Foreks bazarının həftəlik təqvimi və analitikası 25.08.2025 - 31.08.2025

UForexcari həftənin mühüm xəbərlərini nəzərinizə çatdırır:
Qlobal bazarlar ötən həftə yenidən ABŞ Federal Ehtiyat Sisteminin
siyasətinə fokuslandı. “Jackson Hole” simpoziumunda Cerom Pauelin
çıxışı zamanı əmək bazarındakı zəifləməni açıq şəkildə vurğulaması və
tariflərin inflyasiya effekti barədə “qısamüddətli” mesajı bazar üçün dönüş
nöqtəsi oldu. Bu, sentyabrda faizlərin azaldılmasına dair gözləntiləri möhkəmləndirdi
və investor davranışında risk alma istəyi artdı.
ABŞ dolları əvvəlki güclənmədən sonra
zəifləyərək EUR/USD və qızıl üçün dəstək yaratdı. Avrozona göstəriciləri, xüsusilə
PMI-ların yüksəlməsi, iqtisadi aktivlikdə zəif də olsa, müsbət dinamikanı qorudu.
Asiya tərəfdə Tokio CPI-lərində yüksəliş ehtimalı ilin sonuna qədər BoJ-nin faiz artımı
qərarını daha real göstərir. Əmtəə bazarlarında neft bir qədər dirçəlsə də, hələ də zəif
qlobal tələb fonunda risk altında qalır. Qızıl isə investorların qoruyucu aktivlərə yönəlməsi
ilə güclənməyə davam edir. Bu həftə diqqət ABŞ-də ikinci rüb üzrə ÜDM, iyul ayı üzrə inflyasiya
(PCE) və Avrozonanın ilkin CPI göstəricilərinə yönələcək.
ABŞ iqtisadiyyatı ikinci rübdə illik 3% artım göstərərək birinci rübdəki mənfi təsirləri aradan
qaldırdı. İdxalın kəskin azalması bu artımı gücləndirsə də, daxili istehlak və xidmətlər də
iqtisadiyyata dəstək verdi. Bununla belə, diqqət artıq tamamilə inflyasiyadadır. PCE göstəricisi
FED üçün əsas ölçüdür və hazırda baza PCE göstəricisi hədəfdən yuxarıda qalır. İyul ayına dair
rəqəmlərin proqnozlardan yüksək açıqlanması sentyabr enişindən sonrakı əlavə yumşalmanı
sual altına qoya bilər.
Əksinə, zəif PCE göstəricisi FED-in ardıcıl enişlərə dair gözləntiləri möhkəmləndirə və dollar
üzərində əlavə təzyiq yarada bilər. Hazırkı vəziyyətdə ABŞ dolları inflyasiyanın istiqamətindən
asılı olaraq qısa müddətdə kəskin dalğalanma göstərə bilər. Bu isə həm EUR/USD, həm də qızıl
üçün əsas hərəkətverici qüvvə olacaq.
25 avqust
18:00 – Yeni mənzil satışları (iyul)
26 avqust
18:00 – İstehlakçı güvən indeksi (avqust)
27 avqust
18:30 – Xam neft ehtiyatları
28 avqust
16:30 – Ümumi Daxili Məhsul göstəricisi (2-ci rüb)
16:30 – İşsizlik müavinətləri üzrə ilkin müraciətlərin sayı
29 avqust
16:30 – Şəxsi istehlak xərcləri üzrə əsas qiymət indeksi (aylıq) (iyul)
16:30 – Şəxsi istehlak xərcləri üzrə əsas qiymət indeksi (illik) (iyul)
Avrozonada iqtisadi bərpa hələ də kövrəkdir, amma inflyasiya göstəriciləri
Avropa Mərkəzi Bankı (ECB) üçün əlavə faiz azaldılmasını zəruri etmir.
İtaliya, Fransa və Almaniyadan gələcək CPI rəqəmləri xüsusilə vacibdir,
çünki məhz bu ölkələr inflyasiyanın ümumi trayektoriyasını müəyyənləşdirir.
Əgər inflyasiya (CPI) azalmasa və hədəf səviyyədən yüksək qalarsa, bu, bazarlar
üçün ECB-nin fasiləni daha uzun müddət saxlayacağı barədə siqnal olacaq.
Bu isə avroya qısamüddətli dəstək, EUR/USD üçün isə potensial yüksəliş impulsu
yarada bilər. Əks halda, zəif CPI avronun üstünlüyünü zəiflədəcək və diqqəti yenidən
ABŞ göstəricilərinə yönəldəcək.
29 avqust
16:00 – Almaniyada istehlak qiymətlərinin indeksi (aylıq) (avqust)
Cari həftənin gözləntiləri:
- Artım hədəfləri: 1.1730; 1.1830; 1.1900
- Eniş hədəfləri: 1.1650;1.1590
Neft bazarları ötən həftənin zəifliyindən çətinliklə də olsa, bir qədər bərpa olunub.
WTI həftə ərzində 61.4 dəstəyindən dönərək 63.8-ə qədər qalxdı, amma 64.0 üzərində
sabitləşməkdə çətinlik çəkdi. Brent isə, əsasən eniş tendensiyasını saxlayır: texniki mənzərə
göstərir ki, qiymət 71.45 ətrafına qədər qısamüddətli yüksəliş göstərə bilər, lakin daha sonra
eniş yenidən güclənə bilər. Fundamental baxımdan qlobal tələbin zəifliyi, Almaniya və digər
Avropa iqtisadiyyatlarından gələn qarışıq siqnallar qiymətləri məhdudlaşdırır. ABŞ-dən gələcək
ÜDM və PCE məlumatları da neft bazarında dalğalanmalara səbəb olacaq, lakin ümumi mənzərə
hələ də “güclü təklif - zəif tələb” balansı ilə izah olunur.
Cari həftənin gözləntiləri (Brent):
- Artım hədəfləri: 71.45; 79.25; 86.05
- Eniş hədəfləri: 63.05; 55.25
Cari həftənin gözləntiləri (WTI):
- Artım hədəfləri: 64.00; 65.20
- Eniş hədəfləri: 62.00; 61.40
Qızıl investorların qoruyucu alətə marağının artması fonunda ötən həftəni 3 350 dollar
üzərində bağladı və 3 370 ətrafına yüksəldi. C.Pauelin “yumşaq” mesajları və dolların
zəifləməsi qiymətə güclü dəstək verdi. Texniki baxımdan 3 350 üzərində möhkəmlənmə
qızıl üçün müsbət siqnaldır. İndi diqqət ABŞ PCE rəqəmlərinə yönəlib: əgər inflyasiya zəif
gələrsə, qızıl 3 400-3 430 müqavimətlərini yoxlaya, hətta psixoloji 3 500 həddinə yaxınlaşa bilər.
Güclü PCE göstəricisi isə gəlirlilikləri yuxarı çəkərək qızılı 3 315-3 285 zonalarına geri sala bilər.
Ümumilikdə isə qızıl bazarında əhvali-ruhiyyə hələ də müsbətdir, çünki FED-in siyasətinin yumşalması
gözləntiləri hələ də güclüdür.
Cari həftənin gözləntiləri:
- Artım hədəfləri: 3 400; 3 430; 3 500
- Eniş hədəfləri: 3 350; 3 315; 3 285
Valyuta bazarında baş verən ən son yeniliklərdən xəbərdar olmaq üçün bizi “Telegram” kanalımızda izləyin!
Ətraflı məlumat üçün sorğu göndərin
Sizin sorğunuz uğurla göndərildi.
© 2025 Unicapital İnvestisiya Şirkəti ASC.
Bütün hüquqlar qorunur.