İstiqraz haqqında
Kütləvi buraxılması nəzərdə tutulan faizli, təmin edilməmiş, sənədsiz, adlı Unibank istiqrazlarının ümumi həcmi 5 000 000 USD təşkil edir. İllik 8% gəlirliliyə malik istiqrazlar 3 aydan bir sabit gəlir təmin edir.
Üstünlükləri
- Sabit və yüksək gəlir təmin edən investisiya alətidir
- Likvid maliyyə vasitəsidir
- Etibarlı emitent tərəfindən təqdim olunur.
Emitent haqqında
“Unibank” KB ASC Azərbaycanın ən iri özəl banklarından biridir. Bank həm fiziki, həm də hüquqi şəxslərə geniş spektrli xidmətlər təqdim edir. Hazırda bankın ölkə üzrə 30-dan çox filialı fəaliyyət göstərir.
2026-cı ilin birinci rübünün maliyyə göstəriciləri əsasən, bankın məcmu gəlirlərinin cəmi 105 milyon manata çatıb. Bu əvvəlki ilin eyni dövrü ilə müqayisədə 20 milyon manat artım deməkdir. Bu dövrə əməliyyat mənfəəti 11 milyon manat, xalis mənfəət isə 8,1 milyon manat təşkil edib.
Bankın ümumi müştəri sayı 2,3 milyon nəfəri ötür.
Emitentin maliyyə nəticələri ilə buradan tanış ola bilərsiniz.
