Foreks bazarının həftəlik təqvimi və analitikası 10.04.23 - 16.04.23

Ötən həftə maliyyə bazarlarında yüksək volatillik müşahidə olundu.

Belə ki, Avstraliya Ehtiyat Bankı faiz dərəcəsində dəyişiklik etməsə də,

Yeni Zelandiya Ehtiyat Bankı faiz dərəcəsini gözlənildiyi kimi 25 deyil, 50 baza vahidi qədər yüksəltdi.

ABŞ əmək bazarının gözləntiləri isə qismət müsbət istiqamətdə açıqlandı.

Cari həftə Kanada Bankı faiz dərəcəsi ilə bağlı qərarını açıqlayacaq.

UForexcari həftənin mühüm xəbərlərini Sizin nəzərinizə çatdırır:

Avrozona

13 aprel

10:00 – Almaniya-İstehlakçı Qiymət İndeksi (mart)

AMB inflyasiyanın baza vahidinin yüksək olması fonunda faiz dərəcəsini yüksəltməyə davam edə bilər.

Mayın 4-də keçiriləcək toplantıda yeni bir addım atılacağı gözlənilməsə də,

iyun toplantısında faiz dərəcəsinin 25 baza vahidi qədər yüksələcəyi ehtimal olunur.

Cari həftənin gözləntiləri:

- Artım hədəfləri: 1.1030, 1.1200

- Eniş hədəfləri: 1.0780, 1.0600

Böyük Britaniya

12 aprel

17:00 – İngiltərə Bankının sədri Beylinin çıxışı;

23:15 – İngiltərə Bankının sədri Beylinin çıxışı.

13 aprel

10:00 – Ümumi Daxili Məhsul Göstəricisi (fevral);

10:00 – Təkrar emal sektorunda istehsal həcmi (fevral).

Ötən həftə açıqlanan məlumatlara görə, Brexit sonrası Avropa ilə davam edən gərginlik qismən zəifləyəcək.

Belə ki, Avropadan Britaniyaya ixrac olunan malların yoxlanış qaydalarında yumşalmalar olacağı gözlənilir.

Bu açıqlama funtu dəstəkləsə də, dollara nisbətdə dayanıqlılıq üçün kifayət qədər güclü olmayıb.

Cari həftənin gözləntiləri:

- Artım hədəfləri: 1.2700, 1.3000

- Eniş hədəfləri: 1.2260, 1.2000

ABŞ

12 aprel

16:30 – İstehlakçı Qiymət İndeksi (mart);

18:30 – Xam neft ehtiyatları;

22:00 – FOMS toplantı protokolu.

13 aprel

16:30 – İşsizlik müavinətləri üzrə ilkin müraciətlərin sayı;

16:30 – İstehsalçı Qiymət İndeksi (mart).

14 aprel

16:30 – Pərakəndə Satış Həcmi (mart).

Ötən həftə ABŞ əmək bazarında açıqlanan göstəricilər nisbətən ziddiyyət yaradıb.

Belə ki, işsizlik səviyyəsində geriləmə müşahidə olunsa da,

yeni iş yerlərində qismən azalma qeydə alınıb.

Cari həftə FOMS-un protokolu açıqlanacaq.

Eyni zamanda dərc olunacaq inflyasiya göstəriciləri FED üçün növbəti qərar qəbulunda əsas göstərici ola bilər.

Cari həftənin gözləntiləri:

- Artım hədəfləri: 102.50, 103.00

- Eniş hədəfləri: 101.00, 100.50

Kanada

12 aprel

18:00 – Kanada bankının pul-kredit siyasəti ilə bağlı hesabatı;

18:00 – Uçot faiz dərəcəsi ilə bağlı açıqlam;

19:00 – Kanada Bankının mətbuat konfransı.

Ötən həftə USD\CAD cütlüyü artım istiqamətində hərəkətini bərpa edib.

Kanada Bankı cari həftə uçot faiz dərəcəsi ilə bağlı qərarını açıqlayacaq.

Proqnozlara görə, faiz dərəcəsi dəyişdirilməyəcək və 4.50% səviyyəsi cari ilin sonunadək saxlanılacaq.

Cari həftənin gözləntiləri:

- Artım hədəfləri: 1.3680, 1.3800

- Eniş hədəfləri: 1.3350,1.3250

Avstraliya

13 aprel

05:30 – Məşğulluq göstəricisi (mart).

Ötən həftə Avstraliya Ehtiyat Bankı tərəfindən dərc olunan hesabatında qeyd olunub ki,

Avstraliya Bankları hazırda dayanıqlıdırlar və yüksək likvidliyə malikdirlər.

Ölkənin inflyasiya səviyyəsi hələ də yüksəkdir və dünya iqtisadi böhranından sığortalanmayıb.

Ölkənin tikinti sektorunda yüksək gərginlik hələ də davam etməkdədir.

Cari həftənin gözləntiləri:

- Artım hədəfləri: 0.6800, 0.6900

- Eniş hədəfləri: 0.6550, 0.6400

Qızıl

Cari ilin ilk rübü qızıl üçün çox dinamik olub və nəticə olaraq 7.9% bahalaşma müşahidə olunub.

Son 3 ay ərzində gəlirlilik göstəricisinə görə qızıl ilk sırada olmasa da,

müşahidə olunan yüksək volatillik səbəbilə qızıl investorlar üçün maraqlı olub.

Eyni zamanda, Dünya Qızıl Birliyi rüblük hesabatını açıqlayıb.

Qeyd olunan müddətdə Almaniyanın qızıl ehtiyatı azalsa da,

Çinin ehtiyatları 24.9 t, Türkiyənin 22.5 t, Özbəkistanın 8.1t, Kazaxıstanın 13.1t artıb.

1-cı rüb ərzində ən böyük qızıl alışını-51.5t Sinqapur icra edib.

Cari həftənin gözləntiləri:

- Artım hədəfləri: 2020.00, 2050.00

- Eniş hədəfləri: 1950.00, 1900.00

Neft

OPEK-in neftin hasilat həcminin azaldılması istiqamətində qərarını açıqlamasından sonra yanacaq bazarında gərginlik yaşanır.

OPEK-in bu addımı neftin qiymətinin 80 $ üzərində qalmasını dəstəkləyir.

Belə ki, ehtimallara görə bu qərar əsasında 2023-cü ilin sonunadək neftin 100$ səviyyəsində stabilləşəcəyi ehtimal olunur.

Cari həftənin gözləntiləri: (Brent)

- Artım hədəfləri: 88.00, 92.00

- Eniş hədəfləri: 80.00, 76.00

Cari həftənin gözləntiləri: (WTI)

- Artım hədəfləri: 83.50, 88.00

- Eniş hədəfləri: 75.00, 70.00

Valyuta bazarında baş verən ən son yeniliklərdən xəbərdar olmaq üçün bizi “Telegram” kanalımızda izləyin!

https://t.me/uforex_az

Ətraflı məlumat üçün sorğu göndərin

Sizin sorğunuz uğurla göndərildi

Foreks bazarının həftəlik təqvimi və analitikası 10.04.23 - 16.04.23

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi

Foreks bazarının həftəlik təqvimi və analitikası 10.04.23 - 16.04.23

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi

İnvestisiya xidmətləri üçün müraciət edin!

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi

Foreks bazarının həftəlik təqvimi və analitikası 10.04.23 - 16.04.23

Təşəkkür edirik!

Sorğunuz uğurla göndərildi