Foreks bazarının həftəlik təqvimi və analitikası 16.03.2026 - 22.03.2026

UForexcari həftənin mühüm xəbərlərini nəzərinizə çatdırır:

Keçən həftədə qlobal maliyyə bazarlarının əsas hərəkətverici qüvvəsi
Yaxın Şərqdə sürətlə genişlənən İran müharibəsi oldu. ABŞ və İsrailin
İranın nüvə proqramına qarşı genişmiqyaslı zərbələrindən sonra
regionda gərginlik kəskin artdı və bu da investorların riskdən qaçış
mövqeyini gücləndirdi. İranın faktiki olaraq Hörmüz boğazına nəzarəti
artırması qlobal enerji təchizatı üçün ciddi risk yaratdı və nəticədə
neft qiymətləri kəskin yüksəldi. Brent nefti 100 dolları, WTI isə 90 dollar

səviyyəsini geridə qoydu. Enerji qiymətlərinin yüksəlməsi isə qlobal

inflyasiya gözləntilərini yenidən gücləndirdi və bu, mərkəzi bankların faiz

siyasəti ilə bağlı gözləntilərə birbaşa təsir etdi.

Bu səbəbdən ABŞ dolları təhlükəsiz aktiv kimi gücləndi və EUR/USD cütlüyü
2026-cı ilin ən aşağı səviyyələrindən biri olan 1.1430 səviyyəsinə qədər gerilədi.
Qızıl isə gözlənilənin əksinə olaraq geosiyasi risklərə baxmayaraq dolların

güclənməsi səbəbindən yüksəliş gücünü itirdi. Bazarların diqqəti artıq yeni

həftədə keçiriləcək iki əsas hadisəyə yönəlib: ABŞ Federal Ehtiyat Sisteminin (FED)

və Avropa Mərkəzi Bankının (ECB) faiz qərarları. Hər iki qürumun faizləri

dəyişməz saxlayacağı gözlənilsə də, onların inflyasiya və enerji qiymətləri

ilə bağlı mesajları bazarın növbəti istiqamətini müəyyən edə bilər.

Cari həftə bazarlar üçün əsas risk faktoru, müharibənin genişlənməsi,

enerji bazarlarında volatilliyin davam etməsi və mərkəzi bankların

inflyasiya ilə bağlı yeni proqnozları olacaq. Bu faktorların birləşməsi

xüsusilə EUR/USD, neft və qızıl bazarlarında yüksək volatilliyin

davam etməsinə səbəb ola bilər.

ABŞ

ABŞ iqtisadiyyatı ilə bağlı son məlumatlar göstərir ki, inflyasiya hələ də

FED-in hədəfindən yüksək qalır. Fevral ayında istehlak qiymətləri

indeksi 2.4% səviyyəsində sabit qalsa da, FED-in əsas inflyasiya göstəricisi

olan PCE-indeksi illik 2.8% səviyyəsindədir və baza göstərici 3.1%-ə

yüksəlib. Bu isə göstərir ki, inflyasiya tam nəzarət altına alınmayıb.

Digər tərəfdən, fevral ayında Nonfarm Payrolls göstəricisinin 92 min

azalması əmək bazarında müəyyən zəifləmə siqnalları verib.

Bu həftənin əsas göstəricisi FED-in faiz qərarı olacaq. Bazar iştirakçıları

FED-in əsas faiz dərəcəsini 3.50-3.75% intervalında dəyişməz

saxlayacağını gözləyirlər, lakin, əsas diqqət FED-in yeni iqtisadi proqnozlarına

və Jerome Powell-in mətbuat konfransında verəcəyi mesajlara

yönələcək. Enerji qiymətlərinin artması səbəbindən inflyasiya proqnozlarının

yüksəldilməsi ehtimalı dolların daha da güclənməsinə səbəb ola bilər.


16 mart

17:15 USD – ABŞ-də sənaye istehsalının həcmi (fevral)

18 mart

18:30 USD - ABŞ-da xam neft ehtiyatları haqqında məlumatın açıqlanması.

22:00 USD - “Fed”-in uçot faiz dərəcəsi ilə bağlı qərarı.

22:00 USD - “FOMC” iqtisadi proqnozları.

22:00 USD - “FOMC” açıqlaması.

22:30 USD - “FOMC” mətbuat konfransı.

19 mart

16:30 USD - “Fed”-in Sənayə Fəaliyyəti indeksi (mart)

16:30 USD - ABŞ-da işsizlik müavinətləri üzrə ilkin müraciətlərin sayı.

18:00 USD - ABŞ-da yeni ev satışları (yanvar).

Avrozona

Avrozona iqtisadiyyatı inflyasiya baxımından ABŞ ilə müqayisədə daha sabit

görünür. Son məlumatlara görə Avrozonada istehlak qiymətləri indeksi

(HICP) illik 2.4% səviyyəsindədir və bu göstəricinin ECB-nin inflyasiya

hədəfinə yaxın olduğu müşahidə olunur, lakin, enerji qiymətlərində baş

verən son artım Avropa iqtisadiyyatı üçün yeni inflyasiya riskləri yarada

bilər.

ECB bu həftə faiz qərarını açıqlayacaq və bazarlar faizlərin dəyişməz qalacağını

gözləyir. Bununla belə, ECB rəhbəri Kristin Lagardın açıqlamaları bazarın

gələcək gözləntiləri üçün həlledici olacaq. Enerji qiymətlərinin artması

Avrozonada inflyasiyanın yenidən yüksəlməsi riskini yaradır və bu səbəbdən

bəzi investorlar ilin sonuna qədər ECB tərəfindən faiz artımı ehtimalını

qiymətləndirməyə başlayıblar.

Texniki baxımdan EUR/USD cütlüyü zəif görünür. Qiymət 20 və 100

günlük hərəkətli ortalamaların altında qalır və trendin gücünü göstərən

göstəricilər satış təzyiqinin davam etdiyini göstərir. Bu isə yaxın müddətdə

1.1400 səviyyəsinin yenidən gündəmə gələ biləcəyini göstərir.

18 mart

14:00 EUR - Avrozonada istehlakçı qiymətlərinin indeksi (fevral)

19 mart

17:15 EUR - Avrozonada depozitlər üzrə faiz dərəcələri (mart).

17:15 EUR - Avrozonada uçot faiz dərəcəsi ilə bağlı qərar (mart)

17:45 EUR - AMB-nin mətbuat konfransı.

Cari həftənin gözləntiləri:

  • Artım hədəfləri: 1.1600; 1.1700; 1.1850
  • Eniş hədəfləri: 1.1400; 1.1300; 1.1200

Neft

Neft bazarında əsas faktor Yaxın Şərqdə davam edən müharibədir.

İranın Hörmüz boğazını bağlamaqla hədələməsi qlobal enerji təchizatı

üçün ciddi risk yaradır, çünki dünya nefti ixracının böyük hissəsi məhz

bu marşrut xəttindən keçir. Bu səbəbdən enerji bazarında risk ehtimalı

sürətlə artır və qiymətlər yüksək volatillik nümayiş etdirir.

Brent nefti həftəni təxminən 103 dollar səviyyəsində tamamladı və texniki

göstəricilər bazarda yüksəliş trendinin davam etdiyini göstərir. Əgər

qiymətlər 106.55 səviyyəsindən yuxarı bağlanarsa, bazar növbəti

mərhələdə 115 dollar səviyyəsinə doğru hərəkət edə bilər. Digər tərəfdən,

geosiyasi risklərin azalması və ya strateji ehtiyatların bazara çıxarılması

qiymətlərdə qısa müddətli dalğalanma yarada bilər.

WTI nefti isə daha da yüksək volatillik nümayiş etdirir. Müharibə xəbərlərinin

yaratdığı şəraitdə qiymət 99 dollar səviyyəsində qalır və bazarda əsas ticarət

aralığının 93-130 dollar arasında formalaşacağı gözlənilir. Bu, bazarda

investorların əhval-ruhiyyəsi əsas hərəkətverici amil olaraq qalır və hər

hansı geosiyasi xəbər qiymətlərdə kəskin sıçrayışlara səbəb ola bilər.

Cari həftənin gözləntiləri (Brent):

  • Artım hədəfləri: 106.55 ; 115.65 ; 120.00
  • Eniş hədəfləri: 93.00 ; 86.55 ; 76.75

Cari həftənin gözləntiləri (WTI):

  • Artım hədəfləri: 105.00 ; 116.00 ; 130.00
  • Eniş hədəfləri: 93.00 ; 85.00 ; 80.00

Qızıl

Qızıl bazarında son həftələrdə maraqlı hərəkətlilik müşahidə olunur. Geosiyasi

risklər və müharibə səbəbindən qızılın təhlükəsiz aktiv kimi güclənməsi

gözlənsə də, ABŞ dollarının möhkəmlənməsi qiymətlərə təzyiq göstərir.

Bu səbəbdən qızıl son iki həftə ərzində yüksəliş trendini itirib.

Texniki baxımdan qızılın əsas pivot zonası 5100-5120 aralığı hesab olunur.

Qiymət bu səviyyənin altında qalarsa, satış təzyiqi güclənə və qiymət

4945 və 4800 səviyyələrinə doğru geri çəkilə bilər. Əksinə, FED-dən

gələcək müsbət mesajlar və ya dolların zəifləməsi qızılın yenidən

yüksəliş trendinə qayıtmasına səbəb ola bilər.

Bu həftə qızıl bazarında əsas təsiredici amil FED-in qərarı və Jerome Powell-in

açıqlamaları olacaq. Əgər FED inflyasiya risklərinə görə daha sərt mövqe

nümayiş etdirərsə, dollar güclənə və qızıl qiymətləri qısamüddətli

eniş trendini davam etdirə bilər. Lakin, müharibə risklərinin artması

qızıl üçün yenidən güclü alıcı marağı yarada bilər.

Cari həftənin gözləntiləri:

  • Artım hədəfləri: 5100 ; 5200 ; 5400
  • Eniş hədəfləri: 4950 ; 4875 ; 4800

Valyuta bazarında baş verən ən son yeniliklərdən xəbərdar olmaq üçün bizi “Telegram” kanalımızda izləyin!

https://t.me/unicapital_investment

Ətraflı məlumat üçün sorğu göndərin

Sizin sorğunuz uğurla göndərildi.

Foreks bazarının həftəlik təqvimi və analitikası 16.03.2026 - 22.03.2026

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi.

Foreks bazarının həftəlik təqvimi və analitikası 16.03.2026 - 22.03.2026

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi.

UForex-də güzəştli ticarət şərtlərini kəşf edin!

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi

Foreks bazarının həftəlik təqvimi və analitikası 16.03.2026 - 22.03.2026

Təşəkkür edirik!

Sorğunuz uğurla göndərildi.