəyişkənliyindən qazanc əldə etməyə çalışırlar. Uzunmüddətli treyderlər qlobal tendensiyalara diqqət yetirir və bir neçə gündən bir neçə aya qədər pozisiya aça bilirlər.

Treydinq prosesini bazar təhlili olmadan təsəvvür etmək olmaz. Təhlilin iki növü mövcuddur: texniki və fundamental. Texniki təhlil qrafiklərə və qiymət modellərinə əsaslanır, fundamental təhlil isə qiymət hərəkətinə təsir edən iqtisadi göstəriciləri, xəbərləri və hadisələri nəzərə alır. Fundamental və texniki analiz haqqında daha çox məlumat əldə etmək üçün bu mövzuya həsr olunmuş bloqumuza keçid edə bilərsiniz: Foreksdə treydinq zamanı fundamental analiz və texniki analiz.

Treydinq onlayn platformalar vasitəsilə həyata keçirilir, burada treyderlər aktivlərin alınması və ya satılması üçün “order”lər (sifarişlər, əmrlər) yerləşdirirlər. Ticarət terminalı trading prosesində əsas rol oynayır – o, qrafiklərə, bazar qiymətlərinə və risklərin idarə edilməsi üçün olan alətlərə çıxışı təmin edir.

Hazırda müasir texnologiyalar sayəsində treydinq geniş auditoriya üçün əlçatan olub. Bu gün kiçik başlanğıc kapitalı və minimal biliklərlə belə ticarətə başlamaq, zamanla bacarıqları inkişaf etdirib peşəkarlaşmaq mümkündür.

Uğurlu treydinq üçün bilik, strategiya və özünə nəzarət lazımdır. Unutmayın ki, treydinq bir oyun deyil - bu daimi öyrənmə, səhvlərdən dərs çıxarma və dəyişən bazar şəraitinə ağılla uyğunlaşmaq bacarığı tələb edən ciddi fəaliyyətdir.

Maliyyə bazarlarında ticarət (trade) etmək nə deməkdir?


Maliyyə bazarları dünyanın hər yerindən milyonlarla alıcı və satıcını bir araya gətirən bir ekosistemdir. Başqa sözlə desək, bu, müxtəlif aktivlərin treyd edildiyi qlobal ticarət platformalarıdır. Treyderlər bu prosesin fəal iştirakçılarından hesab olunurlar və daimi qiymət dəyişkənliyindən qazanc əldə etməyə çalışırlar. Lakin onu da qeyd etmək lazımdır ki, peşəkar treydinq sadəcə spekulyativ ticarət deyil, o, həm də ciddi qaydaları, özünü təsdiq etmiş strategiyaları və bazar vəziyyətinin təhlili üsullarını özündə birləşdirən bir sahədir.

Maliyyə bazarlarının əsas xüsusiyyətlərindən biri onların volatilliyidir. Aktivlərin qiymətləri çox qısa müddət ərzində əhəmiyyətli dəyişikliklər nümayiş etdirə bilər - bəzən bu, bir neçə saniyə ərzində baş verir. Bu cür şəraitdə treyderə sürətli analiz bacarıqları vacibdir: onlar eyni zamanda həm qiymət qrafiklərini izləməli, həm iqtisadi xəbərlərlə tanış olmalı, həm də ki, bazardakı ümumi əhvalı və digər iştirakçıların psixologiyasını başa düşməlidirlər. Uğurlu treyderi adi bazar iştirakçısından da məhz bu çoxşaxəli təhlil bacarığı fərqləndirir.

Treyderliyin önəmli hissələrindən biri də kapitalın düzgün idarə edilməsidir. Belə ki, kredit çiynindən istifadə etmək potensial mənfəəti artırsa da, riskləri də dəfələrlə artıra bilər. Bu səbəbdən də təcrübəli treyderlər heç vaxt “stop-loss”ların təyin edilməsi, portfelin diversifikasiyası kimi
risklərin idarə edilməsi ilə bağlı məqamlara laqeyd yanaşmırlar.

Trayding-in psixoloji aspektini xüsusi vurğulamaq lazımdır. Maliyyə bazarlarının qeyri-müəyyənliyi qarşısında emosional nizam-intizamı qorumaq və soyuqqanlı qalmaq bəzən analitik bacarıqlardan daha vacib olur.

Treyder kimdir, treyder nə iş görür?


Treyder maliyyə aktivlərinin qiymətlərindəki volatillikdən qazanc əldə etməyə çalışan şəxsdir. İnvestordan fərqli olaraq, treyder aktivlərini uzun müddətə saxlamağa çalışmır, o, cari bazar siqnallarına reaksiya verərək daha çevik davranır. Onun məqsədi trend dəyişməzdən öncə ticarətə daxil olmaq və əməliyyatı vaxtında mənfəətlə bağlamaqdır.

Treyderin işi bazar vəziyyətinin təhlilini, ticarət strategiyalarının hazırlanmasını və aktivlərin dəyərinə təsir edə biləcək xəbərlərin və iqtisadi göstəricilərin monitorinqini əhatə edir. Treyder müxtəlif alətlərdən istifadə edir: qrafiklər, indikatorlar, şirkət hesabatları və makroiqtisadi məlumatlar. O, ya texniki, ya da fundamental analiz əsasında qərarlar qəbul edir, bəzi hallarda isə hər iki yanaşmanı birləşdirir.

Treyderlər müxtəlif bazarlarda ixtisaslaşa bilərlər: valyuta cütlükləri, əmtəələr, kriptovalyutalar. Onlar ticarət üslubu ilə də fərqlənirlər: bəziləri gündə onlarla, digərləri isə ayda bir neçə ticarət edir.

Treyderlik fəaliyyətində təhlil və strategiya ilə yanaşı, intizamlı davranış, stresə davamlılıq və risklərin idarə edilməsi bacarıqları da vacibdir. Emosiyalı davranış, impulsiv qərarlar və dəqiq planın olmaması əlverişli bazar şəraitində belə itkilərə səbəb ola bilər. Müasir treyderlər tez-tez rutin prosesləri avtomatlaşdırmağa və məlumatların təhlilini sürətləndirməyə kömək edən ticarət platformalarından və xüsusi proqramlardan istifadə edirlər.

Tradingin hansı növləri var?


Əməliyyatların müddəti və seçilmiş strategiyadan asılı olaraq, bir neçə treydinq növü var. Bura Scalping, Day trading, Swing trading, Position trading aiddir. Uyğun treydinq növünün seçimi treyderin xarakterindən, təcrübəsindən, vaxt resurslarından və qəbul edə biləcəyi risk səviyyəsindən asılıdır. Gəlin, hər bir növ haqqında ayrı-ayrılıqda danışaq.

Scalping nədir və necə edilir?


Skalpinq ən aktiv və intensiv ticarət növüdür. Bu treydinq növünü seçən treyderlər gündə onlarla və ya yüzlərlə ticarət edir, ən kiçik qiymət dəyişikliyindən pul qazanırlar. Scalping yüksək qərar qəbuletmə sürətini və bazarın davamlı monitorinqini tələb edir.

Day trading nədir və necə edilir?


Day trading treyderin öz mövqelərini (əməliyyatlarını) bir ticarət günü ərzində açıb-bağladığı və heç bir əməliyyatı növbəti günə köçürmədiyi strategiyadır. Əsas məqsəd qısamüddətli qiymət dəyişikliklərindən qazanc əldə etməkdir. Günlük treydinq (day trading) sürətli reaksiya, texniki təhlil və volatilliklə işləmək bacarığı tələb edir. Adətən, treyderlər kiçik zaman intervallarından (bir dəqiqədən bir saata qədər) istifadə edirlər.

Swing trading nədir və necə edilir?


Swing-treydinq orta müddətli qiymət dəyişikliklərinə yönəlmiş strategiyadır. Burada mövqelər bir neçə gündən bir neçə həftəyə qədər saxlanılır və əsas diqqət dönüş nöqtələrinin müəyyən edilməsi və trend dəyişikliklərinə yönəldilir.

Position trading nədir və necə edilir?


Pozisiya treydinqi (position trading) uzunmüddətli əməliyyatları əhatə edir – bir neçə həftədən bir neçə aya qədər. Bu üsul investisiyalara daha yaxın hesab olunur, lakin açılmış mövqelərin daha aktiv idarə edilməsini və bazar tendensiyalarının təhlilini tələb edir.

Treyderlər üçün treyderlik kursları


Maliyyə bazarlarında uğurlu treydinq karyerası üçün treydinq kursları faydalı başlanğıc ola bilər. Bu kurslar sayəsində həm yeni başlayanlar, həm də təcrübəli treyderlər qrafik təhlili, strategiyanın qurulması və risklərin idarə olunması sahəsində biliklərini inkişaf etdirə bilərlər. Sözügedən sahəni həm onlayn kurslar, həm də ənənəvi oflayn treyder kursları vasitəsilə öyrənmək mümkündür.

Unicapital İnvestisiya Şirkətinin təqdim etdiyi təlim proqramları müxtəlif bilik səviyyələri üçün nəzərdə tutulub. Yeni başlayanlar üçün nəzərdə tutulan kurslarda forex bazarının əsasları, əməliyyatların açılması və bağlanması, risklərin idarə olunması və MT4 platforması ilə tanışlıq yer alır. Daha irəli səviyyəli treyderlər üçün isə texniki analiz, trend növləri, indikatorlarla iş və strategiya hazırlığı mövzularına toxunulur.

Təlimlər sahə üzrə təcrübəli mütəxəssislər tərəfindən keçirilir və iştirakçılara praktiki biliklər qazandırılır. Kursu uğurla tamamlayan hər kəsə sertifikat verilir.

UForex kursları haqqında daha çox məlumat almaq istəyirsinizsə, bu linkə daxil ola bilərsiniz.

Treyderdə olması gərəkən xüsusiyyətlər


Treydinq yalnız xüsusi bilikləri deyil, həm də müəyyən şəxsi xüsusiyyətləri tələb edən peşəkar fəaliyyətdir. Bir çox digər sahələrdən fərqli olaraq, burada uğur daha çox xarici amillərdən deyil, treyderin özünün daxili nizam-intizamından və psixoloji sabitliyindən asılıdır. Gəlin maliyyə bazarlarında sabit nəticələr əldə etmək üçün lazımi əsas keyfiyyətlərə nəzər salaq:

Analitik düşünmə bacarığı


Analitik düşünmə bacarığı hər bir treyder üçün əsas keyfiyyətdir. Böyük həcmli məlumatları emal etmək, məlumat axınından ticarətə təsir edə biləcək məqamları seçmək və məntiqi nəticələr çıxarmaq qabiliyyəti ticarət qərarlarının qəbul edilməsi üçün əsasdır. Lakin başa düşmək lazımdır ki, analitik bacarıqlar çevik düşüncə tərzi ilə yanaşı inkişaf etdirilməlidir, çünki bazarlar daim dəyişir və dünən işləyən strategiyalar bu gün təsirli olmaya bilər.


Emosional nizam-intizam


Emosional nizam-intizam ticarətin bəlkə də ən çətin tərəfidir. Həm mənfəət, həm də zərər dövrlərində soyuqqanlı qalmaq bacarığı peşəkarı həvəskardan fərqləndirən amildir. Bir çox yeni başlayan treyderlər tipik səhvə yol verirlər - uğurlu əməliyyatlar zamanı daha çox qazanmaq həvəsinə, gəlirsiz əməliyyatlar zamanı isə qorxuya təslim olurlar ki, bu da qaçılmaz itkilərə səbəb olur.


Səbir


Səbir – yeni başlayanların çox vaxt dəyərini bilmədiyi xüsusiyyətdir. Bazarlar saysız-hesabsız imkanlar yaradır, lakin onların hər biri mütləq dəyərləndirilməlidir deyə bir qayda yoxdur. Təcrübəli treyderlər impulsiv qərarlar qəbul etmədən, doğru məqamı səbirlə gözləməyi bacarırlar. Bu, bazarlarda aşağı volatillik və ya qeyri-müəyyənlik dövrlərində xüsusilə vacibdir.

Öyrənmək və dəyişən şəraitə uyğunlaşmaq bacarığı


Öyrənmək və dəyişən şəraitə uyğunlaşmaq bacarığı – daim yenilənən bazar şərtlərində mütləq tələbdir. Maliyyə bazarları inkişaf edir: yeni alətlər meydana gəlir, tənzimləyici qaydalar dəyişir. Uğurlu treyder isə daim öz bacarıqlarını təkmilləşdirməyə, yeni analiz metodlarını öyrənməyə və strategiyasını mövcud şəraitə uyğunlaşdırmağa hazır olmalıdır.

Treyderlər üçün tövsiyələr


Treyding-də uğur qazanmaq istəyənlər üçün ticarətə sistemli yanaşmanın formalaşmasına kömək edəcək bir sıra praktiki tövsiyələrə əməl etmək vacibdir. İlk və ən vacib addım nəzəri bilikləri təkmilləşdirməkdir. Real ticarətə başlamazdan əvvəl texniki və fundamental analizin əsaslarını mənimsəməli, qrafikləri analiz etməyi bacarmalı və bazar tendensiyalarını başa düşməyi öyrənməlisiniz. Növbəti vacib addım düşünülmüş və dəqiq bir ticarət planının hazırlanmasıdır. Peşəkar treyderlər heç vaxt təsadüfi qərarlar vermirlər – onların hər addımı əvvəlcədən müəyyən edilmiş meyarlara, risklərin idarə olunması üzrə ciddi qaydalara əsaslanır.

Belə ki, risk-menecmentə xüsusi diqqət yetirilməlidir. Hər bir əməliyyat üçün məqbul risk səviyyəsini qabaqcadan müəyyən etmək tövsiyə olunur. Bütün bunlarla yanaşı, real hesabda ticarət etməzdən öncə demo hesabda treyd etmək məsləhət görülür. Burada real vəsaitlər olmur və ticarət virtual pullarla aparılır. Real hesabda treydinqə keçid etdiyiniz ilk zamanlarda isə kiçik məbləğlərlə və sadə strategiyalarla ticarətə başlamağınız daha məqsədəuyğun olardı. Təcrübə qazandıqca, yanaşmanı tədricən çətinləşdirə və əməliyyatların həcmini artıra bilərsiniz.

Sonda onu da qeyd edək ki, yalnız müvafiq lisenziyası olan brokerlərlə işləmək son dərəcə vacibdir - brokerin etibarlılığı vəsaitlərin təhlükəsizliyinin əsas şərtidir. Yuxarıda qeyd olunan treyderlər üçün tövsiyələrə əməl etsəniz, nəticələrinizi əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilərsiniz.

Treyderlərin ən çox istifadə etdiyi alətlər və platformalar


Müasir treyderin arsenalında bazarı səmərəli təhlil etmək, əməliyyatlar açmaq və riskləri idarə etmək üçün xeyli sayda alət və platformalar mövcuddur. Ticarət alətlərinin və ticarət platformasının düzgün seçilməsi nəticələrə və ümumi fəaliyyətin rahat olub-olmamasına birbaşa təsir göstərir.

Treyderlər arasında ən populyar trading platformalarından biri MetaTrader 4 (MT4) platformasıdır. O, texniki analiz üçün əlverişlidir, geniş çeşid indikatorlar təqdim edir, ticarət robotlarından istifadə etmək və müxtəlif strategiyaları sınaqdan keçirmək imkanı yaradır. Daha təcrübəli istifadəçilər üçün MetaTrader 5 (MT5) mövcuddur. Bu, daha da genişləndirilmiş funksiyalara sahib və məlumat emalını daha da sürətləndirən yenilənmiş versiyadır.

Analitik servislərə də xüsusi diqqət yetirmək lazımdır. TradingView intuitiv interfeysi və güclü qrafik təhlili imkanları sayəsində populyarlıq qazanıb. Sözügedən platforma təkcə qiymət qrafiklərini öyrənməyə deyil, həm də digər treyderlərlə fikir mübadiləsi aparmağa, öz indikatorlarını yaratmağa və fərqli strategiyalar yoxlamağa imkan verir. Fundamental təhlil üçün BloombergReuters əvəzolunmazdır – onlar korporativ hesabatlar, makroiqtisadi məlumatlar və real vaxt rejimində qlobal xəbərlərə çıxış təqdim edir.

Treyderlərin aktiv şəkildə istifadə etdiyi alətlər arasında aşağıdakıları qeyd etmək olar: texniki təhlil qrafikləri və indikatorları, iqtisadi təqvim, qlobal xəbərlər. Trading alətləri bazar dinamikasını başa düşmək, dəqiq giriş/çıxış nöqtələrini müəyyən etmək və riskləri idarə etmək üçün vacibdir. Xüsusilə iqtisadi təqvim, mərkəzi bankların qərarları və makroiqtisadi göstəricilər kimi əsas hadisələri izləmək üçün çox əhəmiyyətlidir.

Treyder və investorun fərqi nədir?


Həm treyderlər, həm də investorlar maliyyə bazarlarında fəaliyyət göstərsələr də, onların yanaşmaları, məqsədləri və strategiyaları ciddi şəkildə fərqlənir. Maliyyə sahəsinə yenicə addım atan və doğru istiqaməti seçmək istəyən insanlar üçün bu fərqi başa düşmək xüsusilə vacibdir.

Treyder dedikdə, qısa müddətli qiymət dəyişikliklərindən qazanc əldə etmək istəyən şəxs nəzərdə tutulur. Treydinqdə uğur qazanmaq üçün davamlı analiz aparmaq, sürətli qərar qəbul etmək və, ümumiyyətlə, prosesdə fəal iştirak etmək vacibdir. Bazarın volatilliyindən və qısamüddətli trendlərdən faydalanaraq, treyder gün ərzində onlarla əməliyyat həyata keçirə bilər.

İnvestorun məqsədi isə kapitalını uzun müddətdə artırmaqdır. O, zamanla dəyəri artacaq və ya sabit gəlir gətirəcək aktivlərə (məsələn, səhm, istiqraz, fondlar) sərmayə yatırır. Qısamüddətli qiymət dəyişiklikləri investor üçün o qədər də vacib deyil — o, əsasən fundamental analizə və aktivin uzunmüddətli sabitliyinə fokuslanır.

Qısacası, treyder və investorun fərqi ondan ibarətdir ki, treydinq gündəlik nəzarət və bazar dinamikası barədə dərin biliklər, investisiya isə daha çox strateji yanaşma və səbir tələb edir.


Treyder olmaq sadəcə bazarda alqı-satqı əməliyyatları aparmaqdan ibarət deyil. Bu, daim öyrənməyi, bazarların nəbzini tutmağı və fərqli strategiyalar arasında düzgün seçim etməyi tələb edən peşəkar fəaliyyət sahəsidir. Trading-ə başlamazdan əvvəl onun mahiyyətini, risklərini və imkanlarını dərk etmək mühümdür. Hər zaman nəzərinizdə olsun ki, düzgün trading alətləri və trading platformalarının seçimi uğurunuzda həlledici rol oynayacaq.

Unicapital İnvestisiya Şirkətinin təqdim etdiyi UForex və UTrader xidmətləri bu yolda sizə dəstək ola bilər.

UForex vasitəsilə siz foreks bazarında valyuta cütlükləri, qızıl, gümüş və neft kimi populyar əmtəələrlə ticarət edə bilərsiniz.

UTrader isə sizə kriptovalyuta və səhm bazarında rahat və sürətli əməliyyatlar aparmaq imkanı yaradır.

Əgər siz də treydinq dünyasına inamla addım atmaq və öz maliyyə bacarıqlarınızı gəlirə çevirmək istəyirsinizsə, Unicapital-ın peşəkar komandası və innovativ platformaları ilə tanış olun.

İndi başlayın – Unicapital ilə treydinqi kəşf edin!


Ətraflı məlumat üçün sorğu göndərin

Təşəkkürlər

Sorğunuz uğurla göndərildi

Treydinq nədir? Treyder kimdir və nə iş görür?

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi.

Treydinq nədir? Treyder kimdir və nə iş görür?

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi.

İnvestisiya xidmətləri üçün müraciət edin!

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi

Treydinq nədir? Treyder kimdir və nə iş görür?

Təşəkkür edirik!

Sorğunuz uğurla göndərildi.