ABB səhmlərinə abunə yazılışı daha rahat oldu
“Unicapital” İnvestisiya Şirkəti Leobank ilə birgə bir ilkə imza atdı.
Artıq istifadəçilər Leobank mobil tətbiqi üzərindən rahatlıqla, onlayn formada ABB səhmlərini əldə edə biləcəklər.
Bu Unicapital İ.Ş-nın rəqəmsal investisiya həllərinə verdiyi ilk töhfə deyil. Şirkət maliyyə bazarlarında ticarəti təmin edən, ilk doğma dilli UTrader platformasının yaradılması və Leobank mobil tətbiqində səhm və kriptovalyutaların onlayn formada alışı funksiyasının aktivləşdirməsi ilə daima innovativ həllərlə, ölkəmizdəki investisiya sahəsinin inkişafına təkan verir.
Xatırladaq ki, ABB səhmlərinin ilkin kütləvi satışının (IPO) keçirilməsi sentyabr ayında nəzərdə tutulub. Nominal dəyəri 0,27 azn təşkil edən səhmlərin yerləşdirilməsi rəqabətli hərrac üsulu ilə Bakı Fond Birjasında keçiriləcəkdir. Ətraflı: https://unicapital.az/leobank-ile-abb-sehmleri/
Ətraflı məlumat üçün sorğu göndərin
Sizin sorğunuz uğurla göndərildi
© 2024 Unicapital İnvestisiya Şirkəti ASC.
Bütün hüquqlar qorunur.