Foreks bazarının həftəlik təqvimi və analitikası 01.06.2026 - 07.06.2026

UForex cari həftənin mühüm xəbərlərini nəzərinizə çatdırır:

Ötən həftə qlobal bazarların əsas diqqəti ABŞ-İran danışıqları, ABŞ inflyasiya göstəriciləri və mərkəzi bankların növbəti addımlarına yönəldi. Həftənin sonuna doğru ABŞ və İran arasında 60 günlük atəşkəsin uzadılması, Hörmüz boğazının mərhələli şəkildə açılması və nüvə danışıqlarının başlanması ilə bağlı memorandum üzərində razılığa yaxınlaşma barədə xəbərlər risk iştahını artırdı. Lakin sənəd hələ tam təsdiqlənmədiyi üçün bazarlar ehtiyatlı optimizmi qoruyur.

ABŞ-də inflyasiya təzyiqləri yüksək qalmaqda davam edir. Ümumi PCE inflyasiyası apreldə 3.8%-ə, əsas PCE isə 3.3%-ə yüksəldi. Eyni zamanda, ABŞ iqtisadiyyatının birinci rüb üzrə artım tempi əvvəlki qiymətləndirmə ilə müqayisədə 1.6%-ə qədər azaldı. Bu vəziyyət bazarda staqflyasiya riskləri ilə bağlı narahatlıqları artırır.

Cari həftədə bazarların əsas hərəkətverici faktorları ABŞ məşğulluq göstəriciləri, ISM indeksləri, ABŞ-İran danışıqları və Hörmüz boğazı ilə bağlı xəbərlər olacaq. Hazırda bazar inflyasiya, iqtisadi artım və geosiyasi risklər arasında tarazlıq axtarır.

ABŞ

ABŞ iqtisadiyyatı böyüməyə davam etsə də, artım tempi zəifləyir. Birinci rüb üzrə ÜDM göstəricisinin 1.6%-ə enməsi iqtisadi aktivliyin əvvəlki gözləntilərdən zəif olduğunu göstərdi. Digər tərəfdən, inflyasiya yenidən sürətlənir və FED-in 2%-lik hədəfindən xeyli uzaqda qalır.

FED rəsmilərinin son çıxışları vahid mesaj verdi: inflyasiya hələ də çox yüksəkdir və faiz endirimi üçün şərait formalaşmayıb. Bir sıra FED üzvləri hətta inflyasiya gözləntiləri pisləşərsə əlavə faiz artımının mümkün olduğunu vurğulayıblar. Kevin Vorşun rəhbərliyində gələcək FED-in daha yumşaq siyasət aparacağına dair bazar gözləntiləri də zəifləməyə başlayıb.

Bu həftənin əsas hadisəsi Qeyri-kənd təsərrüfatı sektorunda məşğulluq göstəricisi(NFP) hesabatı olacaq. Güclü əmək bazarı və yüksək əməkhaqqı artımı FED-in sərt monetar mövqeyini dəstəkləyə bilər. Əksinə, məşğulluq göstəricilərində zəifləmə müşahidə olunarsa, dollar üzərində təzyiq yarana bilər.

Hazırda bazarın əsas sualı faiz endiriminin nə vaxt başlayacağı deyil, faizlərin nə qədər uzun müddət yüksək qalacağıdır.

1 iyun
17:45 – İstehsal sektorunda biznes aktivliyinin indeksi (PMI) (may)
18:00 – ISM-dən istehsal sektorunda biznes aktivliyinin indeksi (PMI) (may)

2 iyun
18:00 – “JOLTS” əmək birjasında açıq vakansiyaların sayı (aprel)

3 iyun
16:15 – ADP-dən qeyri-kənd təsərrüfatı sektorunda məşğulluq göstəricisi (may)
17:45 – Xidmət sektorunda biznes aktivliyinin indeksi (PMI) (may)
18:00 – ISM-dən xidmət sektorunda biznes aktivliyinin indeksi (PMI) (may)
18:30 – Xam neft ehtiyatları

4 iyun
16:30 – İşsizlik müavinətləri üzrə ilkin müraciətlərin sayı

5 iyun
16:30 – Saatlıq orta əməkhaqqı (may)
16:30 – Qeyri-kənd təsərrüfatı sektorunda məşğulluq göstəricisi (may)
16:30 – İşsizlik göstəricisi (may)

Avrozona

Avrozonada inflyasiya Avropa Mərkəzi Bankı (AMB) üçün hələ də əsas problem olaraq qalır. Almaniyada və ümumilikdə Avrozonada inflyasiya müəyyən qədər yavaşlasa da, göstəricilər hələ də mərkəzi bankın hədəfindən yüksəkdir. Bazar artıq iyun ayında AMB tərəfindən faiz artımını əsasən qiymətlərə daxil edib.

Lakin iqtisadi aktivlik zəif qalır. Son PMI göstəriciləri Almaniya və Avrozonada biznes aktivliyinin hələ də təzyiq altında olduğunu göstərir. Bu isə AMB-ni çətin vəziyyətə salır: inflyasiya ilə mübarizə aparmaq üçün faizləri artırmaq lazımdır, lakin iqtisadi artım bunu məhdudlaşdırır.

EUR/USD cütlüyü texniki baxımdan zəif görünməyə davam edir. Qiymət əsas hərəkətli ortalamaların altında qalır və yüksəliş cəhdləri satışlarla qarşılaşır. Bununla belə, ABŞ-İran razılaşmasının rəsmiləşməsi və dolların zəifləməsi halında avro müəyyən dəstək ala bilər.

Hazırda avronun əsas dəstəyi AMB-nin iyun ayında faiz artıracağı gözləntiləridir.

2 iyun
13:00 – İstehlak qiymətləri indeksi (illik) (may)

Cari həftənin gözləntiləri:

  • Artım hədəfləri: 1.1675; 1.1700; 1.1800
  • Eniş hədəfləri: 1.1620; 1.1560; 1.1470

Neft

Neft bazarı üçün əsas mövzu dəyişməyib: ABŞ-İran danışıqları və Hörmüz boğazının taleyi. Son günlərdə tərəflər arasında müəyyən irəliləyiş müşahidə olunsa da, yekun razılaşma hələ əldə olunmayıb. Buna görə də bazarda həm optimizm, həm də ehtiyatlılıq mövcuddur.

WTI ötən həftə ərzində eniş meyli nümayiş etdirdi və 86-90 dollar aralığında ticarət olundu. Brent isə 94.74 dollar ətrafında həftəni tamamladı. Qiymətlərdə eniş müşahidə olunsa da, bazar geosiyasi risklərin tam aradan qalxdığına hələ əmin deyil.

Əgər ABŞ və İran arasında memorandum rəsmi şəkildə təsdiqlənərsə və Hörmüz boğazı tam fəaliyyətə qayıdarsa, neft qiymətləri üzərində əlavə təzyiq yarana bilər. Lakin danışıqların pozulması və ya regionda yeni eskalasiya qiymətləri sürətlə yenidən yüksəldə bilər.

Hazırda neft bazarında əsas hərəkətverici faktor fundamental tələb deyil, geosiyasi risklər və logistika təhlükəsizliyidir.

Cari həftənin gözləntiləri (Brent):

  • Artım hədəfləri: 102.05; 110.00; 117.85
  • Eniş hədəfləri: 86.55; 80.55; 72.05

Cari həftənin gözləntiləri (WTI):

  • Artım hədəfləri: 90.00; 93.00; 100.00
  • Eniş hədəfləri: 83.00; 80.00; 78.00

Qızıl

Qızıl ötən həftə iki aylıq minimum səviyyələrə qədər geriləsə də, sonradan yenidən 4500 dolların üzərinə qayıda bildi. ABŞ-İran danışıqları ilə bağlı ziddiyyətli xəbərlər və dolların zəifləməsi qızılı dəstəklədi.

Bununla belə, texniki mənzərə hələ də tam yüksəlişi (bullish) təsdiqləmir. Qızıl əsas hərəkətli ortalamaların altında qalır və alıcılar hələlik güclü dönüş siqnalı formalaşdırmayıb. ABŞ inflyasiyasının yüksək qalması və FED-in sərt mövqeyi qızılın yüksəliş potensialını məhdudlaşdırır.

Cari həftədə bazarın diqqəti ABŞ məşğulluq göstəricilərinə yönələcək. Güclü NFP nəticələri FED-in faiz artımı ehtimallarını artıraraq qızıl üzərində təzyiq yarada bilər. Zəif göstəricilər isə dolları zəiflədərək qızılı dəstəkləyə bilər.

Lakin qızıl üçün əsas istiqaməti yenə də ABŞ-İran münasibətləri müəyyənləşdirəcək. Razılaşmanın imzalanması və neft qiymətlərinin sabitləşməsi qızıl üçün orta müddətdə müsbət faktor sayıla bilər. Əksinə, danışıqların uğursuzluğu və yeni hərbi gərginlik qızılı yenidən təhlükəsiz liman kimi ön plana çıxara bilər.

Cari həftənin gözləntiləri:

  • Artım hədəfləri: 4560; 4680; 4800
  • Eniş hədəfləri: 4380; 4240; 4100

https://t.me/unicapital_investment

Ətraflı məlumat üçün sorğu göndərin

Sizin sorğunuz uğurla göndərildi.

Foreks bazarının həftəlik təqvimi və analitikası 01.06.2026 - 07.06.2026

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi.

Foreks bazarının həftəlik təqvimi və analitikası 01.06.2026 - 07.06.2026

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi.

UForex-də güzəştli ticarət şərtlərini kəşf edin!

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi

Foreks bazarının həftəlik təqvimi və analitikası 01.06.2026 - 07.06.2026

Təşəkkür edirik!

Sorğunuz uğurla göndərildi.