Foreks bazarının həftəlik təqvimi və analitikası 16.02.2026 - 22.02.2026

UForexcari həftənin mühüm xəbərlərini nəzərinizə çatdırır:
Keçən həftə bazarlarda əsas mövzu ABŞ iqtisadiyyatının gözlənildiyindən
daha dayanıqlı qalmasına baxmayaraq dolların güclənə bilməməsi oldu.
Güclü əmək bazarı göstəriciləri və inflyasiyanın zəifləməsi FED-in
gələcəkdə faiz endirimi ehtimalını gündəmdə saxladı və bu faktor dollar
üzərində təzyiq yaratdı. EUR/USD cütlüyü artıq üçüncü həftədir dar
diapazonda qalaraq bazarın yeni trend formalaşdırmaqda çətinlik çəkdiyini
göstərir. Qızıl isə yüksək volatillik fonunda 5000 səviyyəsi ətrafında
konsolidasiya mərhələsinə keçib.
Bu həftə bazar iştirakçıları əsasən ABŞ ÜDM, PCE inflyasiya göstəricisi və
FED protokollarına fokuslanacaq. Məlumatlar dolların növbəti istiqamətini
müəyyən edəcək və bütün əsas aktivlərdə hərəkəti formalaşdıracaq.
ABŞ iqtisadiyyatı güclü qalmağa davam edir: məşğulluq artımı gözləntiləri
üstələdi, inflyasiya isə tədricən zəifləyir. Hazırkı vəziyyət FED-in tezliklə faizləri
endirməyəcəyini göstərsə də, investorlar ilin ikinci yarısında mümkün faiz
endirimini artıq indidən bazar qiymətlərinə daxil edirlər. Dolların zəif qalmasının
əsas səbəbi məhz faizlərin gələcəkdə aşağı düşəcəyi gözləntisidir.
Bu həftə açıqlanacaq ÜDM və PCE inflyasiya göstəriciləri FED siyasəti ilə bağlı
gözləntiləri yenidən formalaşdıra bilər.
16 fevral
Gün ərzində ABŞ-də qeyri-iş günüdür
18 fevral
23:00 – Federal Açıq Bazar Komitəsinin (FOMC) protokollarının dərci
19 fevral
17:30 – Filadelfiya FED-inin istehsal aktivliyinin indeksi (fevral)
17:30 – İşsizlik müavinətləri üzrə ilkin müraciətlərin sayı
21:00 – Xam neft ehtiyatları
20 fevral
17:30 – Şəxsi istehlak xərcləri üzrə əsas qiymət indeksi (illik) (dekabr)
17:30 – Şəxsi istehlak xərcləri üzrə əsas qiymət indeksi (aylıq) (dekabr)
17:30 – ÜDM göstəricisi (rüblük) (4-cü rüb)
18:45 – İstehsal sektorunda biznes aktivliyinin indeksi (PMI) (fevral)
18:45 – Xidmət sektorunda biznes aktivliyinin indeksi (PMI) (fevral)
19:00 – Yeni mənzil satışları (dekabr)
Avrozonada iqtisadi fon sabit, lakin zəif dinamika ilə davam edir. Avropa Mərkəzi
Bankı (ECB) monetar siyasətdə dəyişiklik etməyə tələsmir və iqtisadi artım aşağı,
lakin stabil qalır. Gözlənilməz makroiqtisadi xəbərlərin az olması səbəbindən avro
əsasən dolların hərəkətindən asılı olaraq qalır. Avro üçün əsas hərəkətverici amil
daxili iqtisadiyyat deyil, ABŞ-də faizlərlə bağlı gözləntilərdir.
16 fevral
11:00 – Almaniyada istehlak qiymətləri indeksi (aylıq) (yanvar)
Cari həftənin gözləntiləri:
- Artım hədəfləri: 1.1920; 1.2000; 1.2080
- Eniş hədəfləri: 1.1835; 1.1750; 1.1680
Neft bazarında orta müddətli eniş strukturu qorunur. Brent və WTI qiymətləri qısa
müddətli texniki korreksiya cəhdləri göstərsə də, güclü təklif və stabil hasilat qiymətlərin
davamlı yüksəlişini məhdudlaşdırır. Geosiyasi risklər qısamüddətli dəstək yaratsa da,
bazar iştirakçıları əsasən satış strategiyalarına üstünlük verir.
Cari həftənin gözləntiləri (Brent):
- Artım hədəfləri: 71.75; 76.75; 83.65
- Eniş hədəfləri: 64.55; 60.00; 55.65
Cari həftənin gözləntiləri (WTI):
- Artım hədəfləri: 65.00; 66.20; 68.00
- Eniş hədəfləri: 63.00; 61.00; 60.64
Qızılın qiymətindəki güclü dəyişkənlikdən sonra bazarda nisbi sabitlik müşahidə olunur.
ABŞ inflyasiyasının zəifləməsi və dolların tam güclənə bilməməsi qiyməti dəstəkləsə də,
texnologiya sektorundakı volatillik və risk aktivlərində satışlar qızılda kəskin dalğalanmalar
yaradır. FED faizlərinin uzun müddət yüksək qalması ehtimalı qısa müddətli yüksəlişi
məhdudlaşdıra bilər, lakin ümumi yüksəliş strukturu qorunur.
Cari həftənin gözləntiləri:
- Artım hədəfləri: 5100; 5200; 5400
- Eniş hədəfləri: 4870; 4700; 4630
Valyuta bazarında baş verən ən son yeniliklərdən xəbərdar olmaq üçün bizi “Telegram” kanalımızda izləyin!
Ətraflı məlumat üçün sorğu göndərin
Sizin sorğunuz uğurla göndərildi.
© 2026 Unicapital İnvestisiya Şirkəti ASC.
Bütün hüquqlar qorunur.