Foreks bazarının həftəlik təqvimi və analitikası 22.01.2024 - 28.01.2024

UForexcari həftənin mühüm xəbərlərini Sizin nəzərinizə çatdırır:

Avrozona

25 yanvar

17:15 – Uçot faiz dərəcəsi ilə bağlı açıqlama;

17:45 – AMB-nın mətbuat konfransı.

Avro ötən həftə neytrallığını qoruyub saxlayıb.

Cari həftə avro diqqət mərkəzində olacaq.

Belə ki, AMB faiz dərəcəsi ilə bağlı qərarını açıqlayacaq.

Bank rəsmiləri mətbuat konfransında açıqlamalarında diqqətli olmalıdırlar.

Proqnozlara görə, bu toplantıda faiz dərəcəsi endirilməsə də,

bank bu istiqmətində atacağı addımlarda diqqətli olmalıdır.

Cari həftənin gözləntiləri:

- Artım hədəfləri: 1.1000, 1.1140

- Eniş hədəfləri: 1.0800, 1.0700

ABŞ

24 yanvar

18:45 – İstehsal sektorunda Biznes Aktivliyi İndeksi(yanvar);

18:45 – Xidmət sektorunda Biznes Aktivliyi İndeksi(yanvar);

19:30 – Xam neft ehtiyatları.

25 yanvar

17:30 – ÜDM göstəricisi (4-cü rüb);

17:30 – İşsizlik müavinətləri üzrə ilkin müraciətlərin sayı.

Dollar ötən həftə artıq 2-ci həftədir ki artım mövqeyini qoruyub saxlayır.

Belə ki, ötən həftə ərzində dollar 0.9% bahalaşıb.

2 illik xəzinə istiqrazlarının gəlirlilik faizi 4.4%-dək yüksəlib.

Valyutanı dəstəkləyən əsas səbəb açıqlanan iqtisadi göstəricilər iqtisadiyyatın dayanıqlığını sərgiləyir.

FES-in cari ildə ilk faiz azalmasına mart ayında gedə biləcəyi gözlənilir.

Cari həftənin gözləntiləri:

- Artım hədəfləri: 103.70, 104.30

- Eniş hədəfləri: 102.70, 101.50

Kanada

24 yanvar

19:00 – Uçot faiz dərəcəsi ilə bağlı açıqlama.

Kanada Dollarının dekabr ayı üçün inflyasiya göstəricilərinə reaksiyası ehtiyatlı olsa da,

dekabr ayı üçün pərakəndə satış həcminin yüksək olması valyutanı dəstəkləyib.

Cari həftə Kanada Bankı faiz dərəcəsinin qaldırılması ilə bağlı müzakirələrin gündəmdə olacaq.

Ehtimal olunur ki, bank hələ də gözləmə mövqeyini tutaraq hər hansı addım atacağı gözlənilmir.

Cari həftənin gözləntiləri:

- Artım hədəfləri: 1.3550, 1.3630

- Eniş hədəfləri: 1.3360, 1.3270

Qızıl

Hazırda dünyada davam edən geosiyasi qeyri-stabillik,

xüsusilə də Çin və Tayvan arasındakı gərginlik qızılın qiymətinin

yeni maksimumlara doğru yüksəlmə ehtimalını gücləndirir.

Bu da investorlar üçün qızılı daha cəlbedici edir.

Digər tərəfdən, qızıla Mərkəzi Banklar tərəfindən maraq davam etməkdədir.

Məsələn, 2023-cü il ərzində Rusiya Bankı qızıl ehtiyatını 2350 tona yüksəldib.

Ümumilikdə bu marağın 2024-cü ildə də artacağı gözlənilir.

Cari həftənin gözləntiləri:

- Artım hədəfləri: 2050.00, 2075.00

- Eniş hədəfləri: 2005.00, 1975.00

Neft

Yaxın şərqdəki gərginlik fonunda neft daşınmasında müəyyən problemlər yaranıb.

Belə ki, Səudiyyə Ərəbistan və İraqdan daşınan təqribən 9 mln barel neft Qırmızı dənizdən yan keçərək,

Afrikaya yaxın ərazilərdən dövr edərək daşınır ki, bu da daşınma məsafəsini uzadır.

Eyni zamanda mövcud situasiya yükdaşımalarda da mənfi təsirini göstərir, belə ki,

ərzaq və digər məhsulların daşınmasında yaranan ləngimələr ümumilikdə iqtisadiyyata təsirsiz ötüşmür.

Cari həftənin gözləntiləri: (Brent)

- Artım hədəfləri: 83.00, 88.00

- Eniş hədəfləri: 75.00, 72.00

Cari həftənin gözləntiləri: (WTI)

- Artım hədəfləri: 77.00, 82.00

- Eniş hədəfləri: 70.00, 67.00

Valyuta bazarında baş verən ən son yeniliklərdən xəbərdar olmaq üçün bizi “Telegram” kanalımızda izləyin!

https://t.me/uforex_az

Ətraflı məlumat üçün sorğu göndərin

Sizin sorğunuz uğurla göndərildi

Foreks bazarının həftəlik təqvimi və analitikası 22.01.2024 - 28.01.2024

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi

Foreks bazarının həftəlik təqvimi və analitikası 22.01.2024 - 28.01.2024

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi

"UTrader"də daha sərfəli komissiyalarla ticarətə başlayın!

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi

Foreks bazarının həftəlik təqvimi və analitikası 22.01.2024 - 28.01.2024

Təşəkkür edirik!

Sorğunuz uğurla göndərildi