Foreks bazarının həftəlik təqvimi və analitikası 06.01.2025 -12.01.2025
UForexcari həftənin mühüm xəbərlərini nəzərinizə çatdırır:
ABŞ dolları 2025-ci ilə güclü artımla başladı.
Bunun əsas səbəbi, Federal Ehtiyat Sisteminin (FED) faiz dərəcələrini daha yavaş azaldacağına dair gözləntilərdir.
ABŞ-ın güclü iqtisadi göstəriciləri, inflyasiya risklərinin idarə olunan səviyyədə qalması və FED ilə Avropa Mərkəzi Bankı arasında monetar siyasət fərqləri dolların möhkəmlənməsinə dəstək oldu.
Eyni zamanda, Avropa iqtisadiyyatındakı zəiflik, Yaponiya Bankının ehtiyatlı mövqeyi və Çin bazarlarının qeyri-sabitliyi qlobal bazarlarda qeyri-müəyyənliyi artırır.
FED-in cari faiz dərəcələrini 4.25-4.50% səviyyəsində saxlayacağı və ilin sonunda yalnız bir dəfə azaldacağı ehtimalı dolları digər valyutalar qarşısında daha cəlbedici edir.
ABŞ iqtisadiyyatı dayanıqlılığını qoruyur, istehlakçı xərcləri sabitdir və işsizlik aşağı səviyyədədir.
Bununla yanaşı, yeni administrasiyanın vergi islahatları və gömrük siyasətləri iqtisadiyyata əlavə dəstək verir,
bu da dolların möhkəmlənməsinə kömək edə bilər. ABŞ xəzinə istiqrazlarının gəlirliliyi yüksəkdir və bu, sərmayə axınına şərait yaradır,
S&P 500 indeksi isə uzunmüddətli artım trendini saxlayır.
Bu amillər birgə ABŞ dollarının qlobal bazardakı gücünü qoruyub saxlamağa davam edəcəyini göstərir.
6 yanvar
18:45 – Xidmət sektorunda biznes aktivliyi indeksi (PMI)
7 yanvar
19:00 – "ISM" biznes aktivliyi indeksi (PMI)
19:00 – Boş iş yerləri hesabatı (JOLTS)
8 yanvar
17:15 – "ADP"-dən qeyri-kənd təsərrüfatında məşğulların sayındakı dəyişikliklər
19:30 – Neft ehtiyatında dəyişiklik (Həftəlik)
23:00 – "FOMC"-nin toplantı protokolu
9 yanvar
17:30 – İşsizlik müavinətı üzrə ərizələrin sayı (Həftəlik)
10 yanvar
17:30 – Orta saatlıq gəlir (Aylıq)
17:30 – "NFP" - Q/k təsərrüfatında işləyənlərin sayında dəyişikliklər
17:30 – İşsizlik səviyyəsi
EUR/USD cütlüyü enişini davam etdirərək 1.0223 səviyyəsinə qədər geriləyib.
Əsas təzyiq FED və Avropa Mərkəzi Bankı arasındakı monetar siyasət fərqindən qaynaqlanır.
Əgər 1.0223 dəstək səviyyəsi aşağı yönlü qırılarsa, növbəti hədəf 1.0083 səviyyəsi ola bilər.
Uzunmüddətli perspektivdə, 1.0629 müqavimət səviyyəsi qırılmasa,
2022-ci ildəki 0.9534 minimum səviyyəsinə dönüş mümkündür.
6 yanvar
17:00 – İstehlak qiymətləri indeksi (Aylıq)
7 yanvar
14:00 – İstehlak qiymətləri indeksi (İllik)
Cari həftənin gözləntiləri:
- Artım hədəfləri: 1.0354; 1.0391; 1.0425
- Eniş hədəfləri: 1.0293; 1.0269; 1.0242
WTI markalı neft qiymətləri sabit qalır. Bərpa olunan tələb gözləntiləri və təklif məhdudiyyətləri qiymətləri dəstəkləyir.
Əsas müqavimət səviyyəsi $80 səviyyəsindədir. Əgər cari dəstək $70 səviyyəsində saxlanılarsa, qiymətin tədricən bərpası mümkündür.
Brent markalı neft də oxşar dinamika göstərir və $73 səviyyəsində güclü dəstək tapıb. Yaxınmüddətli perspektivlər mülayim şəkildə yüksəlişi göstərir,
xüsusilə də OPEK+ hasilatı azaltma qərarlarını davam etdirsə. Əgər qiymət $80 səviyyəsini keçərsə, $85 səviyyəsinə doğru yüksəliş baş verə bilər.
Ancaq Avropa və Asiya iqtisadiyyatındakı qeyri-müəyyənlik artımı bu yüksəlişi məhdudlaşdıra bilər.
Cari həftənin gözləntiləri: (WTI)
- Artım hədəfləri: 75.50;77.04; 79.73
- Eniş hədəfləri: 71.27; 68.58; 67.04
Cari həftənin gözləntiləri: (Brent)
- Artım hədəfləri: 77.56; 78.61; 80.49
- Eniş hədəfləri: 74.63; 72.75; 71.70
Qızıl (XAU/USD) qiymətləri dolların möhkəmlənməsi və ABŞ xəzinə istiqrazlarının gəlirliliyinin artması fonunda təzyiq altındadır.
Əsas dəstək $2600 səviyyəsindədir. Bu səviyyə qırılarsa, $2,550 səviyyəsinə doğru eniş mümkündür.
Lakin inflyasiya risklərinin artması və ya geosiyasi gərginliklər baş verərsə,
qızıl qoruyucu aktiv kimi dəstək taparaq $2,665 səviyyəsinə doğru yüksələ bilər.
Cari həftənin gözləntiləri:
- Artım hədəfləri: 2650; 2665; 2700;
- Eniş hədəfləri: 2625; 2600; 2550;
Valyuta bazarında baş verən ən son yeniliklərdən xəbərdar olmaq üçün bizi “Telegram” kanalımızda izləyin!
Ətraflı məlumat üçün sorğu göndərin
Sizin sorğunuz uğurla göndərildi
© 2025 Unicapital İnvestisiya Şirkəti ASC.
Bütün hüquqlar qorunur.