Koronavirus, müharibə və dəyişən neft qiymətləri

Neftin qiyməti son günlərdə azalmağa başlayıb. Bunun əsas səbəblərindən biri Çində koronavirusun yenidən canlanmasıdır. Bu da dünyanın ən böyük xam neft idxalçısının tələbi ilə bağlı narahatlığa səbəb olub. “West Texas Intermediate” fyuçersləri cümə günü 2.3% qalxdıqdan sonra bir barrel üçün neftin qiyməti $96-dan aşağı düşüb. Şanxayda virusa yoluxma halları artmaqda davam edir və məhdudiyyətlərin nə vaxt qaldırılacağı bəlli deyil. Bu hal limanların işləməməsinə səbəb oldu və bəzi neft emalçılarını hasilat dərəcələrini azaltmağa sövq etdi. Neft Rusiyanın fevralın axırlarında Ukraynaya müharibəyə başlamasından sonra kəskin qaldığı mövqelərdən geriləyərək əvvəlki qiymət mövqelərini əldən verib. Eyni zamanda, müharibə enerji qiymətlərinin artması fonunda inflyasiyanı da artırdı. Bu isə ABŞ və müttəfiqlərini qiymətləri soyutmaq üçün strateji ehtiyatlarından neft satmağa məcbur etdi. Atəşkəs üçün diplomatik səylərə baxmayaraq hərbi əməliyyatlar hələ də davam edir.

Şanxay bazar günü rekord sayda 26.000-dən çox yeni yoluxma hadisəsi olduğunu bildirib və cənub meqapolisi Quançjou bir sıra məhdudiyyətləri həyata keçirir. Çin isə sıfır kovid strategiyasını həyata keçirdiyindən Omikronun yüksək infeksion variantının yayılmasını dayandırmağa çalışır. Neft analitikləri tələb proqnozlarını azaltmaqda davam edirlər, çünki yeni yayılma səfərləri məhdudlaşdırır. Xəstəliyin təkrar yayılması işləməyə çalışan istehsalçılara təzyiq göstərir. Görünən odur ki, indiki qapanmaların sonu görünmür və nə qədər davam edərsə, tələbata da bir o qədər çox zərbə vuracaq. Həmçinin, Rusiya ilə bağlı vəziyyətin qiymətlərə təsiri hələki gözləniləndən az olmağına baxmayaraq, Ukraynadakı vəziyyət daha da pisləşərsə, bu neftin qiymətlərinə çox sürətlə təsir edə bilər.

Hörmətlə,

“Unicapital İnvestisiya Şirkəti" ASC-nin “Araşdırmalar və İnvestisiya Məsləhəti" şöbəsi

Koronavirus, müharibə və dəyişən neft qiymətləri

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi

Koronavirus, müharibə və dəyişən neft qiymətləri

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi

İnvestisiya qərarlarını ekspertlərə həvalə edib, stabil gəlir əldə edin.

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi