Foreks bazarının həftəlik təqvimi və analitikası 08.01.2024 - 14.01.2024

UForexcari həftənin mühüm xəbərlərini Sizin nəzərinizə çatdırır:

Böyük Britaniya

12 yanvar

11:00 – ÜDM Göstəricisi.

Funt sterlinq cari ilin ilk həftəsini stabillikdə tamamlayıb.

Ondan öncəki həftə funt 5 aylıq maksimum sayılan 1.2800 sərhədinə yüksəlsə də,

bayram öncəsi mövqeyini qoruyub saxlaya bilmədi.

Belə ki, ötən həftə İngiltərədə durğunluq yaşansa da,

bütün diqqətlər ABŞ əmək bazarına yönəlmişdi.

Funt dollara nisbətdə 1.5% dəyər itirmişdi.

Proqnozlara görə, İngiltərə Bankı cari ildə geri istiqamətdə addım atmağa artıq may ayından başlaya bilər.

Cari həftənin gözləntiləri:

- Artım hədəfləri: 1.2820, 1.3000

- Eniş hədəfləri: 1.2500, 1.2380

ABŞ

10 yanvar

19:30 – Xam neft ehtiyatları.

11 yanvar

17:30 – İstehlakçı Qiymət İndeksi (dekabr);

17:30 – İşsizlik müavinətləri üzrə ilkin müraciətlərin sayı.

12 yanvar

17:30 – İstehsalçı Qiymət İndeksi (dekabr).

Dollar ilin ilk həftəsini lider mövqeyində tamamlayıb.

Belə ki, ötən ilin iyul ayından həftəlik intervalda dollar ilk dəfə 1.1% bahalaş bilib.

Eyni zamanda, ABŞ əmək bazarından gələn ürəkaçıcı göstəricilər ölkə iqtisadiyyatının stabilliyə doğru irəlilədiyinə bir işarədir.

Bazar iştirakçıları artıq FES-in mart toplantısında pul-kredit siyasətində geriyə doğru addım atacağını ehtimal edirlər.

Cari həftənin gözləntiləri:

- Artım hədəfləri: 103.00, 104.30

- Eniş hədəfləri: 101.00, 100.40

Qızıl

Qızıl 2024-cü ilin ilk həftəsini artımla başladı.

İlk dəfədir ki, ilin başlanğıcı qızıl üçün 2000$ səviyyəsi üzərində başlayır.

Baş verən ard-arda geosiyasi gərginliklər Tayvan-Pekin, Rusiya-Ukrayna, İsrail-Fələstin fonunda

qızıl sığorta maliyyə aləti olaraq investorlar üçün marağa səbəb olur.

Digər tərəfdən, inflyasiya bir çox ölkələrdə hələ də yüksək olaraq qalmaqdadır.

Bu da cari ildə Mərkəzi Bankların hansı istiqamətdə addım atacaqlarını sual altında saxlayır.

Cari həftənin gözləntiləri:

- Artım hədəfləri: 2065.00, 2090.00

- Eniş hədəfləri: 2020.00, 2000.00

Neft

Cari ilin ilk həftəsində neft bazarında qeyri-müəyyənlik müşahidə olunur.

Belə ki, bir tərəfdən ABŞ-da neft hasilat həcminin yüksəlməsi,

digər tərəfdən Yaxın Şərq və Şimali Afrikada yaşanan gərginlik neftin qiymətində tərəddüdlük yaradır.

Kuşinq neft bazalarında neft ehtiyatlarının həcmi iyul ayından etibarən 11-ci həftədir ki, artmaqdadır.

Ötən həftə İranın mərkəzində icra olunan terror aktı nəticəsində 100 nəfərin həlak olması,

digər tərəfdən Liviyada baş verən tətillər nəticəsində günlük 300000 barellik neft təchizatında fasilələr yaradıb.

Cari həftənin gözləntiləri: (Brent)

- Artım hədəfləri: 82.00, 88.00

- Eniş hədəfləri: 75.00, 71.00

Cari həftənin gözləntiləri: (WTI)

- Artım hədəfləri: 77.00, 83.00

- Eniş hədəfləri: 68.00, 63.00

Valyuta bazarında baş verən ən son yeniliklərdən xəbərdar olmaq üçün bizi “Telegram” kanalımızda izləyin!

https://t.me/uforex_az

Ətraflı məlumat üçün sorğu göndərin

Sizin sorğunuz uğurla göndərildi

Foreks bazarının həftəlik təqvimi və analitikası 08.01.2024 - 14.01.2024

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi

Foreks bazarının həftəlik təqvimi və analitikası 08.01.2024 - 14.01.2024

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi

"UTrader"də daha sərfəli komissiyalarla ticarətə başlayın!

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi

Foreks bazarının həftəlik təqvimi və analitikası 08.01.2024 - 14.01.2024

Təşəkkür edirik!

Sorğunuz uğurla göndərildi