Foreks bazarının həftəlik təqvimi və analitikası 08.09.2025 - 14.09.2025

UForexcari həftənin mühüm xəbərlərini nəzərinizə çatdırır:
Keçən həftə maliyyə bazarları əsasən ABŞ əmək bazarı məlumatlarının

zəif nəticələrinə öz reaksiyasını verib. NFP cəmi 22 min artaraq gözləntilərdən

kəskin şəkildə geridə qaldı, işsizlik isə 4.3%-ə yüksəldi. Bu zəif göstəricilər dolların

mövqeyini zəiflədib, qızıl isə yeni tarixi maksimuma - 3600 dollar ətrafına qalxıb.

Avrozona iqtisadiyyatı isə sabit qalaraq böyümə və inflyasiya göstəriciləri ilə bazarlara

müsbət siqnallar verib.Cari həftədə diqqət ABŞ-da avqust ayı üzrə PPI və CPI göstəricilərinə,

habelə Avropa Mərkəzi Bankının faiz qərarına yönələcək. ABŞ inflyasiya nəticələri FED-in sentyabr

toplantısına dair gözləntiləri formalaşdıracaq, Avrozonada isə faizlərin dəyişməz qalması gözlənilir.

Enerji bazarlarında zəif tələbat fonunda Brent və WTI qiymətləri təzyiq altında qalsa da, qızıl zəifləmiş

dollar və davam edən geosiyasi risklərdən güc almaqdadır.

ABŞ

ABŞ dolları ötən həftə zəif NFP göstəricilərinin təsiri altında eniş yaşadı. Əmək bazarında bu zəiflik

FED-i sentyabr toplantısında faiz endiriminə daha da yaxınlaşdırır. İndi isə investorların diqqəti avqust

ayı CPI və PPI məlumatlarındadır. Əgər inflyasiya göstəriciləri 0.3%-dən yüksək çıxarsa, dollar qısamüddətli

dəstək qazana bilər, amma zəif nəticələr əlavə faiz endirimi gözləntilərini gücləndirərək dolların daha da dəyər

itirməsinə səbəb ola bilər.

10 sentyabr

16:30 – İstehsalçı qiymətlərinin indeksi (avqust)

18:30 – Xam neft ehtiyatları

11 sentyabr

16:30 – İstehlak qiymətlərinin baza indeksi (avqust)

16:30 – İstehlak qiymətlərinin indeksi (illik) (avqust)

16:30 – İstehlak qiymətlərinin indeksi (aylıq) (avqust)

16:30 – İşsizlik müavinətləri üzrə ilkin müraciətlərin sayı


Avrozona

Avrozonada iqtisadi göstəricilər nisbətən sabitdir: işsizlik 6.2%-ə düşüb, inflyasiya 2.1% səviyyəsində

qalaraq ECB-nin hədəfinə yaxınlaşıb. Bu həftə ECB-nin faiz qərarı əsas hadisə olacaq. Gözləntilər bankın

faizləri dəyişməz saxlamasıdır. Amma Christine Lagarde-ın çıxışı bazarlar üçün kritik olacaq - əgər o, yumşaq

ritorika ilə çıxış etsə, avroya təzyiq arta bilər, sərt mövqe isə avroya dəstək verə bilər. Fransa siyasətində olan

qeyri-müəyyənliklər isə avronun risk faktorlarından biri olaraq qalır.

11 sentyabr

16:15 – Depozitlər üzrə faiz dərəcələri (sentyabr)

16:15 – Uçot faiz dərəcəsi ilə bağlı qərar (sentyabr)

16:45 – Avropa Mərkəzi Bankının mətbuat konfransı

12 sentyabr

10:00 – Almaniyada istehlak qiymətlərinin indeksi (avqust)

Cari həftənin gözləntiləri:

- Artım hədəfləri: 1.1780; 1.1830; 1.1900

- Eniş hədəfləri: 1.1700; 1.1665; 1.1590

Neft

Neft qiymətləri zəif qlobal tələbat və ABŞ iqtisadi zəiflik siqnalları fonunda eniş təzyiqi altındadır.

WTI markalı neft 62 dolların altında, Brent markalı neft isə 66.5 dollar civarında həftəni sonlandırdı.

Texniki mənzərə aşağı yönümlü qalmaqdadır. Əgər Brent 70.6 dollar müqavimətini qıra bilsə, qısamüddətli

artım mümkündür, lakin əsas ssenari eniş olaraq qalır. OPEC-in istehsal qərarları və qlobal iqtisadi dinamika

qiymətlər üçün kritik rol oynayacaq.

Cari həftənin gözləntiləri (Brent):

- Artım hədəfləri: 70.60; 78.60; 86.60

- Eniş hədəfləri: 63.00; 60.00; 55.30

Cari həftənin gözləntiləri (WTI):

- Artım hədəfləri: 64.00; 67.50; 70.00

- Eniş hədəfləri: 60.00; 58.50; 57.50

Qızıl

Qızıl ötən həftə güclü yüksəlişlə yeni rekord səviyyəyə - 3600 dolların üzərinə çıxdı. Dolların zəifləməsi,

ABŞ-da zəif əmək bazarı və davam edən geosiyasi risklər (xüsusilə Rusiya-Ukrayna münaqişəsi) qızılı dəstəkləyir.

İndi bütün diqqət ABŞ CPI göstəricilərindədir. Əgər inflyasiya yüksək nəticə versə, qızıla qısamüddətli təzyiq yarana

bilər, amma fundamental fon hələ də bahalaşmanı dəstəkləyir. Əsas texniki dəstək 3500 dollar səviyyəsindədir,

yuxarıda isə 3700 dollar psixoloji müqavimət olaraq qalır.

Cari həftənin gözləntiləri:

- Artım hədəfləri: 3650; 3700; 3750

- Eniş hədəfləri: 3500; 3450; 3400

Valyuta bazarında baş verən ən son yeniliklərdən xəbərdar olmaq üçün bizi “Telegram” kanalımızda izləyin!

https://t.me/uforex_az

Ətraflı məlumat üçün sorğu göndərin

Sizin sorğunuz uğurla göndərildi.

Foreks bazarının həftəlik təqvimi və analitikası 08.09.2025 - 14.09.2025

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi.

Foreks bazarının həftəlik təqvimi və analitikası 08.09.2025 - 14.09.2025

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi.

İnvestisiya xidmətləri üçün müraciət edin!

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi

Foreks bazarının həftəlik təqvimi və analitikası 08.09.2025 - 14.09.2025

Təşəkkür edirik!

Sorğunuz uğurla göndərildi.