Foreks bazarının həftəlik təqvimi və analitikası 27.01.2025 -02.02.2025
UForexcari həftənin mühüm xəbərlərini nəzərinizə çatdırır:
D.Trampın təzyiqinə rəğmən, FED-in faiz qərarını sabit saxlayacağı gözlənilir.
Avrozona zəif iqtisadi göstəricilər və “ticarət müharibəsi” ehtimalları qarışısında çətin vəziyyətdədir.
BoE-nin faiz qərarının dəyişilməz olaraq qalacağı ehtimalları treyderlərə yeni imkanlar yaradır.
Neftin qiyməti Trampın OPEC+ təşkilatına təzyiqindən sonra kəskin enişinə davam edir.
ABŞ prezidenti Donald Tramp ötən həftə İqtisadi Forumdakı çıxışında FED-dən faiz dərəcəsini azaltmağı tələb etdiyini
bildirməsinin ardından, dollar əsas rəqibləri və qızıl qarşısında dəyər itirdi.
Lakin treyderlərin FED-in faiz qərarının sabit qalacağına dair təxminlərinin yüksək olması
həftənin əvvəlində dollar indeksinin minimumdan yuxarı qaldırdı.
Digər tərəfdən, ABŞ-nin bir gecədə Kolumbiyaya 25%-lik rüsum tətbiq etməsi,
Trampın Avrozonaya tətbiq edəcəyi tarif qərarı təhlükəsini artıraraq, dolların vəziyyətini gücləndirdi.
FED-in çərşənbə günü başa çatacaq iki günlük iclasından sonra, faiz dərəcələrinin dəyişməz qalması gözlənilir.
Bütün bunlarla yanaşı, investorlar inflyasiyanın ABŞ Mərkəzi Bankının 2%-lik illik hədəfinə yaxınlaşması
halında faiz endiriminin tezliklə baş verib-verməyəcəyini izləyəcəklər.
27 yanvar
19:00 – Yeni mənzil satışları (dekabr)
28 yanvar
19:00 – İstehlakçı güvən indeksi (yanvar)
29 yanvar
19:30 – Xam neft ehtiyatları haqqında məlumatın açıqlanması
23:00 – Federal Açıq Bazar Komitəsinin (FOMC) bəyanatı
23:00 – FED-in uçot faiz dərəcəsi ilə bağlı qərarı
23:00 – Federal Açıq Bazar Komitəsinin (FOMC) mətbuat konfransı
30 yanvar
17:30 – Ümumi daxili məhsul göstəricisi (4-cü rüb)
17:30 – İşsizlik müavinətləri üzrə ilkin müraciətlərin sayı
31 yanvar
17:30 – Şəxsi istehlak xərcləri üzrə əsas qiymət indeksi (illik) (dekabr)
17:30 – Şəxsi istehlak xərcləri üzrə əsas qiymət indeksi (aylıq) (dekabr)
Avropa Mərkəzi Bankı Donald Trampın vəzifəyə qayıtmasından sonra ilk dəfə cümə axşamı günü görüşüb.
ABŞ-nin tarif təhdidləri potensial olaraq Avrozonanın iqtisadi mənzərəsini çətinləşdirir.
Avropa Mərkəzi Bankının (AMB) siyasət baxımından “göyərçinli” yanaşması səbəbindən, Avro çətinliklərlə üzləşə bilər.
ECB cümə axşamı uçot faiz dərəcəsini 25 faiz bəndlə 2.75%-ə endirməyi planlaşdırır.
Rəsmilər inflyasiya təzyiqlərinin hədəflənən səviyyəyə qayıdacağına əmin olduqları üçün
növbəti üç iclasda bu prosesi davam etdirməyi düşünürlər.
Analitiklər mövcud vəziyyətdə il sonuna kimi faiz dərəcəsinin 2% səviyyəsinə enə biləcəyini proqnozlaşdırırlar.
29 yanvar
17:45 – Avropa Mərkəzi Bankının mətbuat konfransı
30 yanvar
13:00 – Almaniyada ümumi daxili məhsul göstəricisi (4-cü rüb)
17:15 – Avrozonada depozitlər üzrə faiz dərəcələri (yanvar)
17:15 – Avrozonada uçot faiz dərəcəsi ilə bağlı qərar (yanvar)
17:45 – Avropa Mərkəzi Bankının mətbuat konfransı
31 yanvar
17:00 – Almaniyada istehlak qiymətləri indeksi (yanvar)
Cari həftənin gözləntiləri:
- Artım hədəfləri: 1.0541; 1.0586; 1.0604
- Eniş hədəfləri: 1.0366; 1.0255; 1.0117
Ötən günlərdə ABŞ və Kolumbiya arasında yaranan gərginlik fonunda, dollar indeksinin
yüksəlməsi əsas valyuta cütlükləri kimi funtun da nisbətən dəyər itirməsinə səbəb oldu.
Bununla belə, uzunmüddətli dövrdə FED-in il sonuna qədər xərclərini iki dəfə
azaldacağına dair artan gözləntilər ABŞ dollarının yüksəlməsini məhdudlaşdıra və
beləliklə, ABŞ Xəzinədarlığı istiqrazlarının gəlirlərində yeni bir enişə gətirib çıxarır.
Həmçinin Trampın faiz dərəcələrinin dərhal aşağı salınmasını tələb edəcəyini deyərək
keçən cümə axşamı verdiyi açıqlamalar gözləntiləri daha da artırdı.
Digər tərəfdən, İngiltərə Bankının (BoE) fevral ayında uçot dərəcəsinin azaldılması perspektivləri ilə
bağlı qeyri-müəyyənlik GBP/USD cütlüyü üçün itkiləri məhdudlaşdırmağa kömək edir.
Treyderlərin bu müddət ərzində ehtiyatlı davranması gözlənilir.
Cari həftənin gözləntiləri:
- Artım hədəfləri: 1.2598; 1.2710; 1.2843
- Eniş hədəfləri: 1.2291; 1.2038; 1.1885
Prezident Donald Tramp OPEC+ təşkilatını (Neft İxrac Edən Ölkələr Təşkilatı və müttəfiqləri)
xam neft qiymətlərini aşağı salmağa çağırması ilə əlaqədar olaraq, neft qiymətləri təzyiqlə üzləşir.
Cümə günü Trampın neftin qiymətinin azalması ilə Rusiyanın maliyyəsinə zərər vurmaq
və Ukraynadakı müharibəni dayandırmağa kömək etmək niyyətini açıqlamasına baxmayaraq,
OPEC və onun müttəfiqləri bu çağırışa cavab verməyib. Buna rəğmən, OPEC+ nümayəndələri
aprel ayından başlayaraq neft hasilatını artırmaq planına işarə ediblər.
Neft bazarları, həmçinin Çindən gələn zəif PMI məlumatları ilə zəiflədi.
Bu da istehsal fəaliyyətinin yanvar ayında gözlənilmədən azaldığını,
qeyri-istehsal fəaliyyətin artımının isə kəskin şəkildə yavaşladığını göstərdi.
Cari həftənin gözləntiləri: (WTI)
- Artım hədəfləri: 78.72;79.95; 82.07
- Eniş hədəfləri: 73.30; 71.25; 68.04
Cari həftənin gözləntiləri: (Brent)
- Artım hədəfləri: 81.86; 82.86; 84.97
- Eniş hədəfləri: 76.46; 73.82; 71.62
Qızıl ABŞ Prezidenti Donald Trampın sərt açıqlamalarından sonra güclənən dollar qarşısında
ötən həftə qazandığı mövqedən geri çəkildi. Belə ki, ABŞ-nin deportasiya təyyarələrinin enişini
məhdudlaşdıran Kolumbiyaya qarşı bir gecədə rüsum qiymətlərinə kəskin artırması və
tədarük zəncirində yaranan qeyri-müəyyənlik ABŞ dolları üçün müsbət qazanclar gətirdi.
Digər tərəfdən, çərşənbə günü FED-in faiz qərarının dəyişilməz olaraq qalacağı siqnalları və
yarana biləcək “şahin” açıqlamaları dollara nisbətdə daha az səmərəli olan sarı metalı aşağı çəkə bilər.
Cari həftənin gözləntiləri:
- Artım hədəfləri: 2787.74; 2809.51; 2832.19;
- Eniş hədəfləri: 2691.12; 2668.09; 2619.98;
Valyuta bazarında baş verən ən son yeniliklərdən xəbərdar olmaq üçün bizi “Telegram” kanalımızda izləyin!
Ətraflı məlumat üçün sorğu göndərin
Sizin sorğunuz uğurla göndərildi.
© 2025 Unicapital İnvestisiya Şirkəti ASC.
Bütün hüquqlar qorunur.