Foreks bazarının həftəlik təqvimi və analitikası 02.06.025 -08.06.2025

UForexcari həftənin mühüm xəbərlərini nəzərinizə çatdırır:

Keçən həftə ABŞ-nın ticarət siyasəti və məhkəmə qərarları bazarlarda qeyri-müəyyənlik yaratdı.

ABŞ dolları 99-100 aralığında dalğalandı, Avro isə AMB-nin faiz endirimi gözləntiləri ilə zəiflədi.

Neft qiymətləri sabit qaldı, qızıl isə dalğalanmalar yaşadı.
Bu həftə diqqət əsasən iki hadisəyə yönəlib: iyunun 5-də AMB-nin toplantısı (burada faiz dərəcəsinin

yenidən endiriləcəyi demək olar ki, dəqiqdir) və iyunun 6-da ABŞ-nin məşğulluq hesabatı (Nonfarm Payrolls).

ABŞ

Dollar üzərində təzyiq davam edir. Buna səbəb isə həm ticarət tarifləri ilə bağlı məhkəmə qərarları,

həm də qarışıq iqtisadi göstəricilərdir. Federal məhkəmə Trampın bütün ölkələrə qarşı vahid tarif tətbiq

etmək səlahiyyətini şübhə altına aldı. Lakin apellyasiya məhkəməsi bu qərarı müvəqqəti dayandırdı.

ABŞ Mərkəzi Bankı (FED) faizləri dəyişməz saxladı, lakin gələcəyə dair ehtiyatlı danışdı. FED-in rəhbəri

C.Pauell bildirdi ki, bütün qərarlar real iqtisadi göstəricilərə əsaslanacaq. Hazırda FED daxilində bəziləri

sabitlik tərəfdarıdır (Kaşkari, Uilyams), bəziləri isə daha sərt mövqe tutur (Loqan).

Bu həftənin əsas hadisəsi iyunun 6-da açıqlanaq məşğulluq hesabatıdır.

Gözləntilərdən yüksək nəticələr dolları gücləndirə, aşağı nəticələr isə zəiflədə bilər.


2 iyun
17:45 – İstehsal sektorunda biznes aktivliyinin indeksi (PMI) (may)
18:00 – ISM-dən istehsal sektorunda biznes aktivliyinin indeksi (PMI) (may)
21:00 – FED-in rəhbəri C.Pauelin çıxışı

3 iyun
18:00 USD – “JOLTS” əmək birjasında açıq vakansiyaların sayı (aprel)

4 iyun
16:15 – ADP-dən qeyri-kənd təsərrüfatı sektorunda məşğulluq göstəricisi (may)

17:45 – Xidmət sektorunda biznes aktivliyinin indeksi (PMI) (may)

18:00 – ISM-dən qeyri-istehsal sektorunda biznes aktivliyinin indeksi (may)
18:30 – Xam neft ehtiyatları

5 iyun
16:30 – İşsizlik müavinətləri üzrə ilkin müraciətlərin sayı


6 iyun
16:30 – Saatlıq orta əməkhaqqı (may)

16:30 – Qeyri-kənd təsərrüfatı sektorunda məşğulluq göstəricisi (may)

16:30 – İşsizlik göstəricisi (may)

Avrozona

Avropa Mərkəzi Bankının (AMB) faiz endirimi gözləntiləri avronu təzyiq altında saxlayır.

Almaniya istiqrazlarının gəlirliliyi düşür, ABŞ-də isə bu göstərici sabitdir.

Bazarlar AMB-nin bu həftə faizləri 2%-ə endirəcəyini gözləyir və bu, bəlkə də son endirim olacaq.

Texniki baxımdan, müqavimət 1.1570-1.1600 səviyyələrindədir.

Dəstək isə 1.1165 və 1.0813 ətrafındadır. Ticarət siyasəti və mərkəzi bankların qərarları aydınlaşanadək

cütlük konsolidasiyada qala bilər.

3 iyun

13:00 – İstehlak qiymətləri indeksi (illik) (may)

5 iyun
16:15 – Depozitlər üzrə faiz dərəcələri (iyun)

16:15 – Uçot faiz dərəcəsi ilə bağlı qərar (iyun)

16:45 – Avropa Mərkəzi Bankının mətbuat konfransı


Cari həftənin gözləntiləri:

- Artım hədəfləri: 1.1450; 1.1570; 1.1600

- Eniş hədəfləri: 1.1165; 1.0813; 1.0730

Neft

WTI markalı neftin qiyməti keçən həftə 59.00-62.80 diapazonunda hərəkət etdi və həftəni təxminən

60.00 səviyyəsində başa vurdu. OPEC-in təchizat artımı elan etməsinə baxmayaraq, ABŞ-nin Rusiyaya qarşı

yeni sanksiya planları səbəbi ilə qiymətlər artdı. ABŞ Konqresində Rusiyadan neft alan ölkələrə qarşı 500%

gömrük rüsumu təklifi neftə olan qlobal tələbi dəyişə bilər.

Cari həftənin gözləntiləri: (WTI)

- Artım hədəfləri: 63,00; 64,00; 66,00

- Eniş hədəfləri: 55,00; 52,00; 49,00

Cari həftənin gözləntiləri: (Brent)

- Artım hədəfləri: 66,00; 70,00; 72,50

- Eniş hədəfləri: 60,00; 57,50; 55,00


Qızıl

Qızılın qiyməti keçən həftə aydın istiqamət tapa bilmədi. ABŞ-dən gələn qarışıq məlumatlar

və tariflərlə bağlı xəbərlər səbəbindən dalğalanma yaşandı. Həftənin əvvəlində müsbət iqtisadi

göstəricilər qızılın zəifləməsinə səbəb oldu, lakin zəif işsizlik məlumatları və dolların zəifləməsi

qızılı dəstəklədi.İyunun 6-da açıqlanacaq məşğulluq hesabatı qızılın istiqamətini müəyyən edə bilər.

Güclü nəticələr qızılı ucuzlaşdıra, zəif nəticələr isə bahalaşdıra bilər.

Cari həftənin gözləntiləri:

- Artım hədəfləri: 3360.00; 3400.00; 3500.00;

- Eniş hədəfləri: 3260.00; 3150.00; 3100.00;

Valyuta bazarında baş verən ən son yeniliklərdən xəbərdar olmaq üçün bizi “Telegram” kanalımızda izləyin!

https://t.me/uforex_az

Ətraflı məlumat üçün sorğu göndərin

Sizin sorğunuz uğurla göndərildi.

Foreks bazarının həftəlik təqvimi və analitikası 02.06.025 -08.06.2025

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi.

Foreks bazarının həftəlik təqvimi və analitikası 02.06.025 -08.06.2025

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi.

İnvestisiya xidmətləri üçün müraciət edin!

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi

Foreks bazarının həftəlik təqvimi və analitikası 02.06.025 -08.06.2025

Təşəkkür edirik!

Sorğunuz uğurla göndərildi.