Foreks bazarının həftəlik təqvimi və analitikası 25.05.2026 - 31.05.2026

UForex cari həftənin mühüm xəbərlərini nəzərinizə çatdırır:

Ötən həftə bazarların əsas diqqəti FED protokolları, ABŞ inflyasiya gözləntiləri və ABŞ-İran münasibətləri üzərində cəmləşdi. Dollar həftə ərzində tam güclü trend formalaşdırmasa da, bazar artıq FED-in yaxın zamanda yumşalma siyasətinə keçəcəyinə əvvəlki qədər inanmır. İnflyasiyanın yenidən sürətlənməsi, neft qiymətlərinin yüksək olaraq qalması və Yaxın Şərqdə davam edən qeyri-müəyyənlik ABŞ istiqraz gəlirliliklərini yüksək saxlayır və dolları dəstəkləyir.

Eyni zamanda, bazarda ABŞ-İran danışıqları ilə bağlı həm optimizm və həm də skeptisizm eyni vaxtda mövcuddur. Həftənin sonunda yayılan xəbərlər tərəflərin razılaşmaya yaxınlaşdığını göstərsə də, bazarda ehtiyatlı yanaşma qorunur. Hörmüz boğazı və uranın zənginləşdirilməsi məsələsi əsas fikir ayrılığı olaraq qalır. Buna baxmayaraq, neft qiymətlərində əvvəlki həftələrlə müqayisədə müəyyən stabilləşmə müşahidə olunur.

Hazırda bazar artıq bir şeyi daha aydın görür: inflyasiya ilə mübarizənin son mərhələsi əvvəl düşünüləndən daha çətin olacaq.

ABŞ

ABŞ iqtisadiyyatı hələ də kifayət qədər dayanıqlı görünür. Əmək bazarı zəifləsə də, FED üçün hələ kritik səviyyədə deyil. Son NFP hesabatına görə, iqtisadiyyat 115 min yeni iş yeri yaratdı, əməkhaqqı artımı isə 3.6%-ə yüksəldi. Bu isə daxili inflyasiya təzyiqlərinin hələ də yüksək qaldığını göstərir.

FED rəsmilərinin çıxışları ümumilikdə sərt monetar mövqenin davam etdiyini təsdiqlədi. Demək olar ki, bütün üzvlər inflyasiyanın əsas risk olaraq qaldığını və faiz endiriminin yaxın perspektivdə real görünmədiyini vurğuladılar. FOMC protokolları bazarın əvvəlki gözləntilərindən daha sərt mövqe ortaya qoydu. Bir çox üzv hətta yumşalma siqnallarının tam aradan qaldırılmasını dəstəkləyib.

Bu həftə əsas diqqət Core PCE göstəricisinə yönələcək. Əgər əsas PCE gözləntilərdən yüksək açıqlanarsa, bazar FED-in daha da sərtləşə biləcəyini qiymətləndirəcək. Bu isə dollar və istiqraz gəlirlilikləri üçün əlavə dəstək olacaq.

Hazırkı mərhələdə bazar artıq “FED faiz dərəcəsini endirəcəkmi?” sualından daha çox “FED nə qədər müddət sərt monetar siyasəti qoruyacaq?” sualını diqqət mərkəzində saxlayır.

26 may
18:00 – İstehlakçı güvən indeksi (may)

28 may
16:30 – Şəxsi istehlak xərcləri üzrə əsas qiymət indeksi (aylıq) (aprel)
16:30 – Şəxsi istehlak xərcləri üzrə əsas qiymət indeksi (illik) (aprel)
16:30 – ÜDM göstəricisi (rüblük) (1-ci rüb)
16:30 – İşsizlik müavinətləri üzrə ilkin müraciətlərin sayı
18:00 – Yeni mənzil satışları (aprel)
20:00 – Xam neft ehtiyatları

Avrozona

Avrozonada vəziyyət ABŞ-lə müqayisədə daha zəif görünür. Son PMI göstəriciləri Almaniya və ümumi Avrozonada iqtisadi aktivliyin zəiflədiyini göstərdi. Xidmət sektoru və istehlak tərəfində zəifləmə artır, lakin inflyasiya hələ də yüksək qalır.

Avropa Mərkəzi Bankı (ECB) iyunda faiz artımına yaxın görünür, lakin bazar artıq ardıcıl sərt addımların mümkün olub-olmadığını sual altına alır. ABŞ dollarının güclənməsi və Avropada iqtisadi aktivliyin zəifləməsi EUR/USD üzərində təzyiq yaradır.

EUR/USD artıq texniki olaraq daha zəif görünür. Cütlük həm 20 günlük, həm də 100 günlük hərəkətli ortalamaların altında qalır və satış təzyiqi artır. Əgər ABŞ məlumatları güclü, Avropa məlumatları isə zəif qalarsa, 1.1470 zonası yaxın həftələrdə əsas risk səviyyəsinə çevrilə bilər.

Bununla belə, ABŞ-İran razılaşması və Hörmüz boğazının tam açılması halında dollar üzərində təzyiq yarana və avro qısamüddətli bərpa göstərə bilər.

27 may
21:00 – Avropa Mərkəzi Bankının mətbuat konfransı

29 may
16:00 – Almaniyada istehlak qiymətlərinin indeksi (aylıq) (may)

Cari həftənin gözləntiləri:

  • Artım hədəfləri: 1.1660; 1.1690; 1.1800
  • Eniş hədəfləri: 1.1576; 1.1470; 1.1256

Neft

Neft bazarı yenə də qlobal bazarların əsas risk indikatoru olaraq qalır. Brent həftəni 106.80 dollar, WTI isə 95.79 dollar ətrafında tamamladı. Qiymətlər əvvəlki pik səviyyələrdən geri çəkilsə də, bazar hələ də yüksək risk mükafatını qiymətləndirir.

Əsas mövzu ABŞ-İran razılaşmasının reallaşıb-reallaşmayacağıdır. Əgər tərəflər real razılaşmaya yaxınlaşsa və Hörmüz boğazı tam açılarsa, neftdə sürətli eniş görə bilərik. Bazar xatırlayır ki, İran böhranından əvvəl WTI 70 dollar aşağısında ticarət olunurdu.

Lakin risk hələ tam aradan qalxmayıb. Razılaşmanın pozulması və ya danışıqların dayanması halında bazar yenidən sürətlə risk qiymətləndirməsinə başlayacaq. Bu səbəbdən neft bazarı hələ də yüksək volatillik mərhələsindədir.

Brent üzrə əsas ssenari əvvəlcə 101.65 zonasında dəstək testi, daha sonra isə yenidən 123.55 və yuxarı istiqamətdə hərəkətdir. WTI üçün əsas həftəlik diapazon 72-102 dollar olaraq qalır.

Hazırda enerji bazarında əsas hərəkətverici faktor tələb deyil, sırf geosiyasi risk və logistika təhlükəsidir.

Cari həftənin gözləntiləri (Brent):

  • Artım hədəfləri: 123.55; 130.00; 140.05
  • Eniş hədəfləri: 94.65; 90.05; 80.55

Cari həftənin gözləntiləri (WTI):

  • Artım hədəfləri: 102.00; 105.00; 110.00
  • Eniş hədəfləri: 90.00; 80.00; 72.00

Qızıl

Qızıl bazarında vəziyyət əvvəlki həftələrlə müqayisədə daha zəif görünür. XAU/USD hələ də alıcı tapa bilmir, çünki bazar FED-in daha sərt qalacağını və yüksək inflyasiyanın davam edəcəyini qiymətləndirir. ABŞ istiqraz gəlirliliklərinin yüksəlməsi qızıl üçün əsas mənfi faktordur.

Texniki baxımdan qızıl azalan üçbucaq forması daxilində hərəkət edir və bu, satış təzyiqinin davam etdiyini göstərir. Əsas dəstək zonası 4375-4380 olaraq qalır. Bu səviyyə qırılarsa, bazar sürətlə 4240 və daha aşağı zonalara keçə bilər.

Yuxarı istiqamətdə isə ilk ciddi müqavimət 4600, daha sonra 4670-4680 zonasıdır. Qızılın yenidən güclü yüksəlişə keçməsi üçün:

  • ya ABŞ-İran razılaşması nəticəsində dollar zəifləməli,
  • ya da FED yumşaq mesaj verməlidir.

Hazırda isə bazar bunun əksini qiymətləndirir: yüksək inflyasiya, yüksək faizlər və uzun müddət sərt monetar mövqe.

Cari həftənin gözləntiləri:

  • Artım hədəfləri: 4600; 4680; 4800
  • Eniş hədəfləri: 4380; 4240; 4100

https://t.me/unicapital_investment

Ətraflı məlumat üçün sorğu göndərin

Sizin sorğunuz uğurla göndərildi.

Foreks bazarının həftəlik təqvimi və analitikası 25.05.2026 - 31.05.2026

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi.

Foreks bazarının həftəlik təqvimi və analitikası 25.05.2026 - 31.05.2026

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi.

UForex-də güzəştli ticarət şərtlərini kəşf edin!

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi

Foreks bazarının həftəlik təqvimi və analitikası 25.05.2026 - 31.05.2026

Təşəkkür edirik!

Sorğunuz uğurla göndərildi.