Foreks bazarının həftəlik təqvimi və analitikası 16.11.2026 - 22.11.2026

UForex cari həftənin mühüm xəbərlərini nəzərinizə çatdırır:

Ötən həftə ABŞ dolları ardıcıl üçüncü həftəni yüksəlişlə başa vurdu. Dollar indeksi (DXY) 103 səviyyəsini keçərək son 19 ayın ən yüksək səviyyəsinə çatdı. ABŞ-də inflyasiyanın gözləntilərdən yüksək açıqlanması və dekabrda faiz artımı ehtimalının güclənməsi dolları dəstəklədi. ABŞ-nin 10 illik dövlət istiqrazlarının gəlirliliyi 5.1%-i keçdi. EUR/USD 1.1000 səviyyəsinə yaxınlaşdı, qızıl isə həftə ərzində 4%-dən çox ucuzlaşdı.

Bu həftə əsas sual ABŞ-də yüksək faizlərə baxmayaraq istehlakın nə dərəcədə dayanıqlı qalması olacaq. Oktyabr üzrə pərakəndə satışlar və Federal Açıq Bazar Komitəsinin (FOMC) iclas protokolu dekabr qərarı ilə bağlı gözləntiləri dəyişə bilər. Neftdə isə mənzərə fərqlidir. Hörmüz boğazında yeni insidentlər qiymətləri qısa müddətdə yüksəldə bilər, amma neft ixracının bərpası və təklifin tələbi üstələməsi gözləntisi davamlı bahalaşmanı çətinləşdirir.

ABŞ

Oktyabrda ABŞ-nin İstehlak Qiymətləri İndeksi (CPI) aylıq 0.4%, ərzaq və enerji nəzərə alınmadan hesablanan baza göstəricisi isə 0.3% artdı. İstehsalçı qiymətləri oktyabrda aylıq 0.3%, illik 6.5% yüksəldi. Bəzi FED rəsmilərinin dekabrda 50 baza bəndlik artımı istisna etməməsi dolları dəstəkləyib. Bununla belə, bu, mərkəzi bankın razılaşdırılmış mövqeyi deyil.

17 noyabrda açıqlanacaq pərakəndə satışlar həftənin əsas yeni məlumatıdır. Güclü nəticə yüksək faizlərin istehlakı ciddi şəkildə zəiflətmədiyini göstərə və dolları dəstəkləyə bilər. Zəif nəticə isə daha böyük faiz artımı ehtimalını aşağı sala bilər. Satışların artımı əsasən qiymətlərindən qaynaqlanarsa, bunu istehlakın geniş şəkildə güclənməsi kimi qiymətləndirmək düzgün olmaz.

18 noyabrda açıqlanacaq protokol 27-28 oktyabr iclasına aiddir. Həmin iclasda FED faizi 3.75-4.00% aralığında saxladı, iki üzv isə 25 baza bəndlik artımı dəstəklədi. Protokol sərtləşməyə dəstəyin nə qədər geniş olduğunu göstərə bilər. Lakin iclas son inflyasiya məlumatlarından əvvəl keçirildiyinə görə yeni göstəricilər və FED rəsmilərinin açıqlamaları dekabr gözləntiləri üçün daha aktual olacaq.

16 noyabr

21:00 – FED-in rəhbəri K.Vorşun çıxışı

17 noyabr

17:30 – Pərakəndə satış həcmi (aylıq) (oktyabr)
17:30 – Pərakəndə satışın baza indeksi (aylıq) (oktyabr)

18 noyabr

19:30 – Xam neft ehtiyatları
23:00 – Federal Açıq Bazar Komitəsinin (FOMC) protokollarının dərci

19 noyabr

17:30 – Filadelfiya FED-inin istehsal aktivliyinin indeksi (noyabr)
17:30 – İşsizlik müavinətləri üzrə ilkin müraciətlərin sayı

Avrozona

Avrozona iqtisadiyyatı üçüncü rübdə əvvəlki rüblə müqayisədə 0.4%, illik müqayisədə isə 1.3% artıb. Oktyabr üzrə ilkin qiymətləndirmədə illik inflyasiya 3.8%-dən 4.0%-ə yüksəlib, enerji qiymətləri isə illik 20.8% artıb. Bu fərq vacibdir. Enerji bahalaşması ümumi inflyasiyanı yüksəldir, amma qiymət artımının digər sahələrə nə qədər yayıldığını anlamaq üçün xidmət qiymətləri ayrıca izlənilməlidir.

Almaniya üzrə ZEW iqtisadi gözləntilər indeksi, Avrozonanın yekun inflyasiya göstəricisi və Avropa Mərkəzi Bankının açıqlamaları avronun istiqamətinə təsir edə bilər. EUR/USD həftəyə 1.1000 dəstək xəttinə başlayıb. 1.1105-1.1110 zonasının üzərinə qayıdış qısamüddətli bərpanı gücləndirə bilər. 1.1000 səviyyəsindən aşağı bağlanış isə 1.0950 istiqamətində eniş riskini artırar.

18 noyabr

14:00 – Avrozonada istehlak qiymətləri indeksi (illik) (oktyabr)

Cari həftənin gözləntiləri:

  • Artım hədəfləri: 1.1110; 1.1170; 1.1250
  • Eniş hədəfləri: 1.1000; 1.0950; 1.0900

Neft

Brent və WTI ötən həftəni təxminən 2.5% enişlə, müvafiq olaraq 95.84 və 88.56 dollar səviyyəsində başa vurdu. Hörmüz boğazında daşımalar böyük ölçüdə bərpa olunsa da, həftəsonu baş verən tanker insidentləri bu bərpanın kövrək olduğunu göstərdi. Eyni zamanda, IV rübdə qlobal təklifin tələbi gündə təxminən 1.7 milyon barel üstələyəcəyi gözlənilir. Çində neft email, həcminin oktyabrda əvvəlki aya nisbətən 2% azalması da tələb tərəfdən güclü dəstək olmadığını göstərir.

Brent üçün 97.10 dollar ilk müqavimətdir. Hörmüzdəki insidentlər ixrac həcminə ciddi təsir etməzsə, 100 dolların üzərində davamlı yüksəliş çətin görünür. 94.50 dolların aşağı qırılması 92 dolları, daha sonra ötən həftənin 89.15 dollar minimumunu gündəmə gətirə bilər.

WTI üçün əsas müqavimət 90 dollardır. ABŞ-də son hesabatda kommersiya xam neft ehtiyatları 4.7 milyon barel artaraq təxminən 414.4 milyon barelə çatıb. 18 noyabr hesabatında ehtiyatların yenidən artması WTI üzərində təzyiqi gücləndirə bilər. Əksinə, ehtiyatlar azalarsa və qiymət 90 dolların üzərində möhkəmlənərsə, 92.40 dollar istiqamətində bərpa mümkün olar.

Cari həftənin gözləntiləri (Brent):

  • Artım hədəfləri: 97.10; 100.00; 102.55
  • Eniş hədəfləri: 94.50; 92.00; 89.15

Cari həftənin gözləntiləri (WTI):

  • Artım hədəfləri: 90.00; 92.40; 95.00
  • Eniş hədəfləri: 88.00; 85.30; 84.50

Qızıl

Qızıl ötən həftə 4,100 dolların üzərindən 3,900 dolların altına düşdü. Bazar ertəsi isə 3,850 dollar səviyyəsindən də aşağı gerilədi. Əsas səbəb dolların güclənməsi və ABŞ istiqraz gəlirliliklərinin yüksəlməsidir. İstiqrazlar daha yüksək gəlir təklif etdikdə investorların bir hissəsi qızıl əvəzinə onlara üstünlük verir.

ABŞ pərakəndə satışlarının zəif olması və istiqraz gəlirliliklərinin azalması qızılın əvvəlcə 3,900, sonra 3,950 dollara doğru bərpasına şərait yarada bilər. Güclü satış göstəricisi və sərt FED açıqlamaları isə qiymət üzərində təzyiqi saxlaya bilər. 3,820-3,800 dollar zonası yaxın dəstəkdir. Bu zona itirilərsə, 3,720 dollar daha dərin eniş ssenarisində önə çıxa bilər.

Cari həftənin gözləntiləri:

  • Artım hədəfləri: 3,900; 3,950; 4,000
  • Eniş hədəfləri: 3,820; 3,800; 3,720

https://t.me/unicapitalaz

Ətraflı məlumat üçün sorğu göndərin

Sizin sorğunuz uğurla göndərildi.

Foreks bazarının həftəlik təqvimi və analitikası 16.11.2026 - 22.11.2026

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi.

Foreks bazarının həftəlik təqvimi və analitikası 16.11.2026 - 22.11.2026

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi.

Foreks bazarının həftəlik təqvimi və analitikası 16.11.2026 - 22.11.2026

Təşəkkür edirik!

Sorğunuz uğurla göndərildi.