Foreks bazarının həftəlik təqvimi və analitikası 09.12.2024 -15.12.2024

UForexcari həftənin mühüm xəbərlərini nəzərinizə çatdırır:

Artan geosiyasi qeyri-sabitlik bazarın qeyri-müəyyən vəziyyətini gərgin olaraq saxlayır.

Belə vəziyyət qızıl və neftin qiymət artımına dəstək olur.

Donald Trampın tarif təhdidləri Dolların əsas rəqibləri olan Avro və Funtun artım ehtimalını məhdudlaşdırır.

FedWatch Tool-a görə, FED-in bu ay faiz endiriminin ehtimalı 80% səviyyəsindədir.

ABŞ

ABŞ Əmək Departamentinin ötən ayın son günü - noyabrın 30-da işsizlik müavinəti üçün ilk dəfə müraciət edənlərin sayının

215,000-dən 224,000-ə yüksəldiyini bildirdikdən sonra ABŞ Dolları (USD) aşağı təzyiqə məruz qaldı.

CME FedWatch Tool-a görə, bazarlar hazırda dekabr ayında Federal Ehtiyat Sisteminin (FED) uçot dərəcəsini

25 baza bəndi (bps) endirməsi ehtimalını təxminən 80% kimi qiymətləndirir. 150,000 və ya daha aşağı olan NFP göstəricisi,

məzənnənin aşağı düşməsini təsdiqləyə və ABŞ dollarının vəziyyətini daha da ağırlaşdıra bilər.

Digər tərəfdən, 10 illik ABŞ dövlət istiqrazının gəlirliliyi oktyabrın 21-dən bəri ən aşağı səviyyəyə yaxınlaşaraq,

ABŞ dollarının çox həftəlik minimumdan bərpasını məhdudlaşdırır.

Treyderlər bu həftə qazanc əldə etmək üçün CPI rəqəmlərinin açıqlanmasını böyük diqqətlə gözləyirlər.

11 dekabr

17:30 – İstehlak qiymətlərinin baza indeksi (noyabr)

17:30 – İstehlak qiymətlərinin indeksi (İllik) (noyabr)

17:30 – İstehlak qiymətlərinin indeksi (Aylıq) (noyabr)

19:30 – Xam neft ehtiyatları haqqında məlumatın açıqlanması

22:00 – 10 illik xəzinə notlarının yerləşdirilməsi üzrə hərrac

12 dekabr

17:30 – İşsizlik müavinəti alanların ümumi sayı

17:30 – İstehsalçı qiymətlərinin indeksi (noyabr)

22:00 – 30 illik xəzinə istiqrazlarının yerləşdirilməsi üzrə hərrac

Avrozona

Yeni seçilmiş prezident Donald Tramp artıq ticarət tariflərinin onun siyasi gündəminin bir hissəsini təşkil edəcəyinə işarə vurub.

Lakin analitiklər ABŞ-Aİ arasındakı ticarət mübahisəsinin yeni inflyasiya dalğasını təhrik edə biləcəyi ilə bağlı narahatlıqlara qarşı tariflərin

Avrozonada deflyasiyaya səbəb ola biləcəyini düşünürlər.

İqtisadçıların fikrincə, ABŞ-dən idxal Avrozonanın ümumi idxalının 10%-dən bir qədər çoxunu təşkil edir.

Bunun dörddə biri isə enerjidir, lakin onun vergiyə cəlb olunması ehtimalı azdır.

ABŞ-nin AB mallarına 10%-lik əlavə rüsum tətbiq etmə potensialı və

Aİ idxalının ən böyük mənbəyi olan Çinə qarşı əlavə tədbirlər Avrozonanın iqtisadi artımını daha da ağırlaşdıracaq.

10 dekabr

11:00 – Almaniyada istehlak qiymətləri indeksi (noyabr)

12 dekabr

17:15 – Depozitlər üzrə faiz dərəcələri (dekabr)

17:15 – Uçot faiz dərəcəsi ilə bağlı qərar (dekabr)

17:45 – AMB-nin mətbuat konfransı

Cari həftənin gözləntiləri:

- Artım hədəfləri: 1.0595; 1.0602; 1.0628

- Eniş hədəfləri: 1.0496; 1.0459; 1.0408

Böyük Britaniya

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın tarif təhdidləri və

ABŞ Federal Ehtiyat Sistemi (FED) ilə İngiltərə Bankı (BoE) arasında

fərqli monetar siyasət perspektivləri GBP/USD məzənnəsinin əsas hərəkətverici qüvvəsi kimi çıxış edir.

Funt sterlinq çərşənbə günü

BoE Qubernatoru Endryu Baileynin “göyərçinli” şərhlərinə az əhəmiyyət verərək,

yenidən artım tempi qazandı.

“Financial Times”a (FT) verdiyi müsahibədə Beyli “inflyasiya azaldıqca gələn il

Böyük Britaniyada dörd dəfə faiz endirimini gözlədiyini” söylədi.

Bazar iştirakçıları qazanc əldə etmək üçün gözləməkdədir.

Beləki, cümə axşamı ABŞ İstehsalçı Qiymətləri İndeksi məlumatları,

cümə günü Böyük Britaniyanın aylıq Ümumi Daxili Məhsulu (ÜDM) və sənaye rəqəmləri təqdim ediləcək.

13 dekabr

11:00 – Ümumi daxili məhsul göstəricisi (oktyabr)

Cari həftənin gözləntiləri:

- Artım hədəfləri: 1.3214; 1.3304; 1.3368

- Eniş hədəfləri: 1.2551; 1.2459; 1.2367

Neft

Neft qiymətləri tələbin azalması və Çindən gələn zəif inflyasiya məlumatları fonunda təzyiq altında qaldı.

Buna rəğmən, Suriyada artan geosiyasi gərginliyə görə yüksələn risk mükafatı bazar ertəsi

Asiya ticarətində neft qiymətlərini bir qədər yüksəltdi. Neft qiymətləri OPEC+-dan cüzi dəstək aldı və

davam edən tədarük azalmasını ən azı 2025-ci ilin aprelinə qədər uzatmağa razı oldu.

OPEC-in təklifin aşağı düşməsinə dair qərarı neft bazarları tərəfindən mənfi qarşılandı, çünki bu,

tələbin yaxşılaşacağına inamın azaldığını göstərir. Belə vəziyyət neftin qiymətinin artmasının

Yaxın Şərqdəki geosiyasi hadisələr fonunda mümkün olacağını ifadə edir.

Cari həftənin gözləntiləri: (WTI)

- Artım hədəfləri: 68.74;68.91; 69.09

- Eniş hədəfləri: 67.39; 67.21; 66.04

Cari həftənin gözləntiləri: (Brent)

- Artım hədəfləri: 72.96; 73.24; 73.50

- Eniş hədəfləri: 71.22; 71.06; 70.43

Qızıl

Suriya və Cənubi Koreyadakı geosiyasi qarışıqlıq qızıla olan tələbi artırmağa kömək etdiyi üçün

bazar ertəsi Asiya ticarət saatlarında qızılın qiymətləri bir qədər yüksəldi.

Birləşmiş Millətlər Təşkilatı (BMT) Suriyadakı vəziyyəti müzakirə etmək üçün bazar ertəsi fövqəladə qapalı iclas keçirəcək.

Digər tərəfdən, ötən həftə cümə günü ABŞ-nin əmək birjası haqqında məlumatlar - “Non-Farm” əməkhaqqısının noyabr ayında

227K artaraq təxmin edilən 200K artımı geridə qoyduğunu göstərdi.

Buna rəğmən, bazarlar ABŞ Federal Ehtiyat Sisteminin bu ay faiz dərəcəsini endirməsi ehtimalını 80% üzərində qiymətləndirir.

Cari həftənin gözləntiləri:

- Artım hədəfləri: 2670.91; 2689.61; 2702.32;

- Eniş hədəfləri: 2625.50; 2616.79; 2608.09;

Valyuta bazarında baş verən ən son yeniliklərdən xəbərdar olmaq üçün bizi “Telegram” kanalımızda izləyin!

https://t.me/uforex_az

Ətraflı məlumat üçün sorğu göndərin

Sizin sorğunuz uğurla göndərildi

Foreks bazarının həftəlik təqvimi və analitikası 09.12.2024 -15.12.2024

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi

Foreks bazarının həftəlik təqvimi və analitikası 09.12.2024 -15.12.2024

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi

İnvestisiya xidmətləri üçün müraciət edin!

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi

Foreks bazarının həftəlik təqvimi və analitikası 09.12.2024 -15.12.2024

Təşəkkür edirik!

Sorğunuz uğurla göndərildi