Hərəkətli bazarlara həftəlik baxış

Daxili Bazar

  • 2023-cü ilin yanvar ayı üçün Azərbaycan Respublikasında inflyasiya səviyyəsi açıqlanıb. 2023-cü ilin yanvar ayında istehlak qiymətləri indeksi (inflyasiya göstəricisi) 2022-ci ilin yanvar ayına nisbətən 13,6 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 17,5 faiz, qeyri-ərzaq məhsulları üzrə 12,2 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 9,7 faiz artıb.
  • Ötən həftə 7 fevral 2023-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin AZ0101030028 ISIN-li, 50 milyon manat həcmində, 364 gün tədavül müddətli dövlət qısamüddətli, diskontlu istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir. Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 92.8440 (7.75%) manat, orta ölçülmüş qiyməti isə 93.5194 (6.9678%) manat olaraq müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 199,907,400 manat, yerləşdirilmiş həcmi isə 50,000,000 manat təşkil edilmişdir.

Qlobal bazar

  • ABŞ-da isizliyə görə ilkin müraciət sayı 196 000 təşkil edib. Qeyd edək ki, bu göstərici üzrə gözlənti 190 000 müraciət sayı olmuşdur. Daha öncəki göstərici 183 000 təşkil etmişdir.
  • ABŞ-da bu həftə fevral ayının 14-ü inflyasiya açıqlanacaq. Əvvəlki illik inflyasiya 6,5% açıqlanıb, bu dəfə illk inflyasiyaya dair bazar gözləntisi 6,2%-dir.
  • Keçən həftə Avropanın bir çox ölkələri üçün inflyasiya faizləri açıqlanıb. Almaniya üçün illik inflyasiya göstəricisi 8,7% olub. Qeyd edək ki, gözlənti 8,9% idi. Əvəlki göstərici isə 8,6% olub.
  • Bu həftə Avropa üçün sənaye istehsalı indeksi və yenilənmiş illik ümumi daxili məhsul göstəriciləri açıqlanacaq.

Hərəkətli bazarlara həftəlik baxış

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi

Hərəkətli bazarlara həftəlik baxış

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi

"UTrader"də daha sərfəli komissiyalarla ticarətə başlayın!

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi

Hərəkətli bazarlara həftəlik baxış

Təşəkkür edirik!

Sorğunuz uğurla göndərildi