Foreks bazarının həftəlik təqvimi və analitikası 13.01.2025 -19.01.2025
UForexcari həftənin mühüm xəbərlərini nəzərinizə çatdırır:
Treyderlər FED-in faiz dərəcələrini sabit saxlayacağını gözlədikləri üçün USD itkilərini məhdudlaşdırır.
Avrozonadakı qeyri-stabil vəziyyət səbəbindən, Avropa Mərkəzi Bankı (ECB) bu il siyasətini daha da yumşalda bilər.
ABŞ-nin Rusiya neftinə olan sanksiyalardan sonra neftin qiyməti yüksəlir.
Yeni sanksiyalar Hindistan və Çindəki neft idxalçılarını yeni xammal axınları axtarmağa məcbur edəcək.
ABŞ-nin faiz dərəcələrinin hələ uzun müddət yüksək qalacağı ehtimalının olması səbəbindən qızılın qiyməti təzyiq altında qalıb.
ABŞ dollarının (USD) altı əsas valyutaya qarşı performansını izləyən ABŞ dolları İndeksi (DXY)
bazar ertəsi Asiya saatlarında 109,98-ə yüksələrək 2022-ci ilin noyabrından bəri ən yüksək səviyyəyə çatıb.
Eyni zamanda, daha yüksək gəlirlər ABŞ dollarını dəstəkləyir.
Hal-hazırda 2 illik və 10 illik ABŞ Xəzinədarlıq istiqrazlarının gəlirləri müvafiq olaraq 4,41% və 4,79% təşkil edir.
Cümə günü açıqlanan ABŞ Əmək Statistikası Bürosunun (BLS) məlumatlarına görə, dekabr ayında qeyri-kənd təsərrüfatı sektorunda əməkhaqqı
(NFP) 256 min artıb. Bu isə bazarın 160 minlik gözləntisini əhəmiyyətli dərəcədə üstələyib.
Həmçinin ABŞ-də işsizlik nisbəti noyabrda 4,2%-dən dekabrda 4,1%-ə enib.
Belə müsbət şəraitdə, FED-in faiz endirimini yavaşlatması və yanvar ayında faiz dərəcələrini sabit saxlaması ehtimal edilir.
14 yanvar
17:30 – İstehsalçı qiymətlərinin indeksi (dekabr)
15 yanvar
17:30 – İstehlak qiymətlərinin baza indeksi (dekabr)
17:30 – İstehlak qiymətlərinin indeksi (dekabr)
19:30 – Xam neft ehtiyatları haqqında məlumatın açıqlanması
16 yanvar
17:30 – Pərakəndə satışın baza indeksi (dekabr)
17:30 – İşsizlik müavinətləri üzrə ilkin müraciətlərin sayı
17:30 – Filadelfiya FED-inin istehsal aktivliyinin indeksi (yanvar)
17:30 – Pərakəndə satış həcmi (dekabr)
“Avropa Mərkəzi Bankı (ECB) bu il siyasətini daha da yumşalda bilər,
lakin tənəzzülə səbəb olmayacaq və inflyasiyanın cilovlanmasında yersiz gecikmələrə yol verməyəcək bir balans tapmalıdır”.
Bu fikri ECB-nin baş iqtisadçısı Filip Leyn Avstriya mətbuatına müsahibəsində bildirib.
ECB ötən il faiz dərəcələrini dörd dəfə azaldıb və bazar gözləntilərinə görə, bu il də dörd dəfə azalma addımı atıla bilər.
İnflyasiyanın, təxminən 2025-ci ilin ortalarına qədər bankın 2%-lik hədəfinə yaxınlaşacağı proqnozlaşdırıldığı üçün,
bu addımların əksəriyyətinin ilin birinci yarısında həyata keçirilməsi gözlənilir.
16 dekabr
11:00 – Almaniyada istehlak qiymətləri indeksi (dekabr)
17 dekabr
14:00– Avrozonada istehlak qiymətləri indeksi (dekabr)
Cari həftənin gözləntiləri:
- Artım hədəfləri: 1.0382; 1.0521; 1.0604
- Eniş hədəfləri: 1.0156; 1.0125; 1.0077
İnvestorlarların Böyük Britaniyada iqtisadi durğunluq və inflyasiya riskindən narahatlıqları davam etməkdədir.
Bu narahatlıq ölkənin maliyyə sağlamlığı ilə bağlı qeyri-müəyyənliklə birlikdə,
Britaniya funt sterlinqinin (GBP) zəif performansının əsas səbəblərindən birinə çevrilir.
Eyni zamanda, Federal Ehtiyat Sistemi (FED) tərəfindən faiz azaldılmasına fasilə verilməsi ilə bağlı gözləntilər
ABŞ dollarının (USD) güclənməsinə səbəb olur.
USD ətrafında yaranan bu müsbət əhvali-ruhiyyə GBP/USD cütlüyü üçün mənfi proqnozu təsdiqləyir.
Treyderlər funt üzrə əməliyyatları yerləşdirməzdən öncə cümə axşamı açıqlanacaq olan ÜDM xəbərini gözləyə bilər.
15 dekabr
11:00 – Böyük Britaniyada istehlak qiymətləri indeksi (dekabr)
16 dekabr
11:00 – Böyük Britaniyada ümumi daxili məhsul göstəricisi (noyabr)
Cari həftənin gözləntiləri:
- Artım hədəfləri: 1.2457; 1.2710; 1.2843
- Eniş hədəfləri: 1.2071; 1.1938; 1.1685
Keçən həftə Bayden administrasiyası Rusiya neft sənayesinə qarşı indiyə qədər olan ən məqsədyönlü sanksiyaları elan etdi.
Bu qərar treyderlərin daha sərt bazar şərtlərinə uyğun mövqe tutması ilə neftin qiymətini son üç ayın ən yüksək səviyyəsinə yüksəltdi.
JPMorgan analitiklərinin fikrincə, Rusiya xam neftini daşıyan tankerlərə qarşı tətbiq edilən yeni sanksiyalar ABŞ-nin,
xüsusən də Donald Tramp administrasiyasının, Rusiya ilə, o cümlədən Ukraynada atəşkəs məsələləri ilə bağlı
danışıqlarda daha güclü təsir və üstünlük qazanmasına kömək edəcək.
JPM analitikləri qeyd ediblər ki, Tramp çox güman ki, ABŞ-nin Rusiyaya qarşı sanksiyalarının ləğvi perspektivindən
Moskva ilə danışıqlara təsir etmək üçün istifadə edəcək.
Təhlilçilər hesab edirlər ki, sanksiyalar Rusiyanın neft ixracına ciddi təsir göstərəcək
və Çinin müstəqil neft emalı şirkətlərini emal hasilatını azaltmağa vadar edəcək.
Yeni sanksiyalar Hindistan və Çindəki neft idxalçılarını yeni xammal axınları axtarmağa məcbur edəcək.
Qiymət artımı tendensiyası təklifin məhdudlaşması ilə bağlı narahatlıqları əks etdirir.
Cari həftənin gözləntiləri: (WTI)
- Artım hədəfləri: 78.72;79.95; 82.07
- Eniş hədəfləri: 74.46; 72.21; 68.04
Cari həftənin gözləntiləri: (Brent)
- Artım hədəfləri: 81.86; 82.86; 84.97
- Eniş hədəfləri: 78.11; 76.46; 73.82
ABŞ-nin faiz dərəcələrinin hələ uzun müddət yüksək qalacağı ehtimalının olması səbəbindən qızılın qiyməti təzyiq altında qalıb.
Cümə günü yayımlanan əməkhaqqı məlumatları,
treyderlərin bu il faiz dərəcələrinin azaldılması ilə bağlı gözləntilərini daha da zəiflədib.
Faiz dərəcələri ilə bağlı daha aydın istiqamətlər üçün diqqətlər çərşənbə günü açıqlanacaq ABŞ inflyasiya məlumatlarına yönəlib.
Federal Ehtiyat Sistemi (FED) yüksək inflyasiya və əmək bazarının güclü vəziyyətinin
faiz dərəcələrinin yüksək səviyyədə saxlanmasına təkan verəcəyini vurğulayıb.
Goldman Sachs analitikləri son hesabatlarında bildiriblər ki, FED-in bu il faiz dərəcələrini yalnız iki dəfə azaldacağı gözlənilir.
Digər tərəfdən, Donald Trampın prezidentliyi dövründə iqtisadi perspektivlə bağlı qeyri-müəyyənlik,
risk əsaslı aktivlərə, xüsusən də səhmlərə qarşı uzunmüddətli satış tendensiyası, və qızıla olan tələbatı qoruyub saxladı.
Bu amil sarı metalın ümumi itkilərinin daha da dərinləşməsinin qarşısını aldı.
Cari həftənin gözləntiləri:
- Artım hədəfləri: 2703.51; 2717.91; 2737.74;
- Eniş hədəfləri: 2668.09; 2619.98; 2562.21;
Valyuta bazarında baş verən ən son yeniliklərdən xəbərdar olmaq üçün bizi “Telegram” kanalımızda izləyin!
Ətraflı məlumat üçün sorğu göndərin
Sizin sorğunuz uğurla göndərildi
© 2025 Unicapital İnvestisiya Şirkəti ASC.
Bütün hüquqlar qorunur.