Unicapital-dan investorların maarifləndirilməsi istiqamətində böyük addım
Unicapital İnvestisiya Şirkəti “Bunu ki, ən yaxşı sən bilirsən!” sloqanı ilə investisiya sahəsində son zamanlarda tez-tez rast gəlinən problemi özünəməxsus formada işıqlandırıb.
Şirkət investorların qeyri-real təkliflərə aldanmaması və investisiya məlumatlılığının artırılması üçün sosial videoçarx hazırlayıb.
Videoda ölkəmizdəki investisiya sahəsində yaşanan problemlərə ilk dəfə emosional yanaşılaraq, atanın övladını böyütməsi və bu zaman ərzində bütün uğurlarda sevinib, məğlubiyyətlərdə məyus olmaması, sonda gələcək uğura inanmasının analogiyası kimi öz əksini tapıb.
https://youtu.be/qVBTrgsRaDo?si=HT-4fonVVTgg375v
Günümüzdə süni intellekt və texnologiyanın inkişafı, paralelində investorların aldanması halının artmasına gətirib çıxarıb.
Çarxı əhalinin bu hallara qarşı məlumatlandırılması istiqamətində atılan ilk və uğurlu addım kimi qiymətləndirmək olar.
Nəzərinizə çatdıraq ki, “Unicapital” 17 ildən artıqdır ki, investisiya xidmətləri göstərən lider şirkətlər sırasında qərarlaşıb.
Şirkətin builki prioriteti gənclərin və əhalinin maliyyə və investisiya sahəsində maarifləndirilməsi üzrə innovativ layihələrə imza atmaqdır.
Xatırladaq ki, “Unicapital.İ.Ş” ASC-nin nizamnamə kapitalı 100%-lik “Unibank”KB ASC-ə məxsusdur.
Ətraflı məlumat üçün sorğu göndərin
Sizin sorğunuz uğurla göndərildi
© 2024 Unicapital İnvestisiya Şirkəti ASC.
Bütün hüquqlar qorunur.