Foreks bazarının həftəlik təqvimi və analitikası

Ötən həftə maliyyə bazarlarında yüksək dinamiklik müşahidə olunmasa da, bəzi maliyyə alətlərində aqressiv addımlar müşahidə olundu. Belə ki, neftin qiymətində nisbətən geriləmə olsa da, Yapon yenası dollara nisbətdə yeni tarixi maksimumları yaşadı. Cari həftə bir sıra iqtisadi göstəricilərlə yanaşı, Mərkəzi bankların sədrlərinin də çıxışı gözlənilir.

"UForex" cari həftənin mühüm xəbərlərini Sizin nəzərinizə çatdırır:

Avrozona

28 may

12:00 – AMB-nın sədri Laqardın çıxışı.

29 may

17:00 – AMB-nın sədri Laqardın çıxışı;

19:00 – AMB-nın sədri Laqardın çıxışı.

30 may

11:55 – Almaniya - İşsizlik göstəricisi (iyun).

01 iyul

11:55 – Almaniya – İstehsal sektorunda Biznes aktivliyi indeksi(iyun);

13:00 – İstehlakçı Qiymət indeksi (iyun).

Avro ötən həftə nisbətən artım templərini göstərərək, 1.0550 sərhəddinin üzərini yoxladı.

Lakin hələ də önəmli sərhəd sayılan 1.06 üzərində qərarlaşa bilməyib.

Bir sıra mülahizələrə görə, yaxın 3 ay ərzində avro yenidən ilin minimumu sayılan 1.0350 səviyyəsini test edə bilər.

"UForex"dən cari həftənin gözləntiləri:

- Artım hədəfləri: 1.0650, 1.0760

- Eniş hədəfləri: 1.0460, 1.0380

Böyük Britaniya

29 iyun

15:35 – İngiltərə bankının sədri Beylinin çıxışı;

17:30 – İngiltərə bankının sədri Beylinin çıxışı.

30 iyun

10:00 – Ümumi Daxili Məhsul göstəricisi (1-ci rüb).

01 iyul

12:30 – İstehsal sektorunda Biznes aktivliyi indeksi (iyun).

Ötən həftə İngiltərə bankının nümayəndəsinin açıqlamasına görə, İngiltərədə inflyasiyanın yüksək olması daha çox xarici faktorlardan qaynaqlanır.

Bu isə növbəti periodlarda qiymət, əmək haqqı və xərclərin yüksəlməsinə səbəb ola bilər.

İnflyasiyaya qarşı mübarizədə İngiltərə bankı pul-kredit siyasəti istiqamətində tədbirlər görür.

"UForex"dən cari həftənin gözləntiləri:

- Artım hədəfləri: 1.2400, 1.2600

- Eniş hədəfləri: 1.2150, 1.2000

ABŞ

28 iyun

18:00 – İstehlakçı güvən indeksi (iyun).

29 iyun

16:30 – Ümumi Daxili Məhsul göstəricisi (1-ci rüb);

17:00 – FES-in rəhbəri Pauellin çıxışı;

18:30 – Xam neft ehtiyatları.

30 iyun

16:30 – İşsizlik müavinətləri üzrə ilkin müraciətlərin sayı.

01 iyul

18:00 – İstehsal sektorunda Biznes aktivliyi indeksi (iyun).

Beynəlxalq Valyuta Fondunun məlumatına əsasən Amerika iqtisadiyyatı 2022-2023-cü illərdə zəifləsə də, FES-in faiz dərəcəsi ilə bağlı siyasəti doğru yöndədir.

Faiz dərəcəsinin 3.5-4%-dək yüksəldilməsi inflyasiyaya qarşı mübarizədə öz nəticəsini göstərəcəyinə ümidlər yüksəkdir.

Həmçinin ABŞ Maliyyə naziri Yellen və FES rəhbəri Pauell ilə bu mövzuda ətraflı müzakirələr aparılıb.

"UForex"dən cari həftənin gözləntiləri:

- Artım hədəfləri: 104.70, 105.50

- Eniş hədəfləri: 103.00, 102.30

Avstraliya

29 iyun

05:30 – Pərakəndə Satış Həcmi (may).

Ötən həftə dolların nisbətən zəifləməsi avstraliya dollarının nisbətən güclənməsinə səbəb olub.

Avstraliya dolları 0.7% bahalaşsa da, ümumilikdə artıq 3-cü həftədir ki,

enişini müşahidə edirik. Növbəti həftə faiz dərəcəsi ilə bağlı açıqlama gözlənilir.

"UForex"dən cari həftənin gözləntiləri:

- Artım hədəfləri: 0.7030, 0.7150

- Eniş hədəfləri: 0.6860, 0.6740

Kanada

30 iyun

16:30 – Ümumi Daxili Məhsul göstəricisi (aprel).

USD/CAD cütlüyü 2 həftəlik yüksəlişdən sonra ötən həftə nisbətən ucuzlaşıb.

Hazırda cütlük lokal dəstək səviyyəsi hesab olunan 1.2900 sərhəddində ticarət olunur.

"UForex"dən cari həftənin gözləntiləri:

- Artım hədəfləri: 1.3075, 1.3200

- Eniş hədəfləri: 1.2790, 1.2650

Yaponiya

01 iyul

03:50 – İri istehsalçıların əhval-ruhiyyə indeksi -Tankan (2-ci rüb);

03:50 – İri qeyri-istehsalçıların əhval-ruhiyyə indeksi -Tankan (2-ci rüb).

USD/JPY cütlüyünün yaxın vaxtlarda 140 səviyyəsinə yüksələcəyi ehtimal olunur.

Belə ki, Yaponiya bankı pul-kredit siyasətində hər hansı dəyişikliyə yalnız cari ilin sonunda gedə bilər.

Digər tərəfdən ABŞ xəzinə istiqrazlarının dəyərinin yüksəlməsi cütlüyü yüksəlişə sövq edə bilər.

"UForex"dən cari həftənin gözləntiləri:

- Artım hədəfləri: 137.00, 140.00

- Eniş hədəfləri: 132.00, 129.00

Qızıl

Cari həftə Almaniyada keçirilən G-7 sammitində neftdən sonra Rusiya qızılına da məhdudiyyətlərin tətbiqi ilə bağlı mövzular müzakirə olunmalıdır.

Analitiklər bu istiqamətdə qəbul olunan qərarların qızılın qiymətinə əsaslı təsir göstərəcəyinə inanmırlar.

Belə ki, qiymətli metallar bazarında standartları təyin edən London assosiasiyası artıq mart ayından bir çox Rusiya şirkətlərinə məhdudiyyət tətbiq edib.

"UForex"dən cari həftənin gözləntiləri:

- Artım hədəfləri: 1850.00, 1875.00

- Eniş hədəfləri: 1805.00, 1785.00

Neft

Neft bazarı Almaniyada keçirilən G-7 sammitinin nəticələrini gözləyir.

Belə ki, Rusiyadan alınacaq məhdud həcmli neftin qiyməti müəyyənləşdiriləcək.

Eyni zamanda, İranla yenidən danışıqların bərpası mövzusu gündəmdə olacaq.

OPEK+ üzv ölkələr bu həftə toplanaraq, avqust ayında hasilat həcmini plana uyğun saxlanılmasını müzakirə edəcəklər.

"UForex"dən cari həftənin gözləntiləri: (Brent)

- Artım hədəfləri: 116.00, 121.00

- Eniş hədəfləri: 107.00, 102.00

"UForex"dən cari həftənin gözləntiləri: (WTI)

- Artım hədəfləri: 113.00, 118.00

- Eniş hədəfləri: 105.00, 101.00

Ətraflı məlumat üçün sorğu göndərin

Sizin sorğunuz uğurla göndərildi

Foreks bazarının həftəlik təqvimi və analitikası

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi

Foreks bazarının həftəlik təqvimi və analitikası

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi

"UTrader"də daha sərfəli komissiyalarla ticarətə başlayın!

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi

Foreks bazarının həftəlik təqvimi və analitikası

Təşəkkür edirik!

Sorğunuz uğurla göndərildi