Foreks bazarının həftəlik təqvimi və analitikası 20.04.2026 - 26.04.2026

UForexcari həftənin mühüm xəbərlərini nəzərinizə çatdırır:

Ötən həftə qlobal bazarlar üçün əsas mövzu Yaxın Şərqdə atəşkəs prosesinin davam edib-etməyəcəyi və Hörmüz boğazının mərhələli şəkildə yenidən açılması oldu. Həftənin sonuna doğru İran tərəfindən kommersiya gəmilərinə keçid icazələrinin verilməsi, ABŞ tərəfindən isə diplomatik açıqlamaların yumşalması bazarlarda risk iştahasını artırdı. Bu fonda ABŞ dolları zəiflədi, avro gücləndi, səhmlər bazarında bərpa meyli yarandı.

Neft qiymətləri əvvəlki pik səviyyələrdən geri çəkilsə də, müharibədən əvvəlki qiymətlərdən hələ də yüksək qalır. Bu isə bazarda risklərin tam aradan qalxmadığını göstərir. Eyni zamanda, həm ABŞ-də, həm də Avropada inflyasiya göstəriciləri mərkəzi bankların hədəflərindən uzaqlaşmağa davam edir. Deməli, geosiyasi risklər zəifləsə belə, monetar risklər qalır.

Cari həftədə bazarın diqqəti iki əsas mövzu üzərində cəmlənəcək:

  1. ABŞ-İran danışıqları və boğazın real işləkliyi
  2. Makro göstəricilər – Retail Sales, PMI, PPI

Hazırda bazar qısamüddətli perspektivdə əsasən xəbər axını ilə yönlənir, lakin dollar üzərində təzyiqin artdığı da görünür.

ABŞ

ABŞ iqtisadiyyatı üzrə son məlumatlar bazara qarışıq siqnallar ötürür. Bir tərəfdən istehlak hələ də tam çökməyib, əmək bazarı nisbətən dayanıqlıdır. Digər tərəfdən həm PPI, həm CPI göstəricilərində yüksəliş müşahidə olunur ki, bu da enerji qiymətlərinin iqtisadiyyata ötürülməyə başladığını göstərir.

FED daxilində fikir ayrılığı dərinləşir. Bir qrup üzv faiz endirimlərini hələ də mümkün sayır, digər qrup isə inflyasiyanın yenidən sürətlənməsi fonunda ehtiyatlı mövqe tutur. Buna görə də investorlar qərarın özündən çox, FED-in mesajlarının tonuna və istiqamətinə fokuslanır.

Bu həftə açıqlanacaq Pərakəndə Satış göstəricisi ABŞ istehlakçısının nə qədər güclü olduğunu göstərəcək. Əgər rəqəmlər zəif olarsa, dollar üzərində əlavə təzyiq yarana bilər. Güclü nəticə isə dolların qısamüddətli bərpasına səbəb ola bilər.

Hazırda bazarın əsas ssenarisi FED üzrə faiz dərəcələrinin uzun müddət yüksək səviyyədə saxlanılması mövzusudur, lakin dollar artıq geosiyasi risk azalması səbəbilə əvvəlki dəstəyini itirib.

21 aprel
16:30 – Pərakəndə satış həcmi (aylıq) (mart)
16:30 – Pərakəndə satışın baza indeksi (aylıq) (mart)

22 aprel
18:30 – Xam neft ehtiyatları

23 aprel
16:30 – İşsizlik müavinətləri üzrə ilkin müraciətlərin sayı
17:45 – Xidmət sektorunda biznes aktivliyinin indeksi (PMI) (aprel)

17:45 – İstehsal sektorunda biznes aktivliyinin indeksi (PMI) (aprel)

Avrozona

Avrozonada inflyasiya son aylarda yenidən yüksəliş trayektoriyasına keçib. Son HICP göstəricisinin 2.6%-ə yüksəlməsi və Almaniyada qiymət təzyiqlərinin qalması Avropa Mərkəzi Bankını (ECB) daha sərt mövqedə saxlaya bilər. ECB rəsmiləri son çıxışlarında açıq şəkildə bildirirlər ki, müharibə ilə bağlı enerji bazarında yaranan təzyiq davam edərsə, əlavə tədbirlər istisna edilmir.

Bu fonda avro dollar qarşısında üstünlük qazanmağa başlayıb. EUR/USD artıq texniki olaraq mühüm hərəkətli ortalamaların üzərindədir və yüksəliş trendi güclənir.

Bu həftə Almaniya PPI, daha sonra Avrozona və Almaniya üzrə ilkin PMI göstəriciləri izləniləcək. Xüsusilə istehsal və xidmət sektorunda bərpa siqnalları avroya əlavə dəstək verə bilər.

Əgər ABŞ məlumatları zəif, Avropa məlumatları isə stabil gələrsə, EUR/USD üçün 1.2000 psixoloji səviyyəsi artıq real ortamüddətli hədəfə çevrilə bilər.

Cari həftənin gözləntiləri:

  • Artım hədəfləri: 1.1900; 1.1950; 1.2000
  • Eniş hədəfləri: 1.17500; 1.1704; 1.1633

Neft

Neft bazarı əvvəlki həftələrə nisbətən daha sakit görünsə də, risk tam aradan qalxmayıb. Brent həftəni 92.44 dollar, WTI isə 83-84 dollar ətrafında tamamladı. Qiymətlərdəki geriləmə əsasən boğazın qismən açılması və atəşkəslə bağlı artan nikbinliklə əlaqələndirilir. Lakin logistika tam normallaşmayıb və gəmilərin hərəkəti hələ də məhduddur.

Brent üzrə texniki mənzərə hələ də yüksəliş meyilli (bullish)olaraq qalır. Əsas ssenari əvvəlcə 86.25 zonasında dəstək testi, daha sonra isə 100.55 üzəri bağlanış olarsa 115.25 istiqamətində yüksəlişin davamıdır.

WTI üzrə bazar daha emosional görünür. Cari həftə üçün əsas diapazon 75-105 dollar kimi qiymətləndirilir. Əgər bazar ertəsi açılışında qiymət yenidən 90 səviyyəsinin üzərinə qalxarsa, bu, iri investorların hələ də risklərə qarşı ehtiyatlı qaldığını göstərə bilər.

Qısamüddətli perspektivdə neft bazarını əsasən tələb yox, təchizatla bağlı risklər istiqamətləndirir.

Cari həftənin gözləntiləri (Brent):

  • Artım hədəfləri: 100.55; 108.00; 115.25
  • Eniş hədəfləri: 86.25; 74.05; 60.65

Cari həftənin gözləntiləri (WTI):

  • Artım hədəfləri: 90.00 ; 97.00 ; 105.00
  • Eniş hədəfləri: 80.00 ; 75.00 ; 70.00

Qızıl

Qızıl son həftələrdə klassik “təhlükəsiz liman” funksiyasını tam sabit şəkildə yerinə yetirmir. Bunun səbəbi odur ki, geosiyasi risklər qızılı dəstəkləsə də, yüksək inflyasiya və FED-in sərt qalma ehtimalı dolları və gəlirlilikləri dəstəkləyir. Nəticədə qızıl yüksəlir, lakin güclü trend yarada bilmir.

Cari həftə qızıl üçün əsas ssenari belədir: əgər ABŞ-dən gələn məlumatlar zəif olarsa və dollar zəifləməyə davam edərsə, qızıl yenidən 4900-5000 zonasına yönələ bilər. Əgər neftdə yeni sıçrayış və ABŞ inflyasiyasında artım davam edərsə, FED gözləntiləri sərtləşəcək və qızıl üzərində təzyiq yarana bilər.

Texniki baxımdan 4680-4700 zonası əsas dəstək olaraq qalır. Bu səviyyənin qorunması alıcıların hələ bazarda olduğunu göstərəcək. Yuxarıda isə 4865-4900 ilk güclü müqavimət sahəsidir.

Orta müddətli perspektivdə qızıl üçün struktur pozitiv qalır, lakin yeni impuls üçün ya dollar zəifləməli, ya da risklər yenidən artmalıdır.

Cari həftənin gözləntiləri:

  • Artım hədəfləri: 4865; 4900; 5000
  • Eniş hədəfləri: 4700; 4680; 4500

https://t.me/unicapital_investment

Ətraflı məlumat üçün sorğu göndərin

Sizin sorğunuz uğurla göndərildi.

Foreks bazarının həftəlik təqvimi və analitikası 20.04.2026 - 26.04.2026

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi.

Foreks bazarının həftəlik təqvimi və analitikası 20.04.2026 - 26.04.2026

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi.

UForex-də güzəştli ticarət şərtlərini kəşf edin!

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi

Foreks bazarının həftəlik təqvimi və analitikası 20.04.2026 - 26.04.2026

Təşəkkür edirik!

Sorğunuz uğurla göndərildi.