Bazarların həftəlik analitikası

Daxili Bazar:

  • AR Maliyyə Nazirliyinin istiqrazlarında gəlirliliklər artmaqda davam edir. Ötən həftə 50 milyon manat həcmində 3 illik istiqrazlarının hərracı 8.05% orta ölçülmüş və 8.25% kəsmə gəlirliliklə nəticələnmişdi. Hərracda tələb təklifi 4 dəfədən çox üstələmiş, yerləşdirilmiş həcm 75 milyon AZN olmuşdur. Oktyabr ayında AR Maliyyə Nazirliyinin 3 illik istiqrazlarının hərraclarında orta ölçülmüş və kəsmə gəlirlilik müvafiq olaraq 7.49% və 7.80% olmuşdu.
  • Bu həftə AR Maliyyə Nazirliyinin 100 milyon manat həcmində 1 illik və 30 milyon manat həcmində 2 illik istiqrazlarının hərracı keçiriləcək. Bundan öncə 1 illik istiqraz hərracı cari ilin may ayında keçirilmiş və 3.04% gəlirliliklə nəticələnmişdi. Oktyabr ayında 2 illik istiqraz hərracında orta ölçülmüş gəlirlilik 5.49% olmuşdu.
  • 16-17 noyabr tarixlərində keçirilən AR Mərkəzi Bankının not hərracları 3.80%-4.78% gəlirliliklə nəticələnmiş, hər hərracda 30 milyon AZN yerləşdirilmişdir.
  • Xarici Bazarlar:
  • 17 noyabrda Avrozonada oktyabr ayının inflyasiyası açıqlandı. İnflyasiya gözləntiləri (10.6%) bir qədər üstələyərək 10.7%-ə yüksəldi. Birləşmiş Krallıqda isə inflyasiya 1% artaraq oktyabr ayı üçün 11.1% olub, Bloomberg analitiklərinin gözləntiləri 10.7% idi.
  • 16 noyabrda Rusiyada ÜDM məlumatı açıqlanıb. ÜDM artımı gözləntilərdən (-4.7%) yüksək, -4.0% açıqlanıb.
  • 24 noyabrda Türkiyə Mərkəzi Bankı faiz qərarını açıqlayacaq. Analitiklər faizlərin 10.50%-dən 9.0%-ə azaldılacağını gözləyirlər. Xatırladaq ki, Türkiyədə illik inflyasiya artmış, 83.45%-dən 85.51%-ə yüksəlmişdir.

Ətraflı məlumat üçün sorğu göndərin

Sizin sorğunuz uğurla göndərildi

Bazarların həftəlik analitikası

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi

Bazarların həftəlik analitikası

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi

"UTrader"də daha sərfəli komissiyalarla ticarətə başlayın!

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi

Bazarların həftəlik analitikası

Təşəkkür edirik!

Sorğunuz uğurla göndərildi