Foreks bazarının həftəlik təqvimi və analitikası
Ötən həftə maliyyə bazarlarında yüksək volatillik müşahidə olundu.
Belə ki, həm AMB, həm də Kanada bankı uçot faiz dərəcəsini 75 baza vahidi qaldırmaqla FES-in siyasətinə qarşı çıxdılar.
Həmçinin, OPEK+ neft hasilatı həcmini azaltmaq qərarına gəlib.
Cari həftə diqqət mərkəzində İngiltərə bankından gələn faiz dərəcəsi qərarı, eyni zamanda ABŞ-da açıqlanacaq inflyasiya göstəriciləri olacaq.
UForexcari həftənin mühüm xəbərlərini Sizin nəzərinizə çatdırır:
13 sentyabr
13:00 – Almaniya – İqtisadi əhval-ruhiyyə indeksi.
16sentyabr
13:00 – İstehlakçı Qiymət indeksi (avqust).
Ötən həftə, AMB, tarixində ilk dəfə, iri həcmli artıma imza atdı.
Belə ki, faiz dərəcəsi 75 baza vahidi artırılaraq, 1.25% çatdırıldı.
Lakin bu AMB üçün son addım olmayacaq, belə ki faiz dərəcəsi üçün “neytral” səviyyə 1.50% hesab edilir.
Cari həftənin gözləntiləri:
- Artım hədəfləri: 1.0100, 1.0260
- Eniş hədəfləri: 0.9930, 0.9850
12 sentyabr
10:00 – Ümumi Daxili Məhsul göstəricisi;
10:00 – Təkrar emal sənayəsində istehsal həcmi.
13 sentyabr
10:00 – İşsizlik müavinətləri üzrə müavinətlərin sayı (avqust);
14 sentyabr
10:00 – İstehlakçı Qiymət indeksi (avqust).
15 sentyabr
15:00 – Uçot faiz dərəcəsi ilə bağlı qərar (sentyabr);
15:00 – Pul-kredit siyasəti ilə bağlı Komitənin toplantı protokolu.
16 sentyabr
10:00 – Pərakəndə Satış Həcmi (avqust).
Ötən həftə Britaniya kraliçanın vəfatı xəbəri ilə sarsıldı.
Lakin bu xəbər funtun hərəkətinə əsaslı təsir göstərmədi.
Ötən həftə İngiltərə bankının pul-kredit siyasəti ilə bağlı toplantısında sədr Beyli açıqlamasında bildirdi ki,
inflyasiya üzrə təyin olunan məqsədə çatmaq bank üçün ən önəmli məsələdir.
Yüksək inflyasiya hazırda enerji böhranından qaynaqlanır.
Belə ki, İngiltərə qazın yüksək qiymətindən əziyyət çəkir.
Əsas məqsəd fiskal siyasətə riayət etməkdir.
Xatırladaq ki, cari həftə faiz dərəcəsi ilə bağlı qərar qəbul olunmalıdır.
Lakin matəmlə əlaqədar olaraq, bu toplantı 1 həftə sonraya ertələnə bilər.
Cari həftənin gözləntiləri:
- Artım hədəfləri: 1.1730, 1.1930
- Eniş hədəfləri: 1.1400, 1.1250
13 sentyabr
16:30 – İstehlakçı Qiymət indeksi (avqust).
14 sentyabr
16:30 – İstehsalçı Qiymət İndeksi (avqust);
18:30 – Xam neft ehtiyatları.
15 sentyabr
16:30 – İşsizlik müavinnətləri üzrə ilkin müraciətlərin sayı;
16:30 – Pərakəndə Satış Həcmi (avqust).
Ötən həftə FES rəhbəri Pauelin çıxışı pul-kredit siyasətində sərt addımların davam edəcəyinə işarə oldu.
Belə ki, investorların gözləntilərinə görə, FES faiz dərəcəsini sentyabr toplantısında 50, noyabr toplantısında isə 25 baza vahidi qədər qaldıracaqdısa,
Pauelin çıxışından sonra bu gözlənti dəyişərək sentyabr üçün 75, noyabr üçün isə 50 baza vahidinə yüksəldi.
FES 2021-ci ildə artan inflyasiyaya qarşı səthi yanaşmasının müqavilində cari ildə ard-arda sərt addımlara davam etməkdədir.
Cari həftənin gözləntiləri:
- artım hədəfləri: 110.00, 112.00
- eniş hədəfləri: 108.00, 107.00
2022-ci ilin ilk yarısında sürətli enişdən sonra qızıl iyul ayında stabilləşsə də, avqust ayında yenidən enişə keçid etdi.
Avqust ayında iyul ilə müqaisədə qızıl 3.4% dəyər itirərək 1706 $ sərəhədlərində ticarət olunurdu.
Yüksələn faiz dərəcələri fonunda bütün maliyyə bazarları, o cümlədən əlvan metalların qiyməti təzyiq altında qalmaqda davam edir.
Cari həftənin gözləntiləri:
- Artım hədəfləri: 1750.00, 1785.00
- Eniş hədəfləri: 1695.00, 1675.00
Neft ötən həftə dəyişkən hərəkətlilik sərgilədi.
Belə ki, həftənin ilk yarısı təqribən 6% enişdən sonra həftə sonuna doğru artımı bərpa edə bildi.
Enişin əsas səbəbi, Çinin Covid-lə bağlı siyasətinin davam etməsidir.
Neft mart ayında yaşanan maksimum pik səviyyəsindən təqribən 50$ geri dönüş edib.
ABŞ neft institutunun ötən həftə açıqlamasına görə, xam neft ehtiyatları 3.6$ mln barel artıb.
Cari həftənin gözləntiləri: (Brent)
- Artım hədəfləri: 97.00, 103.000
- Eniş hədəfləri: 89.00, 85.00
Cari həftənin gözləntiləri: (WTI)
- Artım hədəfləri: 92.00, 98.00
- Eniş hədəfləri: 81.00, 77.00
Valyuta bazarında baş tutacaq bütün xəbərlərdən gündəlik olaraq məlumatlı olmaq üçün “Telegram” kanalımızı izləyin!
Ətraflı məlumat üçün sorğu göndərin
Sizin sorğunuz uğurla göndərildi
© 2024 Unicapital İnvestisiya Şirkəti ASC.
Bütün hüquqlar qorunur.