Foreks bazarının həftəlik təqvimi və analitikası 14.08.23 - 20.08.23

Ötən həftə maliyyə bazarlarında canlanma müşahidə olundu.

Belə ki, həm Avropa, həm də ABŞ üzrə önəmli göstəricilər açıqlandı.

Cari həftə də eyni dinamikanın təkrarlanacağı gözlənilir.

Buna təkan verən əsas göstəricilər Avropa və İngiltərədə açıqlanacaq inflyasiya göstəriciləri,

eyni zamanda Yeni Zelandiyada faiz qərarı qeyd oluna bilər.

UForexcari həftənin mühüm xəbərlərini Sizin nəzərinizə çatdırır:

Avrozona

18 avqust

13:00 – İstehlakçı Qiymət İndeksi (iyul).

Avro ötən həftəni eniş mövqeyində tamamlayıb.

Lakin proqnozlara görə, avro artım tempini bərpa edə və bir müddət bu mövqedə qala bilər.

Belə ki, AMB faiz dərəcəsi ilə bağlı siyasətində maksimum səviyyəyə çatıb və

yaxın 2 rüb ərzində geri addım atmağa hazırlaşmır.

Lakin digər tərəfdən qarşıdan gələn soyuq aylarda yaşana biləcək yanacaq böhranı avronu təzyiq altında saxlaya bilər.

Cari həftənin gözləntiləri:

- Artım hədəfləri: 1.0840, 1.1160

- Eniş hədəfləri: 1.1060, 1.0700

Böyük Britaniya

16 avqust

10:00 – İstehlakçı Qiymət İndeksi (iyul).

Ötən həftə İngiltərədə müsbət istiqamətdə açıqlanan ÜDM göstəricisi funtu dəstəkləyə bilib.

Lakin bu göstərici İngiltərə Bankı üçün faiz dərəcəsi istiqamətində qərar qəbul etməyə əsas vermir.

Bank qərar qəbul etmək üçün xidmət sektorunda və əmək haqqı istiqamətində inflyasiya göstəricilərini nəzərə almalıdır.

Bu səbəbdən cari həftə funt üçün önəmli hesab olunur.

Cari həftənin gözləntiləri:

- Artım hədəfləri: 1.2900, 1.3100

- Eniş hədəfləri: 1.2560, 1.2320

ABŞ

15 avqust

16:30 – Pərakəndə Satış Baza İndeksi (iyul);

16:30 – Pərakəndə Satış Həcmi (iyul).

16 avqust

18:30 – Xam neft ehtiyatları;

22:00 – FOMS toplantı protokolunun dərci.

17 avqust

16:30 – İşsizlik müavinətləri üzrə ilkin müraciətlərin sayı.

ABŞ da ötən həftə açıqlanan inflyasiya göstəricisi iyun ayı ilə müqayisədə nisbətən geriləyib.

Lakin illik göstərici üzrə iyul ayında İstehlakçı Qiymət İndeksi 0.2% artaraq 3.2% təşkil edib.

Qeyd edək ki, ötən il yay aylarında inflyasiya maksimum səviyyə sayılan 9.1% çatdıqdan sonra

hazırda geriləyərək gərəkli olan 2% sərhədinə yaxınlaşmaqdadır.

Cari həftənin gözləntiləri:

- Artım hədəfləri: 103.50, 104.50

- Eniş hədəfləri: 101.60, 100.60

Yaponiya

15 avqust

03:50 – ÜDM Göstəricisi (2-ci rüb).

Yapon Yenası ötən həftə dəyər itirərək 2022-ci ilin sentyabr minimumlarına doğru hərəkətini davam etdirir.

Qeyd edək ki, Yaponiya Bankı yeganə bankdır ki, digər dünya bankları ilə müqayisədə hələ də

faiz dərəcəsini mənfi səviyyəsində saxlayır. Bu da öz növbəsində yenanı güclü təzyiq altında qoyur.

Cari həftənin gözləntiləri:

- Artım hədəfləri: 146.00, 149.00

- Eniş hədəfləri: 142.00, 139.00

YeniZelandiya

16 avqust

06:00 – Faiz dərəcəsi ilə bağlı açıqlama.

Yeni Zelandiya Dolları ötən həftə dəyər itirərək 0.60 sərhədi altında ticarət olunub.

Valyutanı təzyiq altında saxlayan əsas səbəb Çin ilə ticarət əlaqələrinin zəif tempdə irəliləməsidir.

Cari həftə YZEB faiz dərəcəsi ilə bağlı qərarını açıqlayacaq və ehtimallara görə heç bir dəyişiklik gözlənilmir.

Cari həftənin gözləntiləri:

- Artım hədəfləri: 0.6100,0.6200

- Eniş hədəfləri: 0.5900, 0.5730

Qızıl

Cari ayın 22-24 tarixlərində BRİKS (Braziliya, Rusiya, Hindistan, Çin və CAR) üzv ölkələrin görüşü keçiriləcək.

Görüş zamanı müzakirə olunacaq mövzular arasında yeni üzvlərin cəlbi və

qızılla təmin olunan yeni vahid valyutanın dövriyyəyə buraxılması qeyd olunur.

Belə ki, Rusiya və Ukrayna arasında mövcud münaqişə sübut etdi ki, v

alyuta aktivləri asanlıqla dondurula bilər, beynəlxalq dövriyyə axını isə dollar və avronun təzyiqi ilə məhdudlaşdırılır.

Qeyd edək ki, təşkilata üzv olan ölkələrin hər birinin iri həcmli qızıl ehtiyatları mövcuddur.

Cari həftənin gözləntiləri:

- Artım hədəfləri: 1935.00, 1960.00

- Eniş hədəfləri: 1890.00, 1860.00

Neft

Dünya üzrə neftə olan tələbat rekord səviyyəyə yüksəlib və avqust ayı ərzində daha da yüksələ bilər.

Beynəlxalq Enerji Agentliyinin məlumatına əsasən, iyun ayı ərzində tələb günlük 103 mln barel yüksəlib ki,

buna əsas səbəb kimi yay mövsümündə hava nəqliyyatının aktivliyinin yüksəlməsi və

Çində neft-kimya sahəsində tələbatın artması qeyd olunur.

OPEK+ üzv ölkələrdə hasilat həcmi 2021-ci ilin oktyabr ayından ən minimum səviyyəsinə düşüb.

Səudiyyə Ərəbistan neftin qiymətini dəstəkləmək üçün daxili günlük hasilat həcmini sentyabrın sonunadək 1 mln barelə endirib.

Cari həftənin gözləntiləri: (Brent)

- Artım hədəfləri: 90.00, 95.00

- Eniş hədəfləri: 83.00, 79.00

Cari həftənin gözləntiləri: (WTI)

- Artım hədəfləri: 86.00, 90.00

- Eniş hədəfləri: 80.00, 76.00

Valyuta bazarında baş verən ən son yeniliklərdən xəbərdar olmaq üçün bizi “Telegram” kanalımızda izləyin!

https://t.me/uforex_az

Ətraflı məlumat üçün sorğu göndərin

Sizin sorğunuz uğurla göndərildi

Foreks bazarının həftəlik təqvimi və analitikası 14.08.23 - 20.08.23

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi

Foreks bazarının həftəlik təqvimi və analitikası 14.08.23 - 20.08.23

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi

"UTrader"də daha sərfəli komissiyalarla ticarətə başlayın!

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi

Foreks bazarının həftəlik təqvimi və analitikası 14.08.23 - 20.08.23

Təşəkkür edirik!

Sorğunuz uğurla göndərildi