Foreks bazarının həftəlik təqvimi və analitikası 10.02.025 -16.02.2025

UForexcari həftənin mühüm xəbərlərini nəzərinizə çatdırır:

Tramp polad və alüminium idxalına 25% rüsum tətbiq etməyi planlaşdırdığını elan etdikdən sonra dollar dəyər qazanır.

Avro və funtun qiymət artımı müvafiq olaraq Avropa Mərkəzi Bankının və İngiltərə Bankının faiz endirimi qərarlarının güclənməsi ilə məhdudlaşır.

Tarif qeyri-müəyyənliyi fonunda xam neft dəyər qazanır.

Trampın ticarət tarifləri ilə bağlı narahatlıqlar fonunda, qızıl təhlükəsiz liman rolunu oynamağa davam edir.

ABŞ

ABŞ Prezidenti D.Tramp bazar günü bildirib ki, o, bütün polad və alüminium idxalına əlavə 25%-lik rüsum tətbiq edəcək.

Bundan əlavə, o,ticarət müharibəsinə görə qarşılıqlı rüsumlar elan edəcəyini qeyd edib.

Trampın proteksionist siyasətinin inflyasiya təzyiqlərini artıracağı ilə bağlı narahatlıqlar və

cümə günü açıqlanan güclü ABŞ məşğulluq göstəriciləri

Federal Ehtiyat Sisteminin (FED) faiz dərəcələrini sabit saxlamasına imkan verə bilər.

Bu da öz növbəsində ABŞ dollarını (USD) gücləndirir.

ABŞ-də qeyri-kənd təsərrüfatı sektorunda məşğulluq göstəricisi (NFP) hesabatı işsizlik nisbətinin

4,1%-dən 4%-ə endiyini göstərdi.

Hesabatın digər detallarına əsasən, yanvar ayında məşğulluq göstəricisi 143,000 nəfər artıb.

Bu, gözlənilən 170,000 nəfərlik artımdan aşağıdır və əvvəlki ayın gözləntisi olan

307,000 nəfərlik göstərici ilə müqayisədə daha zəif nəticədir.

11 fevral

19:00 – FED-in rəhbəri C.Pauelin çıxışı

12 fevral

17:30 – İstehlak qiymətlərinin baza indeksi (yanvar)

17:30 – İstehlak qiymətlərinin indeksi (illik) (yanvar)

17:30 – İstehlak qiymətlərinin indeksi (aylıq) (yanvar)

19:00 – FED-in rəhbəri C.Pauelin çıxışı

19:30 – Xam neft ehtiyatları

13 fevral

17:30 – İşsizlik müavinətləri üzrə ilkin müraciətlərin sayı

17:30 – İstehsalçı qiymətlərinin indeksi (yanvar)

14 fevral

17:30 – Pərakəndə satışın baza indeksi (yanvar)

17:30 – Pərakəndə satış həcmi (yanvar)

Avrozona

ABŞ-nin Avrozonaya tariflər tətbiq edəcəyi ilə bağlı narahatlıqlar avronun (EUR)

dəyərini aşağı salır. Çərşənbə günü investorlar yeni təkan üçün Avropa Mərkəzi Bankının

Prezidenti Kristin Laqardın çıxışını gözləyirlər.

ABŞ Prezidenti Donald Tramp cümə günü bildirib ki, həftəsonu ABŞ-dən idxala vergi

tətbiq edən bütün ölkələrə qarşılıqlı tariflər barədə açıqlama veriləcək.

Lakin o, hansı ölkələrin hədəf alınacağını və ya hər hansı istisnaların olub-olmayacağını dəqiqləşdirməyib.

Bundan əlavə, ECB-nin faiz dərəcələrini daha da aşağı salacağına dair artan gözləntilər

avronun dəyərinin azalmasına kömək edir. ECB siyasətçisi Boris Vujcic bu il ərzində üç faiz endiriminin gözlənildiyini,

lakin bunun baş verib-verməyəcəyini dəqiqləşdirmək üçün ikinci rübün başlanğıcına qədər vaxt lazım olduğunu bildirib.

13 fevral

11:00 – Almaniyada istehlak qiymətləri indeksi (yanvar)

Cari həftənin gözləntiləri:

- Artım hədəfləri: 1.0541; 1.0586; 1.0604

- Eniş hədəfləri: 1.0211; 1.0185; 1.0117

Böyük Britaniya

Donald Trampın yeni tarif təhdidləri ənənəvi təhlükəsiz

sığınacaq kimi qəbul edilən Greenback-ə (ABŞ dollarına) tələbi artırır.

Bununla yanaşı, cümə günü açıqlanan müsbət ABŞ məşğulluq göstəriciləri və

Trampın proteksionist siyasətinin inflyasiyanı yenidən artıracağına dair gözləntilər,

Federal Ehtiyat Sisteminin (FED) faiz dərəcələrini sabit saxlamasına və

nəticədə ABŞ dollarına əlavə dəstək verməsinə imkan yarada bilər.

Həmçinin İngiltərə Bankının (BoE) iqtisadi perspektivinin qeyri-müəyyənliyi

GBP/USD cütlüyünün yüksəlişini məhdudlaşdırmağa kömək edə bilər.

BoE-nin sədri Endrü Beyli əlavə faiz dərəcəsi endiriminin gözlənildiyini,

lakin nə qədər və nə zaman olacağını növbəti görüşlərdə müzakirə ediləcəyini söyləyib.

Beyli mətbuat konfransı zamanı əlavə edib ki, iqtisadi fəallıq zəifləyir və əmək bazarı durğunlaşır.

Hazırda bazarlar 2025-ci ildə daha 50 faiz bəndlik endirim ehtimalını yüksək olaraq dəyərləndirir.

13 fevral

11:00 – Ümumi daxili məhsul göstəricisi (aylıq) (dekabr)

11:00 – Ümumi daxili məhsul göstəricisi (illik) (4-cü rüb)

11:00 – Ümumi daxili məhsul göstəricisi (rüblük) (4-cü rüb)

Cari həftənin gözləntiləri:

- Artım hədəfləri: 1.2598; 1.2710; 1.2843

- Eniş hədəfləri: 1.2291; 1.2038; 1.1885

Neft

İnvestorlar ABŞ Prezidentinin bütün polad və alüminium idxalına

tətbiq etdiyi son tarif təhdidinin qlobal iqtisadi artımı və enerji tələbatını zəiflədə biləcəyindən

narahat olduqları üçün, bazar ertəsi neft qiymətləri yüksəldi.

Brent markalı neftin fyuçersləri 0,6% artaraq barreli 75,12 dollara, ABŞ-nin Qərbi Texas nefti isə

0,6% artaraq 71,45 dollara çatıb. Yanvarın 10-da Rusiyaya qarşı neft ticarətinə tətbiq edilən sanksiyalar nəticəsində,

Moskvanın əsas alıcıları olan Çin və Hindistana tədarük dayanıb.

Bundan əlavə, Vaşinqton ötən həftə İrana təzyiqi artıraraq, ABŞ Xəzinədarlığı tərəfindən hər il

milyonlarla barel İran xam neftinin Çinə daşınmasına kömək edən bir neçə şəxsə

və tankerlərə qarşı yeni sanksiyalar tətbiq edib.

“Citi” analitikləri qeyd edirlər ki, Trampın siyasəti enerji qiymətlərini aşağı salmağa yönəlsə də,

İrana qarşı sanksiyalar və nüvə sazişinin əldə olunmaması neft qiymətləri üçün artan risk faktoru olaraq qalır.

Cari həftənin gözləntiləri: (WTI)

- Artım hədəfləri: 73.72;75.95; 79.07

- Eniş hədəfləri: 71.05; 69.86; 68.04

Cari həftənin gözləntiləri: (Brent)

- Artım hədəfləri: 81.86; 82.86; 84.97

- Eniş hədəfləri: 74.71; 73.82; 71.62

Qızıl

D.Tramp cümə günü bildirib ki, o, çərşənbə axşamı və ya çərşənbə gününə qədər bir çox

ölkəyə qarşı qüvvəyə minəcək qarşılıqlı tarifləri elan etməyi planlaşdırır.

Bu isə öz növbəsində qızıl bazarına müəyyən dəstək verir.

İnvestorlar ticarət müharibəsi təhlükəsi ilə bağlı gedişatı yaxından izləyəcəklər.

High Ridge Futures-in direktoru Devid Meger bildirib ki,

qızıl bazarında əsas diqqət Trampın tarif siyasəti ilə bağlı qeyri-müəyyənliyə yönəlib.

Bundan əlavə, Çin Xalq Bankı (PBOC) yanvar ayında ardıcıl üçüncü ay qızıl ehtiyatlarını artırıb və

dünyanın ən böyük qızıl istehlakçısı olan Çinin bu addımı qızılın qiymətinə təsir edib.

Yanvar ayının sonunda Çinin qızıl ehtiyatları 73,45 milyon unsiyaya çatıb ki,

bu da bir ay əvvəlki 73,29 milyon unsiyadan daha yüksəkdir.

Cari həftənin gözləntiləri:

- Artım hədəfləri: 2915.32; 2928.68; 2941.46;

- Eniş hədəfləri: 2866.12; 2846.09; 2819.98;

Valyuta bazarında baş verən ən son yeniliklərdən xəbərdar olmaq üçün bizi “Telegram” kanalımızda izləyin!

https://t.me/uforex_az

Ətraflı məlumat üçün sorğu göndərin

Sizin sorğunuz uğurla göndərildi.

Foreks bazarının həftəlik təqvimi və analitikası 10.02.025 -16.02.2025

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi.

Foreks bazarının həftəlik təqvimi və analitikası 10.02.025 -16.02.2025

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi.

İnvestisiya xidmətləri üçün müraciət edin!

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi

Foreks bazarının həftəlik təqvimi və analitikası 10.02.025 -16.02.2025

Təşəkkür edirik!

Sorğunuz uğurla göndərildi.