Azərbaycanda son bir ildə qiymət artımı 13.4% olub

Yerli Bazar:

➢ Yerli bazarda dövlət qiymətli kağızlarının gəlirliliklərində artımlar davam etməkdədir. Ötən həftə AR Maliyyə Nazirliyinin 3 illik istiqrazlarının hərracı sentyabr ayına nəzərən 1.2% artaraq 7.41% orta ölçülmüş gəlirliliklə nəticələnmişdir. Hərracda 50 milyon AZN yerləşdirmə baş tutmuşdur. Bu həftə 15 milyon AZN həcmində 2 illik istiqrazların hərracı keçiriləcək. Sentyabr ayında 2 illik istiqraz hərracında orta ölçülmüş gəlirlilik 5.34%, ilkin təklif 10 milyon AZN, tələb 52 milyon AZN, yerləşdirilmiş həcm isə 15 milyon AZN olmuşdu.

➢ 12-13 oktyabr tarixlərində hər biri 30 milyon AZN olmaqla AR Mərkəzi Bankının 28, 84, 168, 252 günlük notlarının hərracı keçirilmişdir. Not hərraclarında orta ölçülmüş gəlirlilik 3.78% - 5.02% aralığında olmuşdur.

➢ Azərbaycanda sentyabr ayının inflyasiyası açıqlanıb. Dövlət Statistika Komitəsinin verdiyi məlumata əsasən bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda qiymət artımı 2021-ci ilin eyni dövrü ilə müqayisədə 13,4% təşkil edib. Bu dövrdə ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 19,3 %, qeyri-ərzaq məhsulları 7,6 %, əhaliyə göstərilmiş xidmətlər 10,2 % bahalaşıb. 2022-ci ilin sentyabr ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 3,4 %, əvvəlki ilin sentyabr ayına nisbətən 21,8 % təşkil edib. Beynəlxalq Valyuta Fondu 2023-cü ilin sonuna kimi Azərbaycanda inflyasiyanın 9%-ə düşəcəyini proqnozlaşdırıb.

Xarici Bazarlar:

➢ 13 oktyabr tarixində ABŞ-da sentyabr ayının inflyasiyası açıqlanıb. Sentyabr ayında inflyasiya avqust ayına nəzərən (8.3%) az, 8.2% təşkil edib. Bloomberg-ə əsasən analitiklər ABŞ-da inflyasiyanın 8.1%-ə düşəcəyini proqnoz edirdilər.

➢ Almaniyada sentyabr ayında inflyasiya göstəriciləri ölkə tarixində rekord həddə çataraq illik müqayisədə 10,9% təşkil edib.

Ətraflı məlumat üçün sorğu göndərin

Sizin sorğunuz uğurla göndərildi

Azərbaycanda son bir ildə qiymət artımı 13.4% olub

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi

Azərbaycanda son bir ildə qiymət artımı 13.4% olub

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi

"UTrader"də daha sərfəli komissiyalarla ticarətə başlayın!

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi

Azərbaycanda son bir ildə qiymət artımı 13.4% olub

Təşəkkür edirik!

Sorğunuz uğurla göndərildi