Foreks bazarının həftəlik təqvimi və analitikası 23.01.2023 - 29.01.2023

Ötən həftə maliyyə bazarlarında nisbi dinamika müşahidə olundu.

Türkiyə bankı uçot faiz dərəcəsində dəyişikliyə getmədi.

Cari həftə Kanada bankı pul-kredit siyasəti ilə bağlı açıqlama verəcək.

UForexcari həftənin mühüm xəbərlərini Sizin nəzərinizə çatdırır:

Avrozona

23 yanvar

21:45 – AMB-nın sədri Laqardın çıxışı.

24 yanvar

12:30 – Almaniya – İstehsal sektorunda Biznes Aktivliyi indeksi (yanvar);

13:45 – AMB-nın sədri Laqardın çıxışı.

25 yanvar

13:00 – Almaniya – Biznes əhval-ruhiyyəsi indeksi (yanvar).

27 yanvar

14:30 – AMB-nın sədri Laqardın çıxışı.

Avro ötən həftə qeyri-stabil dinamika sərgilədi.

Həftənin əvvəlində AMB-nın faiz dərəcəsi ilə bağlı siyasətində müəyyən geri addımlar atacağı haqda yayılan məlumatlar əsasən avro nisbətən ucuzlaşsa da,

həftənin 2-ci yarısında bank nümayəndələrinin açıqlamaları yayılan xəbərləri təqzib etdi.

Bank tərəfindən cari iqtisadi durum nəzarətdə saxlanılır.

Cari həftənin gözləntiləri:

- Artım hədəfləri: 1.1055, 1.1225

- Eniş hədəfləri: 1.0700, 1.0580

Böyük Britaniya

24 yanvar

13:30 – Xidmət sektorunda Biznes Aktivliyi indeksi;

13:30 – İstehsal sektorunda Biznes Aktivliyi indeksi.

Funt artıq ardıcıl bir neçə həftədir ki, yüksələn istiqamətdə hərəkətini davam etdirir.

Belə ki, qlobal fonda stabilliyin qismən bərpa olunması və eləcə də,

ölkə daxili təzyiqin qismən zəifləməsi funtun 1.28 qiymət sərhəddi üzərində möhkəmlənəcəyi siqnalını gücləndirir.

Cari həftənin gözləntiləri:

- Artım hədəfləri: 1.2550, 1.2750

- Eniş hədəfləri: 1.2050, 1.1830

ABŞ

25 yanvar

19:30 – Xam neft ehtiyatları.

26 yanvar

17:30 – Ümumi Daxili Məhsul göstəricis (4-cü rüb).

17:30 – İşsizlik müavinətləri üzrə ilkin müraciətlərin sayı.

Dollar indeksi 8 aylıq minimum səviyyəsində ticarət olunur.

ABŞ-da iqtisadi artım göstəriciləri yüksəlməkdədir.

Bu da öz növbəsində FES-in aqressiv siyasətinə təsir göstərə bilər.

İndeks ötən ilin son 3 ayı ərzində 7.7%-lik enişdən sonra cari ilin ilk ayında artıq 1.3% dəyər itirib.

Cari həftənin gözləntiləri:

- Artım hədəfləri: 103.00, 104.80

- Eniş hədəfləri: 100.00, 98.70

Kanada

25 yanvar

19:00 – Uçot faiz dərəcəsi ilə bağlı qərar;

19:00 – Kanada bankının pul-kredit siyasəti ilə bağlı hesabat dərci;

20:00 – Kanada bankının mətbuat konfransı.

Kanada dolları ötən həftəni qismən artım istiqamətində tamamlayıb.

Cari həftə Kanada bankının açıqlaması artım istiqmətini dəstəkləyə bilər.

Belə ki, ehtimallara görə, bank faiz dərəcəsini 25 baza vahidi qədər yüksəldə bilər.

Cari həftənin gözləntiləri:

- Artım hədəfləri: 1.3500, 1.3700

- Eniş hədəfləri: 1.3300, 1.3200

Avstraliya

25 yanvar

04:30 – İstehlakçı Qiymət indeksi (4-cü rüb).

Avstraliya dolları ötən həftənin 4-cü günü dərc olunan dekabr ayı üçün Məşğulluq göstəricisi fonunda 0.56% dəyər itirsə də,

həftənin son iş günü artım istiqamətini bərpa edərək 0.17% bahalaşdı.

Cari həftənin gözləntiləri:

- Artım hədəfləri: 0.7060, 0.7230

- Eniş hədəfləri: 0.6850, 0.6680

Yeni Zelandiya

25 yanvar

01:45 – İstehlakçı Qiymət indeksi (4-cü rüb).

Yeni Zelandiyanın Baş naziri ötən həftə fevral ayının əvvəlində istefa verəcəyi məlumatını açıqladı.

Bu fonda Yeni Zelandiya dollarının 0.47% dəyər itirməsinə baxmayaraq, həftə sonu itgiləri bərpa edə bilib.

Cari həftənin gözləntiləri:

- Artım hədəfləri: 0.6525, 0.6670

- Eniş hədəfləri: 0.6300, 0.6180

Qızıl

Qızıl artıq 5-ci həftədir ki artım istiqamətində hərəkətini davam etdirərək təqribən 0.5 % dəyər qazanıb.

Bu artımı dəstəkləyən başlıca səbəb, FES-in pul-kredit siyasətində daha yumşaq addımlara keçməsi ehtimalının güclənməsidir.

Gözləntilərə görə, FES fevral toplantısında faiz dərəcəsini 25 baza vahidi qədər artıra bilər.

Bu halda, qızıl artım istiqamətini davam etdirə bilər.

Cari həftənin gözləntiləri:

- Artım hədəfləri: 1950.00, 2000.00

- Eniş hədəfləri: 1880.00, 1840.00

Neft

Ötən həftənin cümə günü ABŞ Maliyyə Nazirliyinin açıqlamasına görə,

Böyük yeddiliyin Rusiya neftinə öncədən təyin etdiyi yüksək qiymət sərhəddinə mart ayında yenidən baxış keçirə bilər.

Qeyd edək ki, öncədən təyin olunan qiymət sərhəddi fevralın 5-dən qüvvəyə minəcək.

Ötən ilin 5 dekabrında Böyük yeddilik, Avropa Birliyi ölkələri və Avstraliya,

Rusiya neftinin daşınmasını təmin edən şirkətlərə hər barelə görə maksimum qiymət sərhəddi olaraq 60$ təyin etmişdir.

Cari həftənin gözləntiləri: (Brent)

- Artım hədəfləri: 92.00, 99.00

- Eniş hədəfləri: 79.00, 72.00

Cari həftənin gözləntiləri: (WTI)

- Artım hədəfləri: 87.00, 95.00

- Eniş hədəfləri: 73.00, 66.00

Valyuta bazarında baş tutacaq bütün xəbərlərdən gündəlik olaraq məlumatlı olmaq üçün “Telegram” kanalımızı izləyin!

https://t.me/uforex_az

Foreks bazarının həftəlik təqvimi və analitikası 23.01.2023 - 29.01.2023

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi

Foreks bazarının həftəlik təqvimi və analitikası 23.01.2023 - 29.01.2023

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi

İnvestisiya qərarlarını ekspertlərə həvalə edib, stabil gəlir əldə edin.

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi

Foreks bazarının həftəlik təqvimi və analitikası 23.01.2023 - 29.01.2023

Təşəkkür edirik!

Sorğunuz uğurla göndərildi