Foreks bazarının həftəlik təqvimi və analitikası 29.09.2025 - 05.10.2025

UForexcari həftənin mühüm xəbərlərini nəzərinizə çatdırır:
Keçən həftə bazarlar ABŞ iqtisadi göstəricilərinə fokuslandı. İkinci rüb üzrə ÜDM-in
3.8%-ə qədər artırılması, uzunmüddətli istifadə üçün nəzərdə tutulan mallara sifarişlərin
çoxalması və işsizlik müraciətlərinin gözləniləndən az olması ABŞ dollarını gücləndirdi.
Avrozona isə zəif sənaye istehsalı fonunda xidmət sektorunun hesabına mülayim artım göstərdi.
Qızıl tarixi maksimuma çatsa da, güclü dollar fonunda həftəni konsolidasiyada tamamladı.
Neft bazarında Brent markalı neftin qiyməti zəifləyərək 70 dollara yaxın səviyyədə bağlandı,
WTI isə qısa müddət 66 dollar həddinə yüksəlsə də, sonradan geri çəkildi.
Cari həftədə diqqət ABŞ əmək bazarı göstəricilərinə, xüsusilə Non-Farm Payrolls (NFP) və
işsizlik səviyyəsinə, Avrozona-nın inflyasiya və pərakəndə satış məlumatlarına yönələcək.
Bazarlar üçün əsas risk - iş yerləri məlumatlarının gözləntilərdən fərqli olmasıdır, çünki bu,
FED-in oktyabr və dekabr faiz qərarlarına birbaşa təsir edəcək.
ABŞ iqtisadiyyatı hələ də güclü olaraq qalır: ÜDM artımı, uzunmüddətli istifadə üçün nəzərdə
tutulan mallara sifarişlər və işsizlik müraciətləri iqtisadi gücü göstərdi. FED-in rəhbəri Cerom Pauel
isə ehtiyatlı mövqe saxlayaraq daha aqressiv faiz endirimlərinin riskli ola biləcəyini qeyd etdi.
Buna baxmayaraq, bazarlar ilin sonuna qədər əlavə faiz endirimlərini qiymətləməkdə davam edir.
Cari həftənin əsas xəbərləri - ADP məşğulluq, ISM istehsal və xidmət PMI, JOLTS iş yerləri və
ən önəmlisi NFP olacaq. Gözləntilər zəif artım (təxminən 39 min yeni iş yeri) istiqamətindədir.
Daha zəif nəticələr FED-i daha aqressiv endirimə məcbur edə bilər, güclü nəticələr isə dolları dəstəkləyəcək.
29 sentyabr
21:15 – Prezident D.Trampın çıxışı
30 sentyabr
18:00 – İstehlakçı güvən indeksi (sentyabr)
18:00 – “JOLTS” əmək birjasında açıq vakansiyaların sayı (avqust)
1 oktyabr
16:15 – ADP-dən qeyri-kənd təsərrüfatı sektorunda məşğulluq göstəricisi (sentyabr)
17:45 – İstehsal sektorunda biznes aktivliyinin indeksi (PMI) (sentyabr)
18:00 – ISM-dən istehsal sektorunda biznes aktivliyinin indeksi (PMI) (sentyabr)
18:30 – Xam neft ehtiyatları
2 oktyabr
16:30 – İşsizlik müavinətləri üzrə ilkin müraciətlərin sayı
3 oktyabr
16:30 – Saatlıq orta əməkhaqqı (aylıq) (sentyabr)
16:30 – Qeyri-kənd təsərrüfatı sektorunda məşğulluq göstəricisi (sentyabr)
16:30 – İşsizlik göstəricisi (sentyabr)
17:45 – Xidmət sektorunda biznes aktivliyinin indeksi (PMI) (sentyabr)
18:00 – ISM-dən qeyri-istehsal sektorunda biznes aktivliyinin indeksi (sentyabr)
Avrozonada istehsal sektoru azalmağa davam etsə də, xidmətlər sektorunun nisbətən
yaxşı nəticələri sayəsində Kompozit PMI 51.2-yə yüksəldi. Bu həftə Almaniyanın pərakəndə
satış və HICP (inflyasiya), Avrozona-nın ümumi CPI və istehsal qiymətləri diqqət mərkəzində olacaq.
Avropa Mərkəzi Bankının rəhbəri Kristin Laqard və digər mərkəzi bank rəsmilərinin
açıqlamaları avronun istiqamətinə təsir edə bilər.
Avro üçün əsas risk zəif inflyasiya və istehlak göstəriciləridir. Güclü nəticələr avronu dəstəkləyə,
zəif nəticələr isə EUR/USD-ni 1.16-dan aşağı sala bilər.
30 sentyabr
16:00 – Almaniyada istehlak qiymətlərinin indeksi (aylıq) (sentyabr)
1 oktyabr
13:00 – Avrozonada istehlak qiymətləri indeksi (illik) (sentyabr)
Cari həftənin gözləntiləri:
- Artım hədəfləri: 1.1730; 1.1830; 1.1920
- Eniş hədəfləri: 1.1600; 1.1580; 1.1390
Brent nefti həftəni 69 dollar civarında başa vurdu və texniki göstəricilərə görə eniş meyli davam edir.
Əsas müqavimət 71.45 dollar səviyyəsindədir. Əgər qiymət bu həddi aşsa, 79 dolları sınaqdan keçirə bilər.
Amma əsas gözlənti odur ki, Brent 64 dollara, hətta 57.65 dollar dəstəyinə qədər enə bilər.
WTI isə 66 dollar həddini test etsə də, həftəni 65 dollar altında tamamladı. Yüksəliş spekulyativ xarakter daşıyır,
bazarda hələ də təklif bolluğu qalır. Əsas dəstək 63.40 dollar, müqavimət isə 66.50 dollar səviyyəsindədir.
Cari həftənin gözləntiləri (Brent):
- Artım hədəfləri: 71.45; 79.05; 85.65
- Eniş hədəfləri: 64.05; 60.00; 57.65
Cari həftənin gözləntiləri (WTI):
- Artım hədəfləri: 66.20; 66.50; 68.00
- Eniş hədəfləri: 65.00; 63.40; 62.00
Qızıl (XAU/USD) yeni həftəyə güclü start verərək 3800 dollar üzərində yeni tarixi rekordlar müəyyənləşdirdi.
Yüksəlişin əsas səbəbləri ABŞ-də hökumətin bağlanma (shutdown) riski, zəif dollar və FED-in ilin sonuna
qədər əlavə faiz endirimlərinə dair gözləntilərdir. İnvestorlar risklərdən qorunmaq üçün ənənəvi
“safe-haven” aləti kimi qızıla üz tutur.
Həftə ərzində diqqət ABŞ əmək bazarı göstəricilərinə (JOLTS, ADP, ISM PMI və ən əsası NFP) yönələcək.
Əgər məşğulluq göstəriciləri zəif nəticə versə, bu, FED-i daha sürətli faiz endirimlərinə yönəldə bilər və
qızılın qiymətini yüksəldə bilər. Əksinə, güclü nəticələr dolları dəstəkləyərək qızılda qısa müddətli
korreksiya yarada bilər. Bundan başqa, ABŞ siyasətində qeyri-müəyyənliklər və Yaxın Şərqdəki
gərginliklər də əlavə dəstək amili kimi qalır.
Texniki mənzərə göstərir ki, qızıl “buy-the-dips” (düşüşdə alış) strategiyası ilə qalır. Həddindən artıq
“overbought” şəraitinə baxmayaraq, trend hələ də yuxarı yönlüdür. İlk güclü dəstək 3750-3670 dollar
zonasında, yuxarı hədəflər isə yeni rekordlara doğru açıq qalır.
Qızılın hazırkı impulsu daha çox ABŞ əmək bazarı statistikası və hökumətin “shutdown” riski ilə
bağlı olacaq. Əgər zəif məşğulluq göstəriciləri və siyasi qeyri-müəyyənliklər davam etsə, qızıl
3900 dollar üzərinə doğru hərəkət edə bilər. Əks halda, qısa müddətli korreksiya 3700 dollara
qədər dərinləşə bilər, amma ümumi yüksəliş tendensiyası hələ də qorunur.
Cari həftənin gözləntiləri:
- Artım hədəfləri: 3830; 3860; 3900
- Eniş hədəfləri: 3750; 3670; 3500
Valyuta bazarında baş verən ən son yeniliklərdən xəbərdar olmaq üçün bizi “Telegram” kanalımızda izləyin!
Ətraflı məlumat üçün sorğu göndərin
Sizin sorğunuz uğurla göndərildi.
© 2025 Unicapital İnvestisiya Şirkəti ASC.
Bütün hüquqlar qorunur.