Foreks bazarının həftəlik təqvimi və analitikası 20.10.2025 - 26.10.2025

UForexcari həftənin mühüm xəbərlərini nəzərinizə çatdırır:
Keçən həftə qlobal maliyyə bazarlarında diqqət əsasən ABŞ-də hökumətin fəaliyyətinin
dayandırılması ehtimalına, ABŞ ilə Çin arasında ticarət münasibətlərində artan gərginliyə
və investorların ABŞ-də inflyasiya ilə bağlı gözləntilərinə yönəlib. EUR/USD cütlüyü zəif
dollar fonunda möhkəmlənsə də, 1.17 səviyyəsini qırmaqda çətinlik çəkdi. Qızıl tarixi
maksimumlara çatdıqdan sonra həftəsonuna yaxın korreksiya etdi. Neft qiymətləri isə
yüksək təklif və zəif tələbin təsiri ilə eniş trayektoriyasını qorudu.
Bu həftə diqqət mərkəzində ABŞ-də CPI (İstehlak Qiymətləri İndeksi) və S&P Global PMI-ləri,
həmçinin ABŞ-Çin danışıqları olacaq. ABŞ hökumətinin fəaliyyətsiz qalması iqtisadi məlumat axınını
məhdudlaşdırsa da, CPI-nin açıqlanması bazarlarda istiqaməti müəyyən edəcək əsas hadisə
kimi görünür. İnflyasiya gözləntiləri və FED-in mümkün faiz endirimi qərarları investor davranışını
formalaşdıracaq. Avrozona üzrə diqqətlər isə Avropa Mərkəzi Bankının rəsmilərinin çıxışlarına və
Almaniyanın istehsal göstəricilərinə yönələcək.
ABŞ dolları ötən həftəni zəifləmə ilə tamamladı, çünki investorlar ilin sonuna qədər daha iki faiz endirimi
gözləyirlər. FED-in sədri Cerom Pauel iqtisadi yavaşlamanı etiraf edərək pul siyasətində ehtiyatlı,
lakin yumşaldıcı mövqeni qorudu. ABŞ hökumətinin fəaliyyəti dayandırılması artıq tarixdə ikinci
ən uzunmüddətli dayanmaya çevrilib və bu, bazarlarda narahatlığın artmasına səbəb olur.
Ticarət sahəsində Trampın Çin idxalına 100%-lik rüsum tətbiq etmək hədələri və Pekinin nadir
metallar üzərində nəzarəti gücləndirməsi ABŞ dollarına təzyiq yaradır. Bu həftə oktyabrın
24-də açıqlanacaq CPI və S&P Global PMI-ləri dolların istiqamətini müəyyən edəcək.
Əgər inflyasiya 0.5%-dən yüksək olarsa, FED-in dekabr endirimi ehtimalı
zəifləyəcək və dollar güclənə bilər, əks halda dollar təzyiq altında qalacaq.
22 oktyabr
18:30 – Xam neft ehtiyatlar
23 oktyabr
16:30 – İşsizlik müavinətləri üzrə ilkin müraciətlərin sayı
18:00 – Təkrar mənzil bazarında satışlar (sentyabr)
24 oktyabr
16:30 USD – ABŞ-də istehlak qiymətlərinin baza indeksi (sentyabr)
16:30 USD – ABŞ-də istehlak qiymətlərinin indeksi (illik) (sentyabr)
16:30 USD – ABŞ-də istehlak qiymətlərinin indeksi (aylıq) (sentyabr)
17:45 USD – ABŞ-də istehsal sektorunda biznes aktivliyinin indeksi (PMI) (oktyabr)
17:45 USD – ABŞ-də xidmət sektorunda biznes aktivliyinin indeksi (PMI) (oktyabr)
18:00 USD – ABŞ-də yeni mənzil satışları (sentyabr)
Avrozonanın iqtisadi göstəriciləri sabit qalsa da, zəif artım templəri nümayiş etdirir. Almaniyanın
sentyabr ayı üzrə istehsalçı qiymətləri indeksi (PPI) və avrozonanın cari hesab göstəriciləri bazar
əhvali-ruhiyyəsinə təsir göstərəcək. AMB-nin prezidenti Kristin Laqard faiz dərəcələrinin
“münasib səviyyədə” olduğunu bildirsə də, bəzi üzvlər iqtisadi artım risklərinin yüksəldiyini vurğulayır.
Həftənin əsas hadisələri - avrozonada istehsal və xidmət PMI-ləri, həmçinin istehlakçı güvən indeksi olacaq.
Əgər göstəricilər gözləntilərdən zəif olarsa, EUR/USD yenidən təzyiq altına düşə bilər. Lakin ABŞ-dəkı hökumət
böhranı və potensial faiz endirimi ehtimalları avroya qısamüddətli dəstək verə bilər.
Cari həftənin gözləntiləri:
- Artım hədəfləri: 1.1728; 1.1830; 1.1918
- Eniş hədəfləri: 1.1640; 1.1520; 1.1390
WTI markalı neftin qiyməti keçən həftə 60 dollar həddini qısamüddətli sınaqdan keçirsə də,
həftəsonuna 57.20 səviyyəsinə enib. Təklif bolluğu və zəif tələbat neft bazarındakı əsas mənfi
faktor olaraq qalır. Əgər qiymət 57.00 səviyyəsindən aşağıda qalsa, spekulyativ satışların artması
mümkündür. WTI üçün dəstək zonası 56.20-57.00, müqavimət isə 58.00-59.00 səviyyələridir.
Brent nefti də 61.40 ətrafında həftəni bağladı. Texniki baxımdan qiymətlər hələ də eniş kanalındadır.
Əgər 64.75 səviyyəsi test olunub qırıla bilməzsə, 52.65-ə qədər yeni eniş dalğası mümkündür.
Bununla belə, 74.45 səviyyəsinin qırılması halında orta müddətli artım tendensiyasına keçid baş verə bilər.
Cari həftənin gözləntiləri (Brent):
- Artım hədəfləri: 64.75; 74.45; 85.05
- Eniş hədəfləri: 59.65; 52.65; 49.80
Cari həftənin gözləntiləri (WTI):
- Artım hədəfləri: 58.00; 59.00; 60.80
- Eniş hədəfləri: 56.00; 56.20; 54.90
Qızıl ötən həftə 4,370 dollar səviyyəsində yeni tarixi zirvəyə qalxdı, lakin həftəsonuna doğru
mənfəət götürülməsi ilə 4,300 dolların altına eniş etdi. ABŞ-Çin münasibətlərindəki gərginlik,
ABŞ hökumətinin fəaliyyətinin dayandırılması ehtimalı və aşağı istiqamətli istiqraz gəlirləri qızıla dəstək verir.
Bu həftə inflyasiya göstəriciləri və ABŞ-Çin danışıqlarına əsasən qızılın istiqaməti müəyyənləşəcək.
İnflyasiya 0.5%-dən yuxarı olsa, dolların möhkəmlənməsi ilə qızıl aşağı təzyiqə düşə bilər. Əks halda,
riskdən qaçış meyli qızılın yenidən 4,400 və 4,500 dollar səviyyələrini test etməsinə səbəb ola bilər.
Cari həftənin gözləntiləri:
- Artım hədəfləri: 4,400; 4,500; 4,600
- Eniş hədəfləri: 4,080; 3,960; 3,800
Valyuta bazarında baş verən ən son yeniliklərdən xəbərdar olmaq üçün bizi “Telegram” kanalımızda izləyin!
Ətraflı məlumat üçün sorğu göndərin
Sizin sorğunuz uğurla göndərildi.
© 2025 Unicapital İnvestisiya Şirkəti ASC.
Bütün hüquqlar qorunur.