Foreks bazarının həftəlik təqvimi və analitikası 28.09.2026 - 04.10.2026

UForex cari həftənin mühüm xəbərlərini nəzərinizə çatdırır:

Ötən həftə ABŞ dolları yüksəlişini davam etdirərək Dollar İndeksini 101.00 səviyyəsinin üzərinə çıxardı və son iki ayın maksimumlarına yaxınlaşdırdı. Dolların möhkəmlənməsinə ABŞ iqtisadi göstəricilərinin güclü qalması, dövlət istiqrazlarının gəlirliliyinin yüksəlməsi və Federal Ehtiyat Sisteminin (FED) əlavə faiz artımlarına açıq qalması dəstək verdi. ABŞ-də 10 illik istiqraz gəlirliliyi 5.20% ətrafına yüksəlib ki, bu da dollar üçün əlavə üstünlük yaradır.

FED sentyabr ayında faiz dərəcəsini 25 baza bəndi artıraraq 3.75-4.00% intervalına qaldırdı. Bundan sonra rəsmilərin açıqlamaları göstərir ki, bu addım yekun faiz artımı olmaya bilər. İnflyasiya yüksək, iqtisadi aktivlik isə kifayət qədər güclü qaldığı üçün bazar oktyabr və ilin sonuna qədər əlavə sərtləşmə ehtimalını qiymətləndirir.

Cari həftə isə bazar üçün daha vacib olacaq. ABŞ-ə “JOLTS” vakansiyaları, ADP məşğulluğu, PCE inflyasiyası, ISM Manufacturing və cümə günü Nonfarm Payrolls açıqlanacaq. Əsas PCE-nin aylıq 0.3%, illik isə 3.4% artacağı gözlənilir. NFP üzrə bazar təxminən 100 min yeni iş yeri gözləyir; avqust ayında isə 162 min iş yeri yaradılmışdı.

Yaxın Şərqdə vəziyyət də yenidən ön plana çıxıb. ABŞ İranın təqdim etdiyi sülh təklifini qəbul etməyib, lakin danışıqların bu həftə davam edəcəyi gözlənilir. Bu xəbər Brent-i həftənin əvvəlində 107 dolların üzərinə, WTI-ni isə 94-95 dollar zonasına qaldırıb. Buna görə ABŞ makro göstəriciləri ilə yanaşı neft qiymətləri də dollar, inflyasiya və qızıl üçün əsas faktor olaraq qalacaq.

ABŞ

ABŞ dollarının son yüksəlişi yalnız FED gözləntiləri ilə bağlı deyil. Sentyabr ayı üzrə ilkin biznes aktivliyi göstəriciləri iqtisadiyyatın yüksək faizlərə baxmayaraq güclü qaldığını göstərib. Composite PMI 58.4 səviyyəsinə yüksəlib, işə qəbul və istehsal xərclərində də artım müşahidə olunub. Bu, ABŞ iqtisadiyyatının digər inkişaf etmiş ölkələrlə müqayisədə daha dayanıqlı qalması fikrini gücləndirir.

Bununla yanaşı, dollar üzrə spekulyativ mövqeləşmədə müəyyən ehtiyatlılıq yaranıb. ABŞ Əmtəə Fyuçersləri Ticarəti Komissiyasının (CFTC) məlumatlarına əsasən, dollar üzrə xalis uzun mövqelər təxminən 10.6 min kontrakta qədər azalıb. Yəni dollar yüksəlsə də, investorların alış mövqeləri əvvəlki qədər güclü deyil. Bu səbəbdən dolların növbəti yüksəlişi üçün yeni güclü makroiqtisadi göstəricilərə ehtiyac var.

Çərşənbə günü açıqlanacaq PCE inflyasiyası ilk böyük yoxlanış olacaq. Əsas PCE-nin aylıq 0.3% və illik 3.4%-ə yüksəlməsi gözlənilir. Göstəricinin proqnozdan yüksək açıqlanması FED-in oktyabr ayında yenidən faiz artırması ehtimalını gücləndirə bilər. Bu ssenaridə dollar və ABŞ istiqraz gəlirlilikləri əlavə yüksəliş göstərə bilər.

Həftənin əsas hadisəsi isə cümə günü NFP hesabatı olacaq. Təxminən 100 min yeni iş yerinin yaradılması və işsizliyin 4.1% ətrafında qalması gözlənilir. NFP-nin 100 minin üzərində olması FED-in sərt siyasətini dəstəkləyə bilər. 60 min və ya daha aşağı nəticə isə əmək bazarında zəifləməni yenidən gündəmə gətirərək dolların yüksəlişini dayandıra bilər.

29 sentyabr

18:00 – İstehlakçı güvən indeksi (sentyabr)
18:00 – “JOLTS” əmək birjasında açıq vakansiyaların sayı (avqust)

30 sentyabr

16:15 – ADP-dən qeyri-kənd təsərrüfatı sektorunda məşğulluq göstəricisi (sentyabr)
16:30 – Şəxsi istehlak xərcləri üzrə əsas qiymət indeksi (illik) (avqust)
16:30 – Şəxsi istehlak xərcləri üzrə əsas qiymət indeksi (aylıq) (avqust)
16:30 – ÜDM göstəricisi (rüblük) (2-ci rüb)
18:30 – Xam neft ehtiyatları

1 oktyabr

16:30 – İşsizlik müavinətləri üzrə ilkin müraciətlərin sayı
17:45 – İstehsal sektorunda biznes aktivliyinin indeksi (PMI) (sentyabr)
18:00 – ISM-dən istehsal sektorunda biznes aktivliyinin indeksi (PMI) (sentyabr)

2 oktyabr

16:30 – Qeyri-kənd təsərrüfatı sektorunda məşğulluq göstəricisi (sentyabr)
16:30 – İşsizlik göstəricisi (sentyabr)
16:30 – Saatlıq orta əməkhaqqı (sentyabr)

Avrozona

EUR/USD ötən həftə ardıcıl üçüncü həftəni enişlə tamamlayaraq 1.1360 zonasına qədər geriləyib. Avqust ayında 1.1700-dən yuxarı səviyyələrdən başlayan geriləmə artıq təxminən dörd sent təşkil edir. Burada əsas səbəb avronun özündə ciddi pisləşmə deyil, ABŞ dollarının sürətlə güclənməsidir.

Avrozonada isə enerji qiymətləri əsas risk olaraq qalır. Avqust üzrə yekun inflyasiya 3.2% təşkil edib və sentyabr göstəricisinin daha da yüksəlməsi gözlənilir. Enerji qiymətlərinin istehlakçı inflyasiyasına daha sürətli keçməsi Avropa Mərkəzi Bankının (ECB) əlavə faiz artımlarına ehtiyac duya biləcəyi riskini artırır.

Bu həftə əvvəlcə Almaniyanın sentyabr inflyasiyası açıqlanacaq. İllik göstəricinin təxminən 3.1%-ə yüksəlməsi gözlənilir. Cümə günü isə Avrozona üzrə ilkin HICP açıqlanacaq və bazar ümumi inflyasiyanın təxminən 3.4-3.5%, əsas inflyasiyanın isə 2.5% olmasını gözləyir. İnflyasiyanın proqnozdan yüksək gəlməsi ECB üzrə əlavə faiz artımı gözləntilərini gücləndirərək avroya müəyyən dəstək verə bilər.

Texniki baxımdan EUR/USD-də qısamüddətli üstünlük hələ də satıcılardadır. 1.1350-1.1360 zonası hazırda əsas dəstəkdir. Bu sahə qorunarsa, 1.1450 və daha sonra 1.1550 istiqamətində korreksiya mümkündür. 1.1350-nin aşağı doğru qırılması isə 1.1300 və 1.1235 səviyyələrini gündəmə gətirə bilər.

Bu həftə EUR/USD üçün əsas istiqaməti Avrozona inflyasiyasından daha çox ABŞ PCE və NFP göstəricilərinin dollara təsiri müəyyən edə bilər.

30 sentyabr

16:00 – Almaniyada istehlak qiymətlərinin indeksi (aylıq) (sentyabr)

2 oktyabr

13:00 – Avrozonada istehlak qiymətləri indeksi (illik) (sentyabr)

Cari həftənin gözləntiləri:

  • Artım hədəfləri: 1.1450; 1.1550; 1.1630
  • Eniş hədəfləri: 1.1355; 1.1300; 1.1235

Neft

Neft bazarında vəziyyət yenidən dəyişib. Ötən həftə ABŞ və İran arasında razılaşma ehtimalı Brent və WTI qiymətlərini aşağı çəksə də, ABŞ-nin İranın sülh təklifini qəbul etməməsi bazarın açılışında qiymətləri sürətlə yüksəldib. Brent 107.75 dollar, WTI isə 94.55 dollar ətrafına qalxıb.

Bununla belə, fundamental mənzərə yalnız yüksəliş istiqamətində deyil. Yaxın Şərqdən neft ixracı sentyabr ayında 12.8 milyon barel/günə qədər bərpa olunub. Hörmüz boğazından daşımalar da təxminən 7.4 milyon barel/günə yüksəlib. Bu, əvvəlki aylardakı ciddi təchizat çatışmazlığının müəyyən qədər azaldığını göstərir.

Bu səbəbdən neft üçün əsas məsələ yenə ABŞ-İran danışıqları olacaq. Danışıqlarda real irəliləyiş və Hörmüzdən daşımaların genişlənməsi qiymətlərdə sürətli korreksiya yarada bilər. Əksinə, danışıqların tam dayanması və ya enerji infrastrukturu və tankerlərə yeni hücumlar geosiyasi riskin yenidən artmasına səbəb olacaq.

Brent

Brent həftəyə 107 dolların üzərində başlayıb və hazırda əsas yaxın müqavimət 110 dollar səviyyəsidir. Bu səviyyənin üzərində möhkəmlənmə 115 və daha sonra 120 dollar istiqamətində yüksəlişi gücləndirə bilər.

Lakin 120 dollar çox mühüm müqavimət olaraq qalır. Bu səviyyənin davamlı qırılması üçün real neft təchizatında yeni və ciddi pozuntu tələb oluna bilər.

Aşağı istiqamətdə 104 dollar ilk mühüm dəstəkdir. Danışıqlarda irəliləyiş baş verərsə, 100 və daha sonra 97 dollar zonasına doğru korreksiya mümkündür. Daha geniş texniki mənzərədə 91-92 dollar sahəsi əsas güclü dəstək zonalarından biri olaraq qalır.

Cari həftənin gözləntiləri (Brent):

  • Artım hədəfləri: 110.00; 115.00; 120.00
  • Eniş hədəfləri: 104.00; 100.00; 97.00

WTI

WTI-də vəziyyət Brent-dən bir qədər fərqlidir. ABŞ-də dizel ixracının məhdudlaşdırılması ilə bağlı müzakirələr WTI ilə Brent arasındakı fərqi kəskin artırıb. Potensial ixrac məhdudiyyəti ABŞ emal müəssisələrinin daha az xam neft emal etməsinə səbəb ola bilər ki, bu da WTI üzərində təzyiq yaradır.

ABŞ kommersiya xam neft ehtiyatları son hesabatda təxminən 3 milyon barel artaraq 426.4 milyon barelə çatıb. Çərşənbə günü açıqlanacaq yeni ehtiyat məlumatları WTI üçün əlavə istiqamət verəcək.

94-95 dollar zonası hazırda əsas dönüş sahəsidir. 96 dolların üzərində möhkəmlənmə 100 və daha sonra 103 dollar istiqamətində bərpanı gücləndirə bilər. Aşağı istiqamətdə isə 92 və 90 dollar əsas dəstək zonalarıdır.

Cari həftənin gözləntiləri (Brent):

  • Artım hədəfləri: 96.00; 100.00; 103.00
  • Eniş hədəfləri: 92.00; 90.00; 88.00

Qızıl

Qızıl ötən həftə FED-in sərt mövqeyi və ABŞ istiqraz gəlirliliklərinin yüksəlməsi fonunda təzyiq altında qaldı. Həftənin sonunda 4,300 dolların altında qalan qiymət yeni həftənin əvvəlində satışların sürətlənməsi ilə 4,150-4,200 zonasına qədər geriləyib.

Qızıl üçün əsas problem ABŞ-də faizlərin yenidən yüksəlməsi ehtimalıdır. Güclü iqtisadi göstəricilər, yüksək enerji qiymətləri və davam edən inflyasiya FED-in əlavə faiz artımını gündəmdə saxlayır. Belə şəraitdə ABŞ istiqrazlarının gəlirliliyi yüksəlir və investorlar qızıl əvəzinə faiz gəliri verən maliyyə alətlərinə daha çox maraq göstərə bilirlər.

Bu həftədə ilk əsas hadisə PCE olacaq. Əsas PCE aylıq 0.3% və ya daha yüksək olarsa, qızıl üzərində təzyiq davam edə bilər. Daha zəif nəticə isə qısamüddətli bərpa üçün imkan yaradacaq. Cümə günkü NFP isə daha böyük hərəkət yarada bilər. Güclü məşğulluq dollar və istiqraz gəlirliliklərini dəstəkləyərək qızıl üçün mənfi, zəif NFP isə müsbət faktor olacaq.

Texniki baxımdan 4,200 dollar səviyyəsinin aşağı qırılması qısamüddətli mənzərəni zəiflədib. Hazırda 4,130 dollar əsas yaxın dəstəkdir. Bu səviyyə də itirilərsə, 4,000 dollar yenidən gündəmə gələ bilər.

Yuxarı istiqamətdə isə əvvəlcə 4,200-4,230 zonasının geri alınması lazımdır. Daha sonra 4,300 və 4,400 dollar müqavimətləri izləniləcək.

Cari həftənin gözləntiləri:

  • Artım hədəfləri: 4,230; 4,300; 4,400
  • Eniş hədəfləri: 4,130; 4,050; 4,000

https://t.me/unicapital_investment

Ətraflı məlumat üçün sorğu göndərin

Sizin sorğunuz uğurla göndərildi.

Foreks bazarının həftəlik təqvimi və analitikası 28.09.2026 - 04.10.2026

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi.

Foreks bazarının həftəlik təqvimi və analitikası 28.09.2026 - 04.10.2026

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi.

UForex-də güzəştli ticarət şərtlərini kəşf edin!

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi

Foreks bazarının həftəlik təqvimi və analitikası 28.09.2026 - 04.10.2026

Təşəkkür edirik!

Sorğunuz uğurla göndərildi.