Foreks bazarının həftəlik təqvimi və analitikası 12.01.2026 - 18.01.2026

UForexcari həftənin mühüm xəbərlərini nəzərinizə çatdırır:

Yeni ilin əvvəlində qlobal bazarlar açıq şəkildə risk-gəlir balansının yenidən
qiymətləndirilməsi
mərhələsinə daxil olub. Keçən həftə investor davranışında
əsasən üç faktor dominant oldu: ABŞ dollarının struktur güclənməsi, geosiyasi
risklərin artması və mərkəzi bankların ehtiyatlı mövqeyi. ABŞ-də əmək bazarı
üzrə rəqəmlər zəif başlıqlara baxmayaraq sistemli kollaps siqnalı vermədi,
bu isə Federal Rezervin yumşaq, lakin tələsməyən xəttini qorumasına imkan
yaratdı. Paralel olaraq Tramp administrasiyasının Venesuela, İran və Qrenlandiya
ətrafında yaratdığı qeyri-müəyyənlik riskli aktivlərdə ehtiyatlılığı artırdı və
təhlükəsiz aktivlərə axını gücləndirdi.

Bu həftə bazarlar üçün əsas məqam inflyasiyanın yüksək səviyyədə qalıb-qalmama
davamlılığıdır. ABŞ CPI və PPI göstəriciləri təkcə dolların deyil, eyni zamanda qızıl,
neft və risk valyutalarının qısamüddətli trayektoriyasını müəyyən edəcək. Ümumi
mənzərə göstərir ki, bazar artıq sürətli faiz endirimlərini qiymətlərdən çıxarmağa
başlayıb və bu da dolların mövqeyini qoruyur. Qlobal fon hələlik müdafiə yönümlüdür
və selektiv risk yanaşmasını tələb edir.

ABŞ

ABŞ iqtisadiyyatı klassik “yumşaq eniş” ssenarisi çərçivəsində hərəkət edir. NFP artımı
zəif görünsə də, işsizlik səviyyəsinin azalması və əməkhaqqı dinamikasının nisbətən
yüksək qalması FED üçün rahatlıq yaradır. İnflyasiya hələ də tam nəzarət altına alınmayıb
və bu, monetar siyasətdə kəskin dönüş riskini azaldır. FED rəsmiləri arasında fikir ayrılığı
qalır: bir qrup daha ehtiyatlı yanaşmanı, digər qrup isə daha aqressiv faiz endirimlərini
müdafiə edir. Lakin real bazar qiymətləndirməsi göstərir ki, yanvar iclasında dəyişiklik
gözlənilmir.

Bu həftə açıqlanacaq CPI rəqəmləri bazar psixologiyası üçün katalizator rolunu oynayacaq.
Gözləntilərdən yuxarı inflyasiya dolları daha da möhkəmləndirə və risk aktivlərində satışları
dərinləşdirə bilər. Əks ssenaridə isə yalnız qısamüddətli, müvəqqəti rahatlama müşahidə
oluna bilər.

13 yanvar

17:30 – İstehlak qiymətlərinin indeksi (aylıq) (dekabr)
17:30 – İstehlak qiymətlərinin indeksi (illik) (dekabr)
17:30 – İstehlak qiymətlərinin baza indeksi (aylıq) (dekabr)
19:00 – Yeni mənzil satışları (oktyabr)

14 yanvar

17:30 – İstehsalçı qiymətlərinin indeksi (aylıq) (noyabr)
17:30 – Pərakəndə satış həcmi (aylıq) (noyabr)
17:30 – Pərakəndə satışın baza indeksi (aylıq) (noyabr)
19:00 – Təkrar mənzil bazarında satışlar (dekabr)
19:30 – Xam neft ehtiyatları

15 yanvar

17:30 – Filadelfiya FED-inin istehsal aktivliyinin indeksi (yanvar)
17:30 – İşsizlik müavinətləri üzrə ilkin müraciətlərin sayı
17:45 – İstehsal sektorunda biznes aktivliyinin indeksi (PMI) (yanvar)

Avrozona

Avrozona makroiqtisadi baxımdan “sabit, lakin zəif” trayektoriyada qalır. Artım məhduddur,
sənaye aktivliyi aşağıdır, lakin inflyasiya AMB üçün artıq sistemli təhlükə deyil. Məşğulluq
bazarında ciddi stres yoxdur və bu, Avropa Mərkəzi Bankına gözləmə mövqeyi saxlamağa
imkan verir. AMB rəsmilərinin ritorikası aydındır: faizlər optimal səviyyədədir, lakin
qeyri-müəyyənlik yüksək olaraq qalır.

Avro üçün əsas problem ABŞ ilə faiz fərqi və artım üstünlüyüdür. Bu fərq
bağlanmadıqca, EUR/USD-də yüksəlişlər fundamental baxımdan məhdud qalacaq
və əsas trend aşağı yönlü olaraq saxlanılacaq.

16 yanvar

11:00 – Almaniyada istehlak qiymətlərinin indeksi (aylıq) (dekabr)

Cari həftənin gözləntiləri:

  • Artım hədəfləri: 1.1685; 1.1730; 1.1750
  • Eniş hədəfləri: 1.1600; 1.1470; 1.1350

Neft

Neft bazarında qiymətlərin hərəkəti faktiki təklif çatışmazlığından deyil, geosiyasi
səs-küydən
qaynaqlanır. İran və Venesuela ətrafındakı xəbərlər qısa müddətli risk
mükafatı yaratsa da, qlobal hasilat səviyyələri kifayət qədər yüksəkdir. OPEC+ tərəfindən
əlavə kəskin ixtisar siqnalları yoxdur və ABŞ şist nefti bazara balanslaşdırıcı rol
oynamaqda davam edir.

WTI texniki olaraq qısamüddətli toparlanma göstərsə də, orta müddətli trend hələ də
aşağıdır. Brent isə enən kanal daxilində hərəkət edir və yüksəliş cəhdləri əsasən satış
fürsəti kimi qiymətləndirilir. Bu həftə neft bazarında dəyişkənlik yüksək qalacaq, lakin
kəskin trend dönüşü ehtimalı aşağıdır.

Cari həftənin gözləntiləri (Brent):

  • Artım hədəfləri: 66.45; 72.05; 78.25
  • Eniş hədəfləri: 56.45; 52.75; 50.00

Cari həftənin gözləntiləri (WTI):

  • Artım hədəfləri: 59.75; 60.00; 62.00
  • Eniş hədəfləri: 56.15; 55.00; 53.50

Qızıl

Qızıl bazarı hazırda geosiyasi risklər + monetar qeyri-müəyyənlik kombinasiyasından
maksimum faydalanan aktivdir. ABŞ inflyasiyası gözlənilən səviyyəni keçməsə də,
geosiyasi fon qızılı struktur olaraq dəstəkləməyə davam edir. Dolların güclənməsi
qısamüddətli təzyiq yarada bilər, lakin böyük investorlar üçün qızıl hələ də portfelin
qoruyucu elementi olaraq qalır.

Texniki baxımdan trend yuxarıdır və korreksiyalar daha çox alış fürsəti kimi dəyərləndirilir.
İnflyasiyada sürpriz eniş qızılı yeni rekord zonalara daşıya bilər.

Cari həftənin gözləntiləri:

  • Artım hədəfləri: 4600; 4650; 4700
  • Eniş hədəfləri: 4390; 4360; 4230

Valyuta bazarında baş verən ən son yeniliklərdən xəbərdar olmaq üçün bizi “Telegram” kanalımızda izləyin!

https://t.me/uforex_az

Ətraflı məlumat üçün sorğu göndərin

Sizin sorğunuz uğurla göndərildi.

Foreks bazarının həftəlik təqvimi və analitikası 12.01.2026 - 18.01.2026

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi.

Foreks bazarının həftəlik təqvimi və analitikası 12.01.2026 - 18.01.2026

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi.

Qlobal səhm və kripto bazarlarına çıxış əldə edin!

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi

Foreks bazarının həftəlik təqvimi və analitikası 12.01.2026 - 18.01.2026

Təşəkkür edirik!

Sorğunuz uğurla göndərildi.