Foreks bazarının həftəlik təqvimi və analitikası 14.10.2024 - 20.10.2024

UForexcari həftənin mühüm xəbərlərini nəzərinizə çatdırır:

ABŞ-də açıqlanan güclü iqtisadi göstəricilərə rəğmən, FED-in il sonuna kimi 50 faiz bəndlik eniş edəcəyinə dair ehtimallar qalmaqdadır.

Çinin Tayvan adasını mühasirəyə alaraq təlimlər keçirməsi və Yaxın Şərqdəki geosiyasi risklər bazarı gərgin olaraq saxlayır.

“Milton” qasırğasının Qərbi Texas markalı neftin tədarükünü ləngitməsi riskləri neftin qiymətini artırır.

Digər tərəfdən, Avrozonada bütün diqqət Avropa Mərkəzi Bankının faiz qərarının açıqlamasına yönəlib.

Bütün bu valyuta riskləri “etibarlı liman” olan Qızılın yeni rekordlar qırmasını dəstəkləyir.

ABŞ

Dollar indeksi ardıcıl ikinci həftədir ki, qazanc nümayiş etdirir.

Ötən həftə açıqlanan İstehlak Qiymətləri İndeksi (CPI) sentyabr ayında

aylıq müqayisədə 0.2%, illik müqayisədə isə 2.4% ilə ehtimal olunandan daha çox yüksəldi.

Bu da FED-in növbəti faiz qərarının minimal olaraq 25 faiz bəndlik bir endirimə gedə biləcəyi

ehtimalını gücləndirir. Həmçinin İsrail-Livan geosiyasi münaqişəsi və

Çinin Tayvan adası ətrafında hərbi təlimlər keçirməsi Dolların məzənnəsinə təzyiq göstərir.

Digər tərəfdən isə ABŞ-nin Florida əyalətində təsirli olan “Milton” qasırğasının önümüzdəki müddət

ərzində də məşğulluğa böyük təsir göstərəcəyi ehtimal olunur.

17 oktyabr

16:30 – Pərakəndə satışın baza indeksi (sentyabr)

16:30 – İşsizlik müavinətləri üzrə ilkin müraciətlərin sayı

16:30 – FED-in sənaye fəaliyyəti indeksi (oktyabr)

16:30 – Pərakəndə satış həcmi (sentyabr)

19:00 – Xam neft ehtiyatları haqqında məlumatın açıqlanması

Avrozona

Avro günə enişlə başladı. Analitiklər buna səbəb kimi Yaxın Şərqdəki

geosiyasi münaqişəni və Çinin Tayvan adasını mühasirəyə alaraq

keçirdiyi hərbi təlimləri göstərirlər. Belə ki, artan münaqişələr

daha riskli valyuta olan Avroya qarşı satış təzyqini gücləndirir.

Cümə axşamı Avropa Mərkəzi Bankının faiz dərəcəsi üzrə qərarı böyük önəm daşıyır.

Təxminlər Mərkəzi Bankın 25 faiz bəndlik bir endirimə gedə biləcəyi istiqamətindədir.

17 oktyabr

13:00 – İstehlak qiymətləri indeksi (sentyabr)

16:15 – Depozitlər üzrə faiz dərəcələri (oktyabr)

16:15 – Uçot faiz dərəcəsi ilə bağlı qərar (oktyabr)

16:45 – AMB-nin mətbuat konfransı

Cari həftənin gözləntiləri:

- Artım hədəfləri: 1,0951;1.1088; 1,1254,

- Eniş hədəfləri: 1,0898; 1,0847; 1,0794

Böyük Britaniya

Funt İngiltərə Mərkəzi Bankının “göyərçinli” açıqlamaları nəticəsində

Dollar qarşısnda dəyər itirməyə davam edir. Bazarlar noyabr ayında

İngiltərə Bankının (BoE) faiz dərəcələrini aşağı salması ehtimalını 90% olaraq qiymətləndirir.

Digər yandan, ABŞ-də ötən həftə açıqlanan güclü iqtisadi göstəricilərin olması

və FED-in növbəti faiz qərarının 25 faiz bənd endirəcəyi barədə təxminlərin artması

Dolları Funt qarşısında gücləndirir.

16 oktyabr

10:00 – İstehlak qiymətləri indeksi (sentyabr)

Cari həftənin gözləntiləri:

- Artım hədəfləri: 1.3214; 1.3304; 1.3368

- Eniş hədəfləri: 1.3012; 1.2996; 1.2906

Neft

Qara qızılın qiyməti Yaxın Şərqdəki münaqişələr fonunda kəskin yüksəlsə də,

dünyanın ikinci ən böyük iqtisadi gücü olan Çindən gələn tələbin azalması ilə

həftəyə enişlə başladı. Sentyabr ayı üzrə həm istehlak qiymətləri indeksi,

həm də istehsalçı qiymətləri indeksinin zəif göstəriciləri də bunu dəstəkləyir.

Digər yandan, ABŞ-nin İranın enerji infrastrukturunu hədəfə almaması

barədə İsrailə etdiyi xəbərdarlıq neft tədarükü risklərini bir qədər azaltmağa nail oldu.

Cari həftənin gözləntiləri: (WTI)

- Artım hədəfləri: 78.83; 82.11; 85.76

- Eniş hədəfləri: 71.90; 68.25; 64.97

Cari həftənin gözləntiləri: (Brent)

- Artım hədəfləri: 80,66; 82,31; 84,81

- Eniş hədəfləri: 76,51; 74,01; 72,36

Qızıl

Qızıl ötən həftə başladığı artım tempi ilə həftəsonu Yaxın Şərqdə baş tutan

geosiyasi gərginlik fonunda öz “güvənli liman” missiyasını qoruyur.

Əgər qiymət 2650 səviyyəsinin üstündə seyr edilərsə, bu, ay sonuna doğru yeni rekord

səviyyələri görməmiz ehtimalını artırır. Digər yandan, FED-in növbəti faiz qərarının

25 faiz bənd səviyyəsində olacağına dair təxminlərin artması Qızılın qiymətinin

kəskin yüksəlməsini məhdudlaşdırır.

Cari həftənin gözləntiləri:

- Artım hədəfləri: 2.669,94; 2.685,74; 2.,702.74

- Eniş hədəfləri: 2.636,12; 2.602,82; 2.592,13

Valyuta bazarında baş verən ən son yeniliklərdən xəbərdar olmaq üçün bizi “Telegram” kanalımızda izləyin!

https://t.me/uforex_az

Ətraflı məlumat üçün sorğu göndərin

Sizin sorğunuz uğurla göndərildi

Foreks bazarının həftəlik təqvimi və analitikası 14.10.2024 - 20.10.2024

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi

Foreks bazarının həftəlik təqvimi və analitikası 14.10.2024 - 20.10.2024

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi

İnvestisiya xidmətləri üçün müraciət edin!

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi

Foreks bazarının həftəlik təqvimi və analitikası 14.10.2024 - 20.10.2024

Təşəkkür edirik!

Sorğunuz uğurla göndərildi