Mərkəzi Bankların faiz qərarları və iqtisadi göstəricilər

Ötən həftə Türkiyə və Rusiya mərkəzi bankları faiz qərarlarını açıqladı. Belə ki, Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı faiz dərəcəsini dəyişməyərək 14.0% səviyyəsində saxladı. Qeyd edək ki, Türkiyədə iyun ayı üçün inflyasiya gözləntilərdən (79.95%) aşağı 78.62% açıqlanmışdı, may ayı üçün bu göstərici 73.5% idi. Rusiya Mərkəzi Bankı isə cari istehlak qiymətləri artımının aşağı olmasını və bunun illik inflyasiyanın yavaşlayacağına səbəb olacağı fikrini rəhbər tutaraq faiz dərəcələrini 1.5% azaldaraq 8.0%-ə endirib. Bloomberg analitiklərinin proqnozları faizlərin 0.75% azaldılaraq 8.75%-ə endiriləcəyi idi. Rusiyada da iyun ayında inflyasiya həm gözləntilərə, həm də may ayına nəzərən daha aşağı açıqlanmışdı.

Avropa Mərkəzi Bankı son 11 ildə ilk dəfə faiz artıraraq 3 əsas uçot dərəcəsini 0.50% artırdı. Nəticədə bazar uçot dərəcəsi 0,5%-də, depozitlər üzrə faiz dərəcəsi 0%-də, qısamüddətli kreditlər üzrə faiz dərəcəsi isə 0,75%-də qərarlaşdı. Xatırladaq ki, iqtisadi artımın yavaşlamasının və böhran olacağına dair proqnozların Avropa Mərkəzi Bankının (ECB) faiz artıracağı gözləntilərini zəiflətməsilə bağlı olaraq iyul ayının əvvəlində ortaq valyuta olan avro dollar qarşısında son 20 ilin ən aşağı səviyyəsinə düşmüşdü.

27 iyul tarixində ABŞ FES faiz qərarını açıqlayacaq. İyun ayı üçün ABŞ-da inflyasiya göstəricisinin rekord yeniləməsi və 9.1%-ə yüksəlməsinə görə, FES-in 0.75%-1% faiz artım edəcəyini proqnoz edilir.

Mərkəzi Bankların faiz qərarları və iqtisadi göstəricilər

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi

Mərkəzi Bankların faiz qərarları və iqtisadi göstəricilər

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi

İnvestisiya xidmətləri ilə maraqlanırsınız?

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi