Foreks bazarının həftəlik təqvimi və analitikası 14.09.2026 -20.09.2026

UForexcari həftənin mühüm xəbərlərini nəzərinizə çatdırır:

Ötən həftə zəif tendensiya nümayiş etdirən ABŞ dolları, həftənin sonu
və yeni həftənin əvvəlindən etibarən mövqeyini möhkəmlətməyə başlayıb.
Bu dəyişikliyə yüksək avqust inflyasiyası, kəskin bahalaşan neft qiymətləri və
Federal Ehtiyat Sisteminin (Fed) faiz artıracağı gözləntiləri səbəb olub.

ABŞ-da illik ümumi İstehlak Qiymətləri İndeksi (CPI) 3.4% səviyyəsində qalıb,
əsas CPI isə 2.5%-dən 2.4%-ə enib. Aylıq inflyasiya 0.4% artdığı halda, illik
istehsalçı qiymətləri avqustda 5.4%-ə yüksəlib və bu göstəricilər Fed-in 2%-lik
hədəfindən hələ də uzaq olduğunu təsdiqləyir.

16 sentyabr tarixində açıqlanacaq Fed-in faiz qərarı əsas diqqət mərkəzindədir;
bazar 25 baza bəndlik artımla faiz dərəcəsinin 3.75-4.00% intervalına
qaldırılacağını gözləyir. Qərardan əlavə, tənzimləyicinin ilin qalan hissəsi və
2027-ci il üzrə faiz proqnozları bazarlar üçün həlledici olacaq.

Avropa Mərkəzi Bankı (ECB) ötən həftə faizləri 25 baza bəndi artırıb və enerji
qiymətlərinin yüksəlməsi səbəbindən əlavə artımlar gündəmdə qala bilər.
İngiltərə Bankı və Yaponiya Bankının bu həftə gözlənilən qərarları fonunda
qlobal valyuta və istiqraz bazarlarında yüksək dəyişkənlik gözlənilir.

ABŞ

ABŞ əmək bazarının dayanıqlığını qoruduğu halda, inflyasiya hələ də Fed-in
hədəf səviyyəsindən yuxarıdadır. Son CPI və PPI göstəriciləri qiymət
təzyiqlərinin tam səngimədiyini göstərir, Yaxın Şərqdəki gərginlik fonunda
neftin 100 dolları ötməsi isə yaxın aylarda inflyasiya risklərini gücləndirir.

Fed-in faizləri 25 baza bəndi artırması əsas gözlənti olaraq qalır. Faiz artımı
zamanı əsas diqqət açıqlamalara və yenilənmiş proqnozlara yönələcək;ilin
sonuna qədər əlavə artım siqnalı dollara dəstək verəcək, dəyişməz saxlamaq
və ya ehtiyatlı mövqe sərgiləmək isə dollar üzərində satış təzyiqi yaradacaq.

İnvestorların dollar üzrə əvvəlki güclü yüksəliş mövqelərində zəifləmə müşahidə
olunur və xalis uzun mövqelər 17 min kontraktın üzərinə enərək son dörd
həftədə mənfi zonaya keçib.

Fed-in qərarı ilə yanaşı, bu həftə açıqlanacaq pərakəndə satışlar, sənaye
istehsalı və mənzil bazarı göstəriciləri yüksək faizlərin istehlakçı tələbinə
təsirini qiymətləndirmək baxımından əhəmiyyətli olacaq.

16.09.2026

16:30 - ABŞ-da pərakəndə satışın baza indeksi (avqust)

16:30 - ABŞ-da pərakəndə satış həcmi (avqust)

18:30 - ABŞ-da xam neft ehtiyatları haqqında məlumatın açıqlanması.

22:00 - “Fed”-in uçot faiz dərəcəsi ilə bağlı qərarı.

22:00 - “FOMC” iqtisadi proqnozları.

22:00 - “FOMC” açıqlaması.

22:30 - “FOMC” mətbuat konfransı.

17.09.2026

16:30 - Fed”-in Sənayə Fəaliyyəti indeksi (sentyabr).

16:30 - ABŞ-da işsizlik müavinətləri üzrə ilkin müraciətlərin sayı.

Avrozona

Avropa Mərkəzi Bankı ötən həftə faiz dərəcələrini 25 baza bəndi artıraraq depozit
faizini 2.50%-ə çatdırıb; Christine Lagarde növbəti addımlarla bağlı dəqiq istiqamət
verməsə də, avqustda 3.3%-ə yüksələn inflyasiya və enerji bahalaşması fonunda bu
artımın sonuncu olmamaq ehtimalı yüksəkdir.

1.1600 ətrafında hərəkət edən cütlük, yeni həftənin əvvəlində Fed-in faiz gözləntilərinin
güclənməsi ilə 1.1560–1.1570 zonasına qədər geriləyib.

1.1555–1.1560 zonası qorunarsa, qiymət yenidən 1.1630–1.1640 (və davamında
1.1700–1.1800) istiqamətinə bərpa ola bilər.

1.1550 səviyyəsinin aşağı yönlü qırılması isə enişi gücləndirərək 1.1470 və 1.1380–1.1400
diapazonunu gündəmə gətirə bilər.

Cari həftədə EUR/USD üçün həlledici amil ECB deyil, Fed-in qərarları olacaq;
Fed-in sərt mövqeyi dolları gücləndirərək avronu aşağı çəkə bilər,daha
ehtiyatlı yanaşma isə avronun bərpasına imkan yaradacaq.

Artım hədəfləri: 1.1640 ; 1.1700 ; 1.1800
Eniş hədəfləri: 1.1555 ; 1.1470 ; 1.1385

17.09.2026

13:00 - Avrozonada istehlakçı qiymətlərinin indeksi (avqust)

Neft

Neft bazarında vəziyyət yalnız geosiyasi risklərlə deyil, real neft daşımalarının
və təklif həcminin kəskin azalması ilə əlaqədar ciddi
şəkildə dəyişib.

Brent və WTI markalı neft ötən həftəni 8%-dən çox artımla (müvafiq olaraq
104.61 və 100.05 dollar səviyyəsində) bağlayıb, yeni həftənin əvvəlində
isə Yaxın Şərqdəki hücumlar fonunda Brent 108 dollar, WTI isə103 dollar
ətrafına yüksəlib.

Hörmüz boğazından gəmi keçidləri azalıb, Səudiyyə Ərəbistanının alternativ
"East-West" boru kəmərinin hücuma məruz qalması ixrac imkanlarını zəiflədib və
avqust ayında ölkənin neft təchizatı son 30 ildən artıq dövrün ən aşağı səviyyəsinə düşüb.

Bazarın fiziki hissəsində sıxlığın artması, alıcıların alternativ tədarükə görə daha yüksək
qiymət ödəməsi və mövcud neft uğrunda rəqabətin güclənməsi geosiyasi risklər qaldığı
müddətcə aşağı istiqamətli hərəkətləri məhdudlaşdırır.

Brent

110 dollar səviyyəsi Brent nefti üçün əsas müqavimət zonasıdır; qiymət ötən həftə bu həddə
yaxınlaşsa da, diplomatik danışıqlar barədə xəbərlərdən sonra geriləyib.

Qiymət 110 dolların üzərində möhkəmlənərsə, artım 115 dollar istiqamətində davam edə
bilər, Hörmüz və Bab əl-Məndəb boğazlarında daşımaların daha da məhdudlaşması
halında isə 120 dollar səviyyəsi real ssenariyə çevrilə bilər.

Aşağı istiqamətdə 103–104 dollar ilk mühüm dəstək zonasıdır, bundan əlavə psixoloji
100 dollar səviyyəsi mövcuddur.

100 dollar həddinin aşağı yönlü qırılması geosiyasi risklərin qiymətdən çıxmağa
başladığını göstərə və 97 dollar istiqamətində daha dərin korreksiyaya səbəb ola bilər.

Artım hədəfləri: 110.00 ; 115.00 ; 120.00
Eniş hədəfləri: 103.50 ; 100.00 ; 97.00

WTI

WTI nefti 100 dollar səviyyəsini keçərək yüksəliş trendini gücləndirib və cari həftədə
103–105 dollar zonası ilk əsas müqavimət sahəsi kimi diqqət çəkir.

Qiymət 105 dolların üzərində möhkəmlənərsə, 110 dollar istiqamətində yeni yüksəliş
dalğası yarana bilər; daha ciddi təchizat problemi yaranacağı təqdirdə isə 113 dollar
növbəti texniki hədəf olaraq çıxış edəcək.

Aşağı istiqamətdə 100 dollar əsas psixoloji səviyyə, 95.50 və 90 dollar isə güclü
dəstək zonalarıdır.

WTI 95.50 dollar səviyyəsindən yuxarıda qaldığı müddətdə ümumi texniki
mənzərə yüksəliş istiqamətində qalmağa davam edir.

Artım hədəfləri: 105.00 ; 110.00 ; 113.00
Eniş hədəfləri: 100.00 ; 95.50 ; 90.00

Qızıl

ABŞ-da PPI və CPI göstəricilərinin yüksək qalması, neftin 100 dolları keçməsi və Fed-in
faiz artıracağı gözləntiləri qızıl üzərində təzyiq yaradaraq qiyməti yeni həftənin əvvəlində
4,300 dollar ətrafına qədər gerilədib.

Qızılın qısamüddətli istiqaməti tamamilə Fed-in 16 sentyabr qərarından asılıdır; 25 baza
bəndlik artımla yanaşı sərt proqramın davam etməsi satış təzyiqini gücləndirəcək,
ehtiyatlı mövqe və ya faizlərin dəyişməz saxlanılması isə qiymətli metalın sürətli
bərpasına şərait yaradacaq.

4,270–4,300 zonası əsas yaxın dəstəkdir və bu səviyyənin qırılması 4,200 dollar
həddini gündəmə gətirə bilər.

İlk mərhələdə 4,330–4,350, ardınca 4,400 və 4,510–4,535 zonaları keçilməlidir;
4,535 dollar üzərində möhkəmlənmə isə 4,675–4,700 istiqamətində daha güclü
yüksəlişə yol açacaq.

Artım hədəfləri: 4,350 ; 4,400 ; 4,535
Eniş hədəfləri: 4,270 ; 4,200 ; 4,100

Valyuta bazarında baş verən ən son yeniliklərdən xəbərdar olmaq üçün bizi “Telegram” kanalımızda izləyin!

https://t.me/unicapital_investment

Ətraflı məlumat üçün sorğu göndərin

Sizin sorğunuz uğurla göndərildi.

Foreks bazarının həftəlik təqvimi və analitikası 14.09.2026 -20.09.2026

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi.

Foreks bazarının həftəlik təqvimi və analitikası 14.09.2026 -20.09.2026

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi.

UForex-də güzəştli ticarət şərtlərini kəşf edin!

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi

Foreks bazarının həftəlik təqvimi və analitikası 14.09.2026 -20.09.2026

Təşəkkür edirik!

Sorğunuz uğurla göndərildi.