Foreks bazarının həftəlik təqvimi və analitikası 06.11.2023 - 12.11.2023
Ötən həftə maliyyə bazarlarında yüksək volatillik müşahidə olunub.
ABŞ və İngiltərə faiz dərəcəsini dəyişməz olaraq saxlayıb.
ABŞ əmək bazarında açıqlanan göstəricilər isə bir o qədər ürək açan olmadı.
Cari həftə Avstraliya və Rusiya Bankları faiz dərəcəsi ilə bağlı qərarlarını açıqlayacaqlar.
UForexcari həftənin mühüm xəbərlərini Sizin nəzərinizə çatdırır:
Avrozona
08 noyabr
11:00 – Almaniya – İstehlakçı Qiymət İndeksi (oktyabr).
Avro ötən həftəni artım mövqeyində tamamlayaraq 1.07 sərhəddi üzərində qərarlaşıb.
Buna əsas səbəb dolların açıqlanan mənfi göstəriciləri əsasında geriləməsi göstərilir.
AMB-nın nümayəndələri faiz dərəcəsi ilə bağlı addımlara hələ son qoyulmadığı haqda açıqlama versələr də,
bazar iştirakçıları artıq artım istiqamətdə gözləntilərin olmayacağı,
əksinə 2024-cü ilə qədər bankın yumşalma siyasətinə üz tutacağını ehtimal edirlər.
Cari həftənin gözləntiləri:
- Artım hədəfləri: 1.0800, 1.0950
- Eniş hədəfləri: 1.0500, 1.0340
Böyük Britaniya
10 noyabr
11:00 – ÜDM göstəricisi ( 3-cü rüb).
Ötən həftə İngiltərə Bankının faiz qərarından sonra açıqlanan məlumatlara görə,
bank növbəti ilin sonunadək 55 baza vahidi qədər enişə gedə bilər.
Bundan əlavə, bankların likvidliliyini artırmaq üçün alternativ mənbələr axtarılacaq,
maliyyə stabilliyinin pozulmasının qarşısını alan risklərdən uzaq olmaq bankın əsas məqsədlərindəndir.
Cari həftənin gözləntiləri:
- Artım hədəfləri: 1.2500, 1.2650
- Eniş hədəfləri: 1.2050, 1.1850
08 noyabr
18:15 – FES rəhbəri Pauelin çıxışı;
19:30 – Xam neft ehtiyatları.
09 noyabr
17:30 – İşsizlik müavinətləri üzrə ilkin müraciətlərin sayı;
23:00 – FES rəhbəri Pauelin çıxışı.
Ötən həftə FES-in qərarı və sədri Pauelin çıxışı göstərdi ki,
bankın 2022-ci ilin yazından başlayaraq inflyasiya ilə mübarizədə həyata keçirilən sərt tədbirlər
və ardıcıl faiz artımı inflyasiyanın təzyiq altında qalmasına səbəb olub.
Həmçinin o qeyd edib ki, xəzinə istiqrazlarının gəlirliyinin artması
növbəti faiz artımına məhdudiyyət yarada bilər.
Digər tərəfdən, cümə günü əmək bazarından açıqlanan göstəricilər oktyabr ayında
qeyri-kənd təsərrüfatı sektorunda yeni iş yerlərinin sayında azalmanın müşahidə olunduğunu göstərir.
Cari həftənin gözləntiləri:
- Artım hədəfləri: 106.00, 107.00
- Eniş hədəfləri: 104.00, 103.00
Avstraliya
07 noyabr
07:30 – Uçot faiz dərəcəsi ilə bağlı qərar.
Beynəlxalq Valyuta Fondunun açıqlamasına görə,
Avstraliyanın həm iqtisadiyyatı, həm də inflyasiya səviyyəsi stabil olaraq qalmaqdadır.
Bu da Avstraliya Ehtiyat Bankının faiz artımı istiqamətində
addımlarını davam etdirmək gərəkliyini gündəmdə saxlayır.
Cari həftənin gözləntiləri:
- Artım hədəfləri: 0.6600, 0.6700
- Eniş hədəfləri: 0.6420, 0.6340
Oktyabr ayı ərzində qızılın qiyməti 2000$ səviyyəsi üzərini test edib.
Beləliklə son 12 ay ərzində qızılın qiyməti 13% bahalaşıb.
Hazırda Yaxın Şərqdə davam edən münaqişə və onun
regiona yayılması qorxusu qızılın qiymətini dəstəkləyir.
Dünya Qızıl Birliyinin açıqlamasına görə,
Mərkəzi Bankların qızıla olan marağı artmaqdadır.
Belə ki, sentyabr ayına olan göstəricilərə görə, qızıl ehtiyatlarının həcmi 77 t artıb.
Ehtiyatlarını artıran banklar sırasında Çin, Özbəkistan, Türkiyə,
Polşa, Sinqapur, Hindistan, Qatar kimi ölkələr qeyd olunub.
Cari həftənin gözləntiləri:
- Artım hədəfləri: 2020.00, 2045.00
- Eniş hədəfləri: 1970.00, 1950.00
Neft ötən həftəni eniş istiqamətində tamamlayıb.
Belə ki, makroiqtisadi göstəricilərin təzyiqi davam etdiyi halda neft 80$ altında ticarət oluna bilər.
Ümumi olaraq, oktyabr ayı ərzində neft üfüqi istiqamətdə ticarət olunub.
Lakin ümumi proqnozlara görə, cari ilin 4-cü rübü və
2024-cü ilin ilk rübündə Brent markalı neftin qiyməti 100$ üzərində olacaq.
Digər tərəfdən, Yaxın Şərqdə davam edən gərginlik neftin qiymətini təzyiq altında saxlayır.
ABŞ-da isə xam neft ehtiyatlarının həcmində artım müşahidə olunub.
Cari həftənin gözləntiləri: (Brent)
- Artım hədəfləri: 88.00, 92.00
- Eniş hədəfləri: 81.00, 78.00
Cari həftənin gözləntiləri: (WTI)
- Artım hədəfləri: 84.00, 88.00
- Eniş hədəfləri: 77.00, 73.00
Valyuta bazarında baş verən ən son yeniliklərdən xəbərdar olmaq üçün bizi “Telegram” kanalımızda izləyin!
Ətraflı məlumat üçün sorğu göndərin
Sizin sorğunuz uğurla göndərildi
© 2024 Unicapital İnvestisiya Şirkəti ASC.
Bütün hüquqlar qorunur.