Foreks bazarının həftəlik təqvimi və analitikası 17.02.025 -23.02.2025

UForexcari həftənin mühüm xəbərlərini nəzərinizə çatdırır:
Trampın yeni tarif təzyiqləri fonunda Avrozonada cavab tədbirləri ilə bağlı görüşlər intensivləşir.
Rusiya-Ukrayna müharibəsi ilə bağlı ABŞ və Rusiya arasında gedən nikbin danışıqlar, neft tədarükünün artmasına gətirib çıxara bilər.
Tarifin qeyri-müəyyənliyi fonunda sarı metal dəyər qazanır, analitiklər isə qızılın qiymətinin 3000 səviyyəsinə çatması ehtimalını yüksək dəyərləndirir.
Böyük Britaniyanın məşğulluq və inflyasiya məlumatları ərəfəsindəki qeyri-müəyyənliyin fonunda funt sterlinq rəqibləri qarşısında sabit qalır.
ABŞ Siyahıyaalma Bürosu yanvar ayında pərakəndə satışların 0.9% azaldığını bildirdi.
Bu, dekabr ayında gözlənilən 0.1% azalma və əvvəlki ayın 0.7% artımından (0.4%-dən yenidən işlənmiş) daha pis nəticədir.
ABŞ Milli İqtisadi Şurasının (NEC) direktoru Kevin Hassett, ABŞ Xəzinədarlığının 10 illik gəlirliliyi ilə bağlı şərh verib.
ABŞ Prezidenti Donald Tramp, rəsmilərə ABŞ idxalına vergi tətbiq edən ölkələr üçün qarşılıqlı tariflərlə bağlı planlar hazırlamağı tapşırıb.
Əlavə olaraq, Tramp avtomobillərə tətbiq olunan rüsumların aprelin 2-dən tətbiq olunacağı ilə hədələdi,
bu da qlobal ticarət müharibəsi ilə bağlı narahatlıqları artırdı.
Bundan başqa, ABŞ və Rusiya rəsmilərinin Səudiyyə Ərəbistanında danışıqlar aparması gözlənilir.
Bu, risk mövqeyini azaldaraq dollara olan tələbatın artmasına səbəb ola bilər.
19 fevral
23:00 – Federal Açıq Bazar Komitəsinin (FOMC) protokollarının dərci
20 fevral
17:30 – ABŞ-də işsizlik müavinətləri üzrə ilkin müraciətlərin sayı
17:30 – Filadelfiya FED-inin istehsal aktivliyinin indeksi (fevral)
20:00 – ABŞ-də xam neft ehtiyatları
21 fevral
18:45 – ABŞ-də istehsal sektorunda biznes aktivliyinin indeksi (PMI) (fevral)
18:45 – ABŞ-də xidmət sektorunda biznes aktivliyinin indeksi (PMI) (fevral)
19:00 – ABŞ-də təkrar mənzil bazarında satışlar (yanvar)
ABŞ Prezidenti Donald Tramp bazar günü Avropa Birliyinin standartlara uyğun hazırlanmış qidaların
idxalını əngəlləmək barədə olan iddialarını rədd etdi və bildirdi ki, belə bir addım yalnız Avropanın özünə zərər verəcək.
Financial Times bazar günü xəbər verdi ki, Avropa Komissiyası gələn həftə Trampın qarşılıqlı ticarət siyasətini əks etdirərək,
fermerlərini qorumaq məqsədilə bəzi qidalar üçün sərt idxal məhdudiyyətlərini nəzərdən keçirəcək.
Trampın martın 12-dən etibarən polad və alüminiuma 25% rüsum tətbiq etməsindən sonra ABŞ ilə Aİ arasında gərginlik artıb.
Apreldən etibarən qarşılıqlı tariflər və avtomobillər, dərman preparatları, yarımkeçirici çiplər üçün əlavə tariflər tətbiq olunacaq.
Avropa Komissiyası bildirib ki, Avropa Ticarət Komissarı Maros Şefçoviçin yeni ticarət siyasəti ilə bağlı
ABŞ rəsmiləri ilə görüşmək üçün bazar ertəsi Vaşinqtona gedəcəyi gözlənilir.
Cari həftənin gözləntiləri:
- Artım hədəfləri: 1.0541; 1.0616; 1.0684
- Eniş hədəfləri: 1.0348; 1.0215; 1.0117
Böyük Britaniyanın gözləniləndən daha yaxşı ÜDM nəticələri funt sterlinqə (GBP) müəyyən dəstək verir.
Cümə axşamı Böyük Britaniya Milli Statistika İdarəsinin (ONS) ilkin hesablamalarına görə,
2024-cü ilin dördüncü rübündə (4-cü rüb) Böyük Britaniya iqtisadiyyatı 0,1% artaraq gözləntiləri üstələdi.
Treyderlər müvafiq olaraq, çərşənbə axşamı və çərşənbə günü dərc olunacaq Böyük Britaniya əmək bazarı məlumatlarını
və İstehlak Qiymətləri İndeksi (CPI) inflyasiya məlumatlarını izləyəcəklər. Bu hesabatlar,
İngiltərə Bankının (BoE) mart ayındakı iclasında faiz dərəcələrini endirib-endirməyəcəyinə dair bəzi ipucları verə bilər.
Qeyd edək ki, BoE bu yaxınlarda əsas borclanma dərəcəsini 25 baza bəndi azaldaraq fevralın 6-da 4,5%-ə endirdi.
19 fevral
11:00 – Böyük Britaniyada istehlak qiymətləri indeksi (yanvar)
Cari həftənin gözləntiləri:
- Artım hədəfləri: 1.2672; 1.2710; 1.2843
- Eniş hədəfləri: 1.2396; 1.2038; 1.1885
Prezident Trampın keçən həftə elan etdiyi tariflər, iqtisadi artımın zəifləməsi və xam neftə olan
tələbin azalması ilə bağlı qlobal ticarət müharibəsi narahatlıqlarını yenidən gündəmə gətirib.
Analitiklər xəbərdarlıq edirlər ki, ABŞ və ticarət tərəfdaşları, xüsusən də Çin arasında artan ticarət gərginliyi,
qlobal enerji bazarlarına ciddi təsir göstərə bilər.
Bu arada, Tramp bazar günü bildirib ki, o, Ukrayna müharibəsinin sona çatmasını müzakirə etmək üçün
yaxın zamanda rusiyalı həmkarı Vladimir Putinlə görüşə bilər.
O, sülh səylərini vurğulayaraq, hər iki liderin döyüşləri dayandırmaq istədiyinə inanır.
Bu bəyanat bazarda pessimizmi artırıb.
Münaqişənin həlli, Rusiyanın neft ixracına qarşı tətbiq olunan sanksiyaların ləğv edilməsinə və
bu yolla qlobal tədarükün artmasına gətirib çıxara bilər.
Rusiya, dünyanın ən böyük neft istehsalçılarından biridir və onun ixracında əhəmiyyətli bir artım,
bu ilin əvvəlində OPEC+ tərəfindən həyata keçirilən tədarük ixtisarını kompensasiya edə bilər.
Cari həftənin gözləntiləri: (WTI)
- Artım hədəfləri: 73.72;75.95; 79.07
- Eniş hədəfləri: 69.82; 68.43; 66.58
Cari həftənin gözləntiləri: (Brent)
- Artım hədəfləri: 78.46; 80.23; 82.97
- Eniş hədəfləri: 73.62; 71.44; 70.25
ABŞ Dolları dekabrın 17-dən bəri ən aşağı səviyyələrə yaxınlaşır.
Bu, ABŞ Prezidenti Donald Trampın tariflər səbəbilə qlobal ticarət müharibəsi yaratma ehtimalı ilə bağlı narahatlıqların artması
və təhlükəsiz liman kimi qızılın daha da yüksəlməsi ilə əlaqədar əsas faktorlardan biridir.
Eyni zamanda, Federal Ehtiyat Sistemi (FED) faiz dərəcələrini uzun müddət saxlayacağı və
şahin mövqeyini qoruyacağına dair artan bazar gözləntiləri, ABŞ dollarının düşüşünü məhdudlaşdırmağa kömək edir.
ABŞ və Rusiya arasında Ukraynada müharibənin sona çatdırılmasına dair nikbin gözləntilər və
ümumilikdə müsbət risk mövqeyi, qızılın qiymətinin azalmasına səbəb olur.
Bununla yanaşı, qısa müddətli perspektiv hələ də “buğaların” lehinədir və
XAU/USD cütünün qiymətinin daha da yüksəlməsi ehtimalını dəstəkləyir.
Cari həftənin gözləntiləri:
- Artım hədəfləri: 2915.32; 2928.68; 2941.46;
- Eniş hədəfləri: 2866.12; 2846.09; 2819.98;
Valyuta bazarında baş verən ən son yeniliklərdən xəbərdar olmaq üçün bizi “Telegram” kanalımızda izləyin!
Ətraflı məlumat üçün sorğu göndərin
Sizin sorğunuz uğurla göndərildi.
© 2025 Unicapital İnvestisiya Şirkəti ASC.
Bütün hüquqlar qorunur.