Foreks bazarının həftəlik təqvimi və analitikası 22.06.2026 - 28.06.2026

UForex cari həftənin mühüm xəbərlərini nəzərinizə çatdırır:

Ötən həftə maliyyə bazarlarında əsas diqqət Federal Ehtiyat Sisteminin (FED) iyun iclasına, ABŞ və İran arasında əldə olunan memorandumun detallarına və qlobal inflyasiya perspektivlərinə yönəldi. FED faiz dərəcələrini dəyişməz saxladı, lakin yeni sədr Kevin Vorş inflyasiya ilə mübarizənin prioritet olaraq qaldığını vurğulayaraq bazara açıq şəkildə "higher-for-longer" mesajı verdi. Nəticədə ABŞ dolları son bir ilin ən yüksək səviyyələrinə yüksəldi, qızıl və EUR/USD isə təzyiq altında qaldı.

ABŞ və İran arasında memorandum imzalansa da, yekun razılaşma hələ əldə olunmayıb. Hörmüz boğazının fəaliyyəti, İranın nüvə proqramı və regiondakı geosiyasi vəziyyət bazarın əsas “driver”ləri olaraq qalır. Neft qiymətləri əvvəlki həftələrə nisbətən geriləsə də, bazar risklərin tam aradan qalxdığına hələ əmin deyil.

Bu həftə investorların əsas diqqəti ABŞ üzrə PCE inflyasiya göstəricisinə, ÜDM-in yekun qiymətləndirilməsinə, Avropa və ABŞ PMI indekslərinə, eləcə də FED və ECB rəsmilərinin çıxışlarına yönələcək. Yüksək volatilliyin davam etməsi gözlənilir.

ABŞ

ABŞ iqtisadiyyatı digər inkişaf etmiş iqtisadiyyatlarla müqayisədə daha dayanıqlı görünməyə davam edir. FED-in son proqnozları inflyasiyanın əvvəlki gözləntilərdən daha yüksək qalacağını göstərir. Eyni zamanda, pərakəndə satışlar və əmək bazarı göstəriciləri iqtisadi aktivliyin hələ də güclü olduğunu təsdiqləyir.

Kevin Vorşun rəhbərliyi altında keçirilən ilk FED iclası bazarın gözlədiyindən daha sərt oldu. FED faiz endirimləri ilə bağlı bütün yumşaq siqnalları aradan qaldırdı və inflyasiya hədəfə qayıdana qədər ehtiyatlı mövqenin qorunacağını bildirdi. Hazırda bazar sentyabr və ya ilin sonuna doğru əlavə faiz artımı ehtimalını qiymətləndirməyə başlayıb.

Bu həftə açıqlanacaq PCE inflyasiya göstəricisi və ÜDM məlumatları dolların növbəti istiqaməti üçün əsas müəyyənedici faktor olacaq. Güclü nəticələr dolları daha da dəstəkləyə bilər.

23 iyun
17:45 – Xidmət sektorunda biznes aktivliyinin indeksi (PMI) (iyun)
17:45 – İstehsal sektorunda biznes aktivliyinin indeksi (PMI) (iyun)

24 iyun
18:00 – Yeni mənzil satışları (may)
18:30 – Xam neft ehtiyatları

25 iyun
16:30 – Şəxsi istehlak xərcləri üzrə əsas qiymət indeksi (aylıq) (may)
16:30 – Şəxsi istehlak xərcləri üzrə əsas qiymət indeksi (illik) (may)
16:30 – ÜDM göstəricisi (rüblük) (1-ci rüb)
16:30 – İşsizlik müavinətləri üzrə ilkin müraciətlərin sayı

Avrozona

Avrozonada vəziyyət daha mürəkkəb olaraq qalır. ECB son iclasında faiz artımı etsə də, iqtisadi artımın zəifləməsi və biznes aktivliyinin aşağı səviyyədə qalması bazarın avroya münasibətini məhdudlaşdırır.

Son PMI göstəriciləri iqtisadi aktivliyin hələ də zəif olduğunu göstərir. Sənaye istehsalı və istehlak göstəriciləri də Avropa iqtisadiyyatının sürətli bərpa mərhələsində olmadığını təsdiqləyir. Bununla yanaşı, inflyasiya hələ də ECB-nin 2%-lik hədəfindən yüksəkdir.

İnvestorlar bu həftə Almaniyanın IFO indeksi, GfK istehlakçı etimadı və Avrozona üzrə ilkin PMI göstəricilərini diqqətlə izləyəcəklər. Zəif göstəricilər avro üzərində əlavə təzyiq yarada bilər.

Cari həftənin gözləntiləri:

  • Artım hədəfləri: 1.1500; 1.1580; 1.1670
  • Eniş hədəfləri: 1.1400; 1.1285; 1.1200

Neft

Neft bazarında əsas mövzu yenə də Yaxın Şərqdəki vəziyyət olaraq qalır. ABŞ və İran arasında memorandum imzalansa da, yekun sülh sazişi əldə olunmayıb. Hörmüz boğazının fəaliyyəti ilə bağlı qeyri-müəyyənlik bazarda risk mükafatının tam silinməsinə imkan vermir.

WTI və Brent qiymətləri son həftələrdə əhəmiyyətli şəkildə geriləsə də, bazar iştirakçıları regionda yeni eskalasiya risklərini nəzərə almaqda davam edirlər. ABŞ ehtiyatlarının azalması və qlobal təkliflə bağlı risklər də neft bazarını dəstəkləyən amillər sırasındadır.

Qısamüddətli perspektivdə əsas ssenari neft qiymətlərində dəyişkənliyin yüksək qalmasıdır. Əgər ABŞ-İran danışıqları irəliləyiş əldə edərsə və Hörmüz boğazı tam açıq qalarsa, Brent 75 dolların altına doğru hərəkət edə bilər. Əks halda geosiyasi risklər qiymətləri yenidən yüksəldə bilər.

Cari həftənin gözləntiləri (Brent):

  • Artım hədəfləri: 80.00; 90.00; 100.00
  • Eniş hədəfləri: 75.00; 70.00; 65.00

Cari həftənin gözləntiləri (WTI):

  • Artım hədəfləri: 80.00; 83.00; 85.00
  • Eniş hədəfləri: 74.00; 72.00; 70.00

Qızıl

Qızıl üçün əsas təzyiq mənbəyi FED-in sərt mövqeyi və ABŞ dollarının güclənməsi olaraq qalır. ABŞ və İran arasında gərginliyin müəyyən qədər azalması da təhlükəsiz liman aktivlərinə olan tələbi zəiflədib.

Bununla yanaşı, bazar hələ də geosiyasi riskləri tam qiymətlərdən çıxarmayıb. Hər hansı yeni eskalasiya və ya danışıqların pozulması qızılın yenidən dəstək tapmasına səbəb ola bilər. Digər tərəfdən yüksək faiz gözləntiləri və güclü dollar qızılın yüksəliş potensialını məhdudlaşdırır.

Bu həftə PCE inflyasiya göstəricisi qızıl üçün əsas katalizator olacaq. Gözləntilərdən yüksək nəticə qızıl üzərində əlavə təzyiq yarada bilər.

Cari həftənin gözləntiləri:

  • Artım hədəfləri: 4350; 4470; 4680
  • Eniş hədəfləri: 4050; 4000; 3900

https://t.me/unicapital_investment

Ətraflı məlumat üçün sorğu göndərin

Sizin sorğunuz uğurla göndərildi.

Foreks bazarının həftəlik təqvimi və analitikası 22.06.2026 - 28.06.2026

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi.

Foreks bazarının həftəlik təqvimi və analitikası 22.06.2026 - 28.06.2026

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi.

UForex-də güzəştli ticarət şərtlərini kəşf edin!

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi

Foreks bazarının həftəlik təqvimi və analitikası 22.06.2026 - 28.06.2026

Təşəkkür edirik!

Sorğunuz uğurla göndərildi.