Foreks bazarının həftəlik təqvimi və analitikası 15.01.2024 - 21.01.2024
UForexcari həftənin mühüm xəbərlərini Sizin nəzərinizə çatdırır:
Avrozona
16 yanvar
11:00 – Almaniya - İstehlakçı Qiymət İndeksi (dekabr).
17 yanvar
14:00 – İstehlakçı Qiymət İndeksi (dekabr).
Ötən həftə AMB-nın rəsmilərinin açıqlamasına görə,
ötən ildə inflyasiya üzrə müşahidə olunan sürətli geriləmə tempi cari ildə zəifləyə bilər.
Dezinflyasiya prosesi ilin əvvəlində ləngiyə bilər.
Avrozona üzrə iqtisadiyyatın artım tempi məyusluq hissi oyadır.
Daxil olan göstəricilər bir daha onu göstərir ki,
yaxın gələcəkdə hələ də qeyri-müəyyənlik davam edə bilər.
İnflyasiyanın tələb olunan səviyyə çatması isə yalnız 2025-ci ildə reallaşması ehtimal olunur.
Cari həftənin gözləntiləri:
- Artım hədəfləri: 1.1040, 1.1140
- Eniş hədəfləri: 1.0850, 1.0750
Böyük Britaniya
17 yanvar
11:00 – İstehlakçı Qiymət İndeksi (dekabr).
Ötən həftə İngiltərə Bankının sədri Beyli çıxışı zamanı bildirib ki,
əsas məqsəd inflyasiyanı gərəkli səviyyədə saxlamaqdır.
Hazırda ölkədə işsizlik səviyyəsində artım müşahidə olunmur.
Proqnozlara görə, cari ildə ehtimal olunduğu kimi 2 dəfə yox,
3 dəfə 25 baza vahidi qədər faiz dərəcəsi üzrə eniş gözlənilir.
Bu da öz növbəsində cari ilin 3-cü rübündə
inflyasyanın 1.5% yaxınlaşması ehtimalını gücləndirir.
Cari həftənin gözləntiləri:
- Artım hədəfləri: 1.2850, 1.3000
- Eniş hədəfləri: 1.2600, 1.2450
15 yanvar – bayram - Martin Lüter Kinq günü
17 yanvar
17:30 – Pərakəndə Satış Həcmi (dekabr).
18 yanvar
17:30 – İşsizlik müavinətləri üzrə ilkin müraciətlərin sayı;
20:00 – Xam neft ehtiyatları.
Ötən həftə ABŞ-da açıqlanan inflyasiya göstəricisi dolların sürətli bahalaşmasını dəstəklədi.
Belə ki, İstehlakçı Qiymət İndeksi göstərici qismən gözləntinin üzərində açıqlandı.
Bu da öz növbəsində FES -in faiz dərəcəsinin azaldılması istiqamətində
addımlarını qismən ləngitməyə sövq edir.
Bu xəbərdən sonra səhm fyuçerslərinin dəyərində eniş,
10 illik xəzinə istiqrazları üzrə gəlirlilik 4% üzərində qeydə alındı.
Cari həftənin gözləntiləri:
- Artım hədəfləri: 102.80, 103.50
- Eniş hədəfləri: 101.50, 101.00
Qızılın cari ilin ilk yarısı üçün proqnozları ürəkaçan hesab olunur.
Belə ki, ehtimallara görə 1-ci rüb ərzində qızılın qiyməti 2200$ sərhədinə qədər yüksələ bilər.
Bu ehtimalları gücləndirən əsas faktorlar, FES-in mart ayından başlayaraq
faiz dərəcəsini azaltmağa başlaması və eləcə də,
geosiyasi fonda davam edən münaqişələrlə bağlı davam edən qeyri-müəyyənlikdir.
Digər tərəfdən, qızıl hedc fondlar və Mərkəzi banklar üçün sabit yatırım aləti olaraq hələ də maraqlıdır.
Cari həftənin gözləntiləri:
- Artım hədəfləri: 2065.00, 2090.00
- Eniş hədəfləri: 2015.00, 1975.00
Ötən cümə günü neftin qiyməti ABŞ və müttəfiqlərinin Yəmənə avia hücumu nəticəsində bahalaşdı.
Belə ki, Brent markalı neftin mart fyuçersi təqribən 3% dəyər qazandı.
Bu hücümun reallaşmasına təkan verən əsas səbəblər,
Qırmızı dəniz ərazisində yük gəmilərinə hücumlar və
İran tərəfindən Oman yaxınlığında tankerin ələ keçirilməsi oldu.
Bu münaqişələr neft bazarının 3-dən bir hissəsini təmin edən əsas logistik regionu təhlükə altında saxlayır.
Cari həftənin gözləntiləri: (Brent)
- Artım hədəfləri: 81.00, 85.00
- Eniş hədəfləri: 75.00, 71.00
Cari həftənin gözləntiləri: (WTI)
- Artım hədəfləri: 76.00, 79.00
- Eniş hədəfləri: 69.00, 66.00
Valyuta bazarında baş verən ən son yeniliklərdən xəbərdar olmaq üçün bizi “Telegram” kanalımızda izləyin!
Ətraflı məlumat üçün sorğu göndərin
Sizin sorğunuz uğurla göndərildi
© 2024 Unicapital İnvestisiya Şirkəti ASC.
Bütün hüquqlar qorunur.