Foreks bazarının həftəlik təqvimi və analitikası 03.11.2025 - 09.11.2025

UForexcari həftənin mühüm xəbərlərini nəzərinizə çatdırır:

Keçən həftə bazarlarda əsas mövzu ABŞ Federal Ehtiyat Sistemi tərəfindən
faiz dərəcəsinin 25 baza bəndi azaldılması olsa da, Cerom Pauelin mətbuat
konfransındakı sərt tonu (hawkish) da mühüm müzakirə mövzusuna çevrildi.
FED dekabrda əlavə faiz endiriminin avtomatik olmayacağı barədə mesaj ötürdü,
bu isə dollara dəstək verdi və riskli aktivlərin satış təzyiqini artırdı.

ABŞ hökumətinin uzunmüddətli “shutdown” problemi, gecikdirilən makrostatistika və
əmək bazarı barədə qeyri-müəyyənliklər investorların ehtiyatlı davranmasına səbəb olur.
Paralel olaraq, ABŞ-Çin və ABŞ-Yaponiya arasında gərgin ticarət dialoqunda müsbət
tonlar risk iştahını qısa müddətlik dəstəkləyir, lakin ümumi istiqamət riskdən
qaçış olaraq qalır.

Avropa Mərkəzi Bankı (AMB) faiz dərəcələrini dəyişməz saxladı və “rahat mövqedə”
olduqlarını təsdiqlədi, lakin artım hələ də zəifdir və inflyasiya riskləri tam aradan qalxmayıb.
Almaniya və Avrozonadan gələn göstəricilər qarışıqdır və avro üzərində təzyiq davam edir.

Əmtəə bazarlarında neft qiymətləri təklif bolluğu və zəif tələb fonunda təzyiq altında qalır.
Qızıl isə yüksək pikdən sonra korreksiya dövründədir və FED-in açıqlamaları
burada həlledici olaraq qalır.

ABŞ

Bu həftə diqqət ISM İstehsal, Xidmət PMI, ADP məşğulluq, FOMC üzvlərinin çıxışları
üzərində olacaq.

C.Pauelin “dekabrda azalma zəmanəti yoxdur” bəyanatı dolları dəstəkləyir. ABŞ-nin 10-illik
istiqraz gəlirliliyi 4% üzərində möhkəmlənir – bu, həm EUR/USD, həm də qızıl üçün təzyiq deməkdir.

ABŞ hökumətinin fəaliyyətinin dayandırılması davam etdiyindən, bəzi statistik məlumatlar
gecikə və ya natamam ola bilər, bu da bazarın kəskin reaksiyasına səbəb ola bilər.
FED-in rəsmilərinin çıxışlarında “inflyasiya risklərinə ehtiyatlı yanaşma” tonu qorunarsa,
USD-nin güclənməsi davam edə bilər.

3 noyabr

18:45 – İstehsal sektorunda biznes aktivliyinin indeksi (PMI) (oktyabr)
19:00 – ISM-dən istehsal sektorunda biznes aktivliyinin indeksi (PMI) (oktyabr)

4 noyabr

19:00 – “JOLTS” əmək birjasında açıq vakansiyaların sayı (sentyabr

5 noyabr

17:15 – ADP-dən qeyri-kənd təsərrüfatı sektorunda məşğulluq göstəricisi (oktyabr)

18:00 – ISM-dən qeyri-istehsal sektorunda biznes aktivliyinin indeksi (oktyabr)

18:45 – Xidmət sektorunda biznes aktivliyinin indeksi (PMI) (oktyabr)

19:30 – Xam neft ehtiyatları

Cari həftənin gözləntiləri:

  • Artım hədəfləri: 1.1620; 1.1665; 1.1740
  • Eniş hədəfləri: 1.1500; 1.1420; 1.1315

Avrozona

AMB faizləri dəyişməz saxladı və artıq neçənci dəfə vurğuladı ki, iqtisadiyyat zəif olsa da,
inflyasiya hədəfə tədricən yaxınlaşır.

Lakin Almaniya iqtisadiyyatında struktur zəifliklər (sənayedə durğunluq, istehlakçı güvəninin
aşağı olması) avro üçün orta müddətdə tənəzzül riski yaradır.

Bu həftə Avrozona üçün önəmli göstəricilər: PMI-lar, PPI və pərakəndə satışlar.
Gələn məlumatlar zəif olarsa, bazar avro üzərində əlavə satış təzyiqi görə bilər.

Neft

Neft bazarında orta müddətli istiqamət aşağı tendensiya olaraq qalır.

WTI qiyməti həftə ərzində 60 dollar ətrafında dalğalandı və 61 dollar üzərində möhkəmlənmə
baş tutmadı
.

Brent üçün əsas texniki dəstək 63.35 dollar ətrafındadır, lakin 58.00 dollar aşağısı genişlənən
satış dalğasının dərinləşmə zonasını açır.

Fundamental olaraq təklifin çoxluğu (ABŞ-də hasilatın artması, yeni yataqların işlənməsi üçün
icazələrin verilməsi, OPEC daxilində zəif koordinasiya) qiymətləri təzyiq altında saxlayır.

Qısa müddətdə bərpa mümkün olsa da, trend hələ satış yönümlüdür.

Cari həftənin gözləntiləri (Brent):

  • Artım hədəfləri: 70.85; 76.05; 82.00
  • Eniş hədəfləri: 63.35; 58.05; 52.00

Cari həftənin gözləntiləri (WTI):

  • Artım hədəfləri: 61.80; 62.40; 63.00
  • Eniş hədəfləri: 59.50; 58.85; 57.60

Qızıl

Qızıl rekord səviyyələrdən sonra korreksiya mərhələsindədir.

C.Pauelin sərt tonu və ABŞ faiz dərəcələrinin yuxarı olması qızıl üçün ən əsas maneə olaraq qalır.
Buna baxmayaraq təhlükəsizlik tələbi tam itməyib və 4000 dollar zonası psixoloji dayaqdır.

Bu həftə qızıla təsir edən əsas faktorlar:

  • ABŞ PMI və məşğulluq məlumatları
  • FED rəsmilərinin çıxışları
  • ABŞ-Çin siyasi münasibətləri

Əgər USD güclənməyə davam etsə, qızıl aşağı doğru hərəkət edə bilər.
Əgər USD zəifləsə və riskdən qaçış artsa, qızıl yenidən bərpa oluna bilər.

Cari həftənin gözləntiləri:

  • Artım hədəfləri: 4090; 4130; 4200
  • Eniş hədəfləri: 3970; 3900; 3820

Valyuta bazarında baş verən ən son yeniliklərdən xəbərdar olmaq üçün bizi “Telegram” kanalımızda izləyin!

https://t.me/uforex_az

Ətraflı məlumat üçün sorğu göndərin

Sizin sorğunuz uğurla göndərildi.

Foreks bazarının həftəlik təqvimi və analitikası 03.11.2025 - 09.11.2025

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi.

Foreks bazarının həftəlik təqvimi və analitikası 03.11.2025 - 09.11.2025

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi.

İnvestisiya xidmətləri üçün müraciət edin!

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi

Foreks bazarının həftəlik təqvimi və analitikası 03.11.2025 - 09.11.2025

Təşəkkür edirik!

Sorğunuz uğurla göndərildi.