Foreks bazarının həftəlik təqvimi və analitikası 21.09.2026 - 27.09.2026

UForex cari həftənin mühüm xəbərlərini nəzərinizə çatdırır:

Ötən həftə qlobal bazarlarda əsas hadisə ABŞ Federal Ehtiyat Sisteminin (FED) faiz dərəcəsini 25 baza bəndi artıraraq 3.75-4.00% intervalına yüksəltməsi oldu. FED-in yenilənmiş proqnozları ilin sonuna qədər daha bir faiz artımının mümkün olduğunu göstərdi. Bu qərar ABŞ dollarını gücləndirdi və EUR/USD cütlüyünü son həftələrin minimumlarına endirdi.

Bununla belə, həftənin ikinci yarısında neft qiymətlərinin geriləməsi inflyasiya ilə bağlı narahatlıqları müəyyən qədər azaltdı. ABŞ istiqraz gəlirliliklərinin aşağı düşməsi qızılın əvvəlki itkilərinin bir hissəsini bərpa etməsinə şərait yaratdı.

Cari həftədə əsas diqqət ABŞ və Avrozonanın sentyabr ayı üzrə ilkin PMI göstəricilərinə, FED rəsmilərinin çıxışlarına və ABŞ istehlakçılarının iqtisadi gözləntilərinə yönələcək. İnvestorlar son faiz artımından sonra iqtisadi aktivliyin və inflyasiya təzyiqlərinin hansı istiqamətdə dəyişdiyini qiymətləndirəcəklər.

Neft bazarında isə əsas mövzu ABŞ-İran münasibətlərində mümkün diplomatik irəliləyiş və Hörmüz boğazından daşımaların vəziyyətidir. Həftənin əvvəlində Brent 102 dollar, WTI isə 98 dollar ətrafına geriləyib. Geosiyasi gərginliyin azalması neftin daha da ucuzlaşmasına səbəb ola bilər. Əksinə, enerji infrastrukturu və neft daşıyan tankerlərə yeni hücumlar qiymətləri yenidən yüksəldə bilər.

ABŞ

ABŞ-də FED-in sentyabr qərarı göstərdi ki, inflyasiya ilə mübarizə hələ də mərkəzi bankın əsas prioritetidir. Faizlərin artırılmasına baxmayaraq, FED ilin sonuna qədər əlavə sərtləşmə ehtimalını açıq saxlayıb. Bu, ABŞ dolları üçün əsas dəstək olaraq qalır.

Digər tərəfdən, yüksək faizlər və enerji qiymətləri ABŞ iqtisadiyyatının müxtəlif sahələrinə təzyiq göstərir. İstehlakçı əhvalının ilkin sentyabr göstəricisi 47.8-ə enib, qarşıdakı bir il üzrə inflyasiya gözləntiləri isə 4.6%-ə yüksəlib. Bu məlumatlar yüksək qiymətlərin əhalinin iqtisadi gözləntilərinə mənfi təsir etdiyini göstərir.

Cari həftədə İstehsal və Xidmət sektorları üzrə ilkin PMI göstəriciləri iqtisadi aktivliyin vəziyyətini qiymətləndirmək baxımından mühüm olacaq. Xüsusilə müəssisələrin qiymət və məşğulluqla bağlı məlumatları FED-in gələcək qərarlarına dair əlavə siqnallar verə bilər.

PMI göstəricilərinin güclü olması və qiymət təzyiqlərinin davam etməsi dolların möhkəmlənməsini dəstəkləyə bilər. Əksinə, biznes aktivliyinin zəifləməsi bazarda əlavə faiz artımlarının iqtisadiyyata təsiri ilə bağlı narahatlıqları gücləndirə bilər.

Dollar İndeksi üçün 100.50 səviyyəsi əsas yaxın müqavimət olaraq qalır. Bu səviyyənin üzərində möhkəmlənmə yüksəlişi 101.00 istiqamətində davam etdirə bilər. Aşağı istiqamətdə isə 100.00 və 99.50 səviyyələri izləniləcək.

23 sentyabr

17:45 – İstehsal sektorunda biznes aktivliyinin indeksi (PMI) (sentyabr)
17:45 – Xidmət sektorunda biznes aktivliyinin indeksi (PMI) (sentyabr)
18:30 – Xam neft ehtiyatları

24 sentyabr

16:30 – İişsizlik müavinətləri üzrə ilkin müraciətlərin sayı
18:00 – Yeni mənzil satışları (avqust)

Avrozona

EUR/USD ötən həftə ABŞ dollarının güclənməsi fonunda 1.1450 səviyyəsinə qədər geriləyib və həftəni 1.1500-ün altında başa vurub. Avropa Mərkəzi Bankının (AMB) əvvəlki həftə faizləri artırmasına baxmayaraq, FED-in daha sərt mesajları dolların üstünlüyünü qoruyub.

Avrozonada əsas problem enerji qiymətlərinin yüksək qalması və bunun iqtisadi artıma təsiridir. Neftin bahalaşması istehsal və nəqliyyat xərclərini artıraraq inflyasiyaya təzyiq göstərir. Eyni zamanda, yüksək enerji xərcləri müəssisələrin fəaliyyətini zəiflədə bilər.

Cari həftədə Almaniya və Avrozona üzrə İstehsal və Xidmət sektorları üzrə ilkin PMI göstəriciləri açıqlanacaq. Biznes aktivliyində yaxşılaşma avroya dəstək verə bilər. Göstəricilərin zəifləməsi isə Avrozona iqtisadiyyatının yüksək faizlərə və enerji xərclərinə qarşı həssaslığını yenidən gündəmə gətirəcək.

Texniki baxımdan EUR/USD üçün 1.1540-1.1550 zonası əsas yaxın müqavimətdir. Bu səviyyənin üzərində möhkəmlənmə 1.1600 və 1.1630 istiqamətində bərpaya şərait yarada bilər.

Aşağı istiqamətdə 1.1450 əsas dəstək olaraq qalır. Bu səviyyənin aşağı istiqamətdə qırılması 1.1400 və daha sonra 1.1350 zonasına doğru eniş riskini artıracaq.

Cari həftədə EUR/USD üçün əsas istiqamət ABŞ və Avrozona üzrə PMI göstəriciləri, həmçinin FED və AMB rəsmilərinin açıqlamaları ilə müəyyənləşəcək.

24 sentyabr

11:30 – İsveçrə Mərkəzi Bankının faiz dərəcəsi ilə bağlı qərarı (3-cü rüb)
12:30 – İsveçrə Mərkəzi Bankının mətbuat konfransı

Cari həftənin gözləntiləri:

  • Artım hədəfləri: 1.1545; 1.1600; 1.1630
  • Eniş hədəfləri: 1.1450; 1.1400; 1.1350

Neft

Neft bazarında ötən həftə qiymətlər yüksək dəyişkənlik nümayiş etdirib. Yaxın Şərqdə enerji infrastrukturu və tanker daşımalarına qarşı hücumlar təchizat risklərini artırsa da, diplomatik danışıqların bərpası ehtimalı və Səudiyyə Ərəbistanının ixrac imkanlarının yaxşılaşması qiymətləri aşağı çəkib.

Hörmüz boğazından gəmi hərəkəti hələ də müharibədən əvvəlki səviyyədən xeyli aşağıdır. Bununla belə, bəzi tankerlərin izləmə sistemlərini söndürərək hərəkət etməsi və alternativ daşınma üsullarından istifadə edilməsi neft ixracının davam etməsinə imkan yaradır. Səudiyyə Ərəbistanının gündəlik ixracının sentyabrda 4 milyon barelin üzərinə bərpa olunması da təchizatla bağlı narahatlıqları müəyyən qədər azaldıb.

Bu səbəbdən cari həftədə əsas məsələ geosiyasi açıqlamaların real neft təchizatına nə dərəcədə təsir göstərməsi olacaq. ABŞ və İran arasında danışıqların bərpası qiymətlərdə korreksiyanı davam etdirə bilər. Yeni hərbi eskalasiya isə Brent və WTI-də sürətli yüksəliş yarada bilər.

Brent

Brent həftənin əvvəlində 102 dollar ətrafına geriləyib. Qiymətin 100 dollar səviyyəsinə yaxınlaşması bazarın geosiyasi risklərin bir hissəsini qiymətlərdən çıxardığını göstərir.

100 dollar hazırda əsas psixoloji və texniki dəstəkdir. Qiymət bu səviyyənin üzərində qaldığı müddətdə 105 dollar istiqamətində bərpa mümkündür. 105 dolların yuxarı qırılması 108 və daha sonra 110 dollar səviyyələrini gündəmə gətirə bilər.

Əksinə, diplomatik irəliləyiş və neft daşımalarının bərpası qiyməti 100 dolların altına sala bilər. Bu halda 98 və 95 dollar növbəti dəstək zonaları olacaq.

Cari həftənin gözləntiləri (Brent):

  • Artım hədəfləri: 105.00; 108.00; 110.00
  • Eniş hədəfləri: 100.00; 98.00; 95.00

WTI

WTI həftənin əvvəlində 100 dolların altına geriləyərək 98 dollar ətrafında ticarət olunur. Qiymətin aşağı düşməsində neft təchizatının bərpası ilə bağlı gözləntilər və Yaxın Şərqdə diplomatik irəliləyiş ehtimalı mühüm rol oynayır.

WTI üçün 100 dollar yaxın müddətdə əsas müqavimətə çevrilib. Qiymətin bu səviyyənin üzərinə qayıtması 103 və 105 dollar istiqamətində bərpa yüksəlişinə şərait yarada bilər.

Aşağı istiqamətdə 98 dollar ilk mühüm dəstəkdir. Bu səviyyənin aşağı istiqamətdə qırılması 95 və daha sonra 92 dollar zonasına doğru korreksiya riskini artıracaq.

Cari həftədə ABŞ neft ehtiyatları hesabatı da WTI üçün əhəmiyyətli olacaq. Ehtiyatların artması qiymətlər üzərində əlavə təzyiq yarada bilər. Ehtiyatların azalması isə bazarda mövcud təchizat riskləri ilə birlikdə qiymətlərin bərpasını dəstəkləyə bilər.

Cari həftənin gözləntiləri (WTI):

  • Artım hədəfləri: 100.00; 103.00; 105.00
  • Eniş hədəfləri: 98.00; 95.00; 92.00

Qızıl

Qızıl ötən həftənin əvvəlində FED-in sərt faiz qərarı fonunda 4,235 dollar səviyyəsinə qədər geriləsə də, sonradan bərpa olunaraq 4,400 dollar zonasını yoxlayıb. Neft qiymətlərinin azalması və ABŞ istiqraz gəlirliliklərinin geriləməsi qiymətli metalın əvvəlki itkilərinin bir hissəsini bərpa etməsinə şərait yaradıb.

Bununla belə, qızıl üzrə davamlı yüksəliş hələ təsdiqlənməyib. FED-in əlavə faiz artımı ehtimalını açıq saxlaması dolları dəstəkləyir və qızılın yüksəlişini məhdudlaşdırır.

Cari həftədə qızıl üçün əsas faktorlar neft qiymətləri, ABŞ istiqraz gəlirlilikləri və FED rəsmilərinin açıqlamaları olacaq. Neftin ucuzlaşması inflyasiya narahatlıqlarını azaldaraq qızıla dəstək verə bilər. Əksinə, enerji qiymətlərinin yenidən yüksəlməsi və FED-in sərt mövqeyinin güclənməsi qiymətli metal üzərində satış təzyiqini artıra bilər.

Texniki baxımdan 4,400 dollar əsas yaxın müqavimətdir. Qiymət bu səviyyənin üzərində möhkəmlənərsə, 4,450 və daha sonra 4,540 dollar istiqamətində yüksəliş mümkündür.

Aşağı istiqamətdə 4,320 dollar ilk əsas dəstəkdir. Bu səviyyənin aşağı doğru qırılması 4,270 və daha sonra 4,235 dollar zonasını gündəmə gətirə bilər.

Cari həftənin gözləntiləri:

  • Artım hədəfləri: 4,400; 4,450; 4,540
  • Eniş hədəfləri: 4,320; 4,270; 4,235

https://t.me/unicapital_investment

Ətraflı məlumat üçün sorğu göndərin

Sizin sorğunuz uğurla göndərildi.

Foreks bazarının həftəlik təqvimi və analitikası 21.09.2026 - 27.09.2026

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi.

Foreks bazarının həftəlik təqvimi və analitikası 21.09.2026 - 27.09.2026

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi.

UForex-də güzəştli ticarət şərtlərini kəşf edin!

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi

Foreks bazarının həftəlik təqvimi və analitikası 21.09.2026 - 27.09.2026

Təşəkkür edirik!

Sorğunuz uğurla göndərildi.