Azərbaycanda istiqrazlara artan marağın səbəbi

Azərbaycanda istiqrazlara artan marağın səbəbi haqda suallarımıza “Unicapital İnvestisiya Şirkəti”ASC-nin “Anderraytinq” şöbəsinin rəhbəri Elmidar Şirinzadə aydınlıq gətirib. Müsahibimiz kapital bazarlarına investisiyanın üstünlükləri mövzusuna da toxunub.

Son zamanlar kapital bazarlarında istiqrazlarla əlaqədar müşahidə edilən canlanmanı nə ilə əlaqələndirirsiniz?

Bildiyiniz kimi, son zamanlarda kapital bazarlarında korporativ istiqrazlar və dövlət istiqrazları alışında əhəmiyyətli dərəcədə canlanma müşahidə edirik. Məsələyə həm emitentlər (borclanan tərəf), həm də investorlar (borc verən) tərəfdən yanaşmaq faydalı olardı.

Belə ki, emitentlər səhmlərini və istiqrazlarını kütləvi bazarda ticarətə buraxaraq kapital bazarlarının faydalarından geniş istifadə edirlər. Bu faydaları daha böyük müstəvidə araşdırsaq görərik ki, girov predmetinin olmaması, əsas vəsaitin annuitet metodla deyil, müddətin sonunda ödənilməsi, xalis aktivlərin iki misli həcmində borclanma imkanları emitentləri stimullaşdıran amillərdəndir. Kapital bazarları emitentlərə götürülən vəsaitin həcmi və müddət faizi kimi mövzularda sərbəstlik tanıyır. Həmçinin şirkətlər kapital bazarlarında tanınaraq kifayət qədər müsbət reputasiya və kredit reytinqi əldə edirlər. Bu da öz növbəsində növbəti buraxılışlarda daha aşağı faizlə və daha uyğun şərtlərlə borclanmaya zəmin yaradır.

Nəzərinizə çatdırmaq istərdim ki, Bakı Fond Birjasının (BFB) ilk və ən uzunmüddətli üzvü olan “Unicapital İnvestisiya Şirkəti” ASC qiymətli kağızların yerləşdirilməsi - anderraytinqi üzrə peşəkar xidmət göstərir.

Şirkət son dövrlərdə “Unibank KB” ASC, “AccessBank” QSC, “MAX” MMC, “Ferrum Capital” QSC və “MJ FS BOKT” QSC kimi tanınmış şirkətlərin anderrayteri olmuş, bütün kağızların 100% uğurla birjada yerləşdirilməsini təmin etmişdir.

Həmçinin cari ildə Unicapital “Finca Azərbaycan” QBKT MMC-yə məxsus qiymətli kağızların birjada yerləşdirilməsinə böyük dəstək göstərmişdir.

İnvestorlar nöqteyi-nəzərdən isə həm hüquqi şəxslər, həm də fiziki şəxslər vəsaitlərini dövlət və korporativ sektora investisiya edə bilirlər. Xüsusi ilə son 2 ildə korporativ sektorda olan şirkətlərin bir çoxunun istiqraz emissiyası kapital bazarlarının canlanmasına gətirib çıxarmışdır. İstiqrazlar alternativ investisiya alətlərinə nisbətən alıcılara daha çox seçim imkanı verir. Belə ki, investorlar həm yerli, həm də xarici valyutada bank, bank olmayan kredit təşkilatı (BOKT), müxtəlif maliyyə şirkətləri, istehsal şirkətləri və s. təşkilatların istiqrazlarına yatırım etmək hüququna malikdirlər.

Hal-hazırda kapital bazarında fiziki şəxslər üçün nə kimi investisiya imkanları mövcuddur?

Vergi Məcəlləsində edilmiş dəyişikliyə əsasən, 2023-cü il fevralın 1-dən etibarən, yalnız kütləvi təklif edilmiş və tənzimlənən bazarda ticarətə buraxılmış səhmlər və istiqrazlar üzrə müvafiq olaraq ödənilən dividend, diskont və faiz gəlirləri 5 il müddətinə vergidən azad edilir. Bu isə öz növbəsində fiziki şəxslərin qiymətli kağız alışına birbaşa təsir göstərir.

Xüsusilə qanunun qüvvəyə minməsi qiymətli kağız alıcıları arasında canlanma yaradıb. Faizlərin bank depozitlərinə nisbətdə 3 - 4% yüksək olması, fiziki şəxslərin ödəmə mənbəyindən 10% vergidən azad edilməsi, vaxtından əvvəl istiqrazların yığılmış faizlərlə geri satışının təmin edilməsi və təkrar bazarda baha qiymətə satılma imkanı kimi faktorlar alıcılarda maraq oyadan amillərdəndir.

İstiqrazlara investisiya etmək üçün tələb olunan minimal məbləğ nə qədərdir?

Bu qiymətli kağızlara ediləcək minimal investisiya məbləği alətin nominal qiymətinə əsasən fərqli olur.

Belə ki, Maliyyə Nazirliyinin dövlət istiqrazlarının nominal qiyməti 100 manat, bir çox korporativ istiqrazların nominal qiyməti isə 1 000 manat təşkil edir. Lakin bəzi korporativ istiqraz emissiyası edən şirkətlər fiziki şəxslərin alıcılıq qabiliyyətini nəzərə alaraq nominal qiyməti 100 manat həddində müəyyən etmişdir. Alış zamanı isə 3-cü tərəf (Bakı Fond Birjası, Milli Depozit Mərkəzi və İnvestisiya Şirkətləri) komissiyaları nəzərə çarpmayacaq dərəcədə aşağıdır. Buna görə də cari vəziyyətdə minimal investisiya məbləğini 100 AZN kimi qiymətləndirmək yanlış olmazdı.

İstiqrazları digər sabit gəlirli investisiya alətlərindən fərqləndirən əsas amillər nələrdir?

İstiqrazları sabit gəlirli investisiya alətləri kimi bank depozitləri ilə müqayisə etmək daha məqsədəuyğun olardı. İlk növbədə qeyd etmək lazımdır ki, onların gəlirlilik faizləri dayanıqlı banklara nisbətdə 1.5 dəfə daha yüksəkdir. Kütləvi təklif edilmiş istiqrazlarda vergi güzəştinin olması ümumi gəlirlilikdə 1% dən artıq qazanc təmin edir və bu alət daha likvid hesab edilir.

İstiqrazlara investisiya zamanı alıcıları maraqlandıran əsas məqamlardan biri də, qiymətli kağızı istənilən vaxt qaytarmağın mümkün olub-olmamasıdır.

Hal-hazırda bir çox emitentlər geri alma öhdəliyi götürərək öz qiymətli kağızlarını birjada yerləşdirməyə üstünlük verirlər.

Təbii ki, geri qaytarma müəyyən vaxt çərçivəsində və öncədən razılaşdırılmış opsiyonun icra qiyməti əsasında həyata keçirilir.

Ətraflı məlumat üçün sorğu göndərin

Sizin sorğunuz uğurla göndərildi

Azərbaycanda istiqrazlara artan marağın səbəbi

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi

Azərbaycanda istiqrazlara artan marağın səbəbi

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi

İnvestisiya xidmətləri üçün müraciət edin!

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi

Azərbaycanda istiqrazlara artan marağın səbəbi

Təşəkkür edirik!

Sorğunuz uğurla göndərildi