Foreks bazarının həftəlik təqvimi və analitikası 24.08.2026 - 30.08.2026

UForex cari həftənin mühüm xəbərlərini nəzərinizə çatdırır:
Ötən həftə ABŞ dolları kəskin zəifləyərək Dollar İndeksini 98.50 ətrafına qədər endirdi. Əsas səbəblər ABŞ Xəzinədarlığının uzunmüddətli istiqrazların geri alışını artırması, istiqraz gəlirliliklərinin azalması və ABŞ-nin fiskal vəziyyəti ilə bağlı narahatlıqların güclənməsi oldu.
Bununla belə, FED-in iyul iclasının protokolları sərt mövqenin qorunduğunu göstərdi. Bir sıra rəsmilər inflyasiyanın hələ də yüksək olduğunu və zərurət yaranarsa əlavə faiz artımının mümkünlüyünü vurğuladılar. Buna görə dollar üzrə ümumi fundamental mənzərə tam mənfi deyil.
Cari həftədə əsas diqqət ABŞ PCE inflyasiyası, Q2 ÜDM göstəricisi və Jackson Hole simpoziumuna yönələcək. FED sədri Kevin Vorşun çıxışı bazarın sentyabr faiz qərarı ilə bağlı gözləntilərinə ciddi təsir göstərə bilər.
Yaxın Şərqdə ABŞ-İran münasibətləri və Hörmüz boğazındakı vəziyyət isə neft, inflyasiya və təhlükəsiz aktivlərə tələb baxımından əsas geosiyasi risk olaraq qalır.
ABŞ dolları hazırda iki əks istiqamətli faktorun təsiri altındadır. Bir tərəfdən, inflyasiyanın FED-in 2%-lik hədəfindən yüksək qalması faizlərin uzun müddət yüksək səviyyədə saxlanılması ehtimalını dəstəkləyir. Digər tərəfdən, əmək bazarında zəifləmə və fiskal risklər dolların yüksəlişini məhdudlaşdırır.
ABŞ Əmtəə Fyuçersləri üzrə Ticarəti Komissiyasının (CFTC) məlumatlarına görə, dollar üzrə xalis uzun mövqelər bir qədər azalsa da, ümumi mövqeləşmə hələ də dolların xeyrinə işləyir. Bu, investorların dollara marağının tam itirilmədiyini göstərir.
Cari həftənin əsas göstəricisi PCE inflyasiyası olacaq. Gözləntilərdən yüksək nəticə FED-in əlavə faiz artımı ehtimalını artıraraq dolların bərpasına səbəb ola bilər. Daha zəif göstərici isə dollar üzərində satış təzyiqini davam etdirə bilər.
Jackson Hole-dakı çıxışlar da mühüm olacaq. K.Vorş inflyasiya risklərini yenidən ön plana çıxarsa, ABŞ istiqraz gəlirlilikləri və dollar yüksələ bilər. Daha ehtiyatlı açıqlamalar isə dolların zəifliyini qoruyacaq.
25 avqust
18:00 – İstehlakçı güvən indeksi (avqust)
18:00 – Yeni mənzil satışları (iyul)
26 avqust
16:30 – Şəxsi istehlak xərcləri üzrə əsas qiymət indeksi (illik) (iyul)
16:30 – Şəxsi istehlak xərcləri üzrə əsas qiymət indeksi (aylıq) (iyul)
16:30 – ÜDM göstəricisi (rüblük) (2-ci rüb)
18:30 – Xam neft ehtiyatları
27 avqust
16:30 US – İşsizlik müavinətləri üzrə ilkin müraciətlərin sayı
EUR/USD ötən həftə dolların zəifləməsi fonunda 1.1700 səviyyəsinin üzərinə yüksəlib və son ayların maksimumlarına yaxınlaşıb. Avrozonada PMI göstəricilərinin yaxşılaşması da avroya əlavə dəstək verib.
Bununla belə, Avrozona iqtisadiyyatında artım tempi hələ də zəifdir və struktur problemlər qalır. Buna görə EUR/USD-də son yüksəliş daha çox dolların zəifləməsi ilə bağlıdır.
Texniki baxımdan 1.1710 əsas müqavimətdir. Bu səviyyənin üzərində möhkəmlənmə 1.1800 və 1.1850 istiqamətində yüksəlişi davam etdirə bilər.
Aşağı istiqamətdə 1.1630 ilk mühüm dəstəkdir. Bu səviyyənin aşağı doğru qırılması 1.1570 və daha sonra 1.1470 zonasını gündəmə gətirə bilər.
Cari həftədə EUR/USD üçün əsas istiqamət ABŞ PCE göstəricisi və Jackson Hole-dan gələcək mesajlarla müəyyənləşəcək.
24 avqust
10:00 – Almaniyada ÜDM göstəricisi (2-ci rüb)
Cari həftənin gözləntiləri:
- Artım hədəfləri: 1.1710; 1.1800; 1.1850
- Eniş hədəfləri: 1.1630; 1.1570; 1.1470
Neft bazarında əsas diqqət Hörmüz boğazında daşımaların vəziyyətinə, ABŞ-İran münasibətlərinə və qlobal təklifə yönəlib. Boğazdan keçidlərin hələ də məhdud qalması və qlobal ehtiyatların azalması qiymətlərə dəstək verir.
Digər tərəfdən, yüksək neft qiymətləri qlobal tələbi zəiflədə bilər. Buna görə Brent və WTI üzrə əsas ssenari yüksəliş meylinin qorunması, lakin yüksək dəyişkənliyin davam etməsidir.
Brent
Brent 90 dolların üzərində qaldığı müddətdə alıcıların üstünlüyü qorunur. 95 dolların yuxarı istiqamətdə qırılması 98 və 100 dollar səviyyələrini gündəmə gətirə bilər.
Əksinə, geosiyasi risklərin azalması və ya təchizatın yaxşılaşması qiyməti 90 dolların altına sala bilər. Bu halda 87 və 85 dollar əsas dəstək zonaları olacaq.
Cari həftənin gözləntiləri (Brent):
- Artım hədəfləri: 95.00; 98.00; 100.00
- Eniş hədəfləri: 90.00; 87.00; 85.00
WTI
WTI üçün 85 dollar əsas qısamüddətli dəstək olaraq qalır. Qiymət bu səviyyənin üzərində qaldığı müddətdə 87.40-88.00 zonasının yenidən test edilməsi mümkündür.
Bu zonanın yuxarı doğru qırılması 90 və 92 dollar istiqamətində yüksəlişi gücləndirə bilər. 85 dolların aşağı istiqamətdə qırılması isə 82.80 və 80.70 səviyyələrinə doğru korreksiya riskini artıracaq.
Cari həftənin gözləntiləri (WTI):
- Artım hədəfləri: 87.40; 90.00; 92.00
- Eniş hədəfləri: 85.00; 82.80; 80.70
Qızıl ötən həftə dolların zəifləməsi və ABŞ istiqraz gəlirliliklərinin azalması fonunda güclü yüksəliş göstərərək 4,600 dolların üzərinə qalxıb.
Hazırda 4,500 dollar əsas texniki səviyyədir. Qiymət bu səviyyənin üzərində qaldığı müddətdə yüksəliş meyli qorunur və 4,675-4,700 zonası növbəti hədəf kimi çıxış edir.
Cari həftədə qızıl üçün əsas risk PCE inflyasiyası və FED-in Jackson Hole-dakı mesajlarıdır. Güclü inflyasiya göstəricisi və sərt FED ritorikası dolları gücləndirərək qızılda korreksiya yarada bilər. Daha zəif PCE isə qızılın yüksəlişini davam etdirməsinə şərait yarada bilər.
Cari həftənin gözləntiləri:
- Artım hədəfləri: 4,675; 4,700; 4,850
- Eniş hədəfləri: 4,500; 4,400; 4,300
Ətraflı məlumat üçün sorğu göndərin
Sizin sorğunuz uğurla göndərildi.
© 2026 Unicapital İnvestisiya Şirkəti ASC.
Bütün hüquqlar qorunur.