İnvestorlar üçün yenilik: daha çevik və rahat “Trading Portal”!

İnvestorlar üçün yenilik: daha çevik və rahat “Trading Portal”!
Unicapital olaraq müştərilərimizə daha rahat, çevik və funksional ticarət mühiti təqdim etmək üçün Trading Portal veb-platformasını yeniləmişik. Yeni interfeys daha intuitivdir, analiz və əməliyyatlar isə indi daha sürətlidir.
Aşağıda Trading Portal-ın əsas üstünlükləri ilə tanış ola bilərsiniz:
Sadə naviqasiya
Əsas menyu vasitəsilə Pul balansı, Portfel və İcmal bölmələrinə sürətli keçid mümkündür. Optimallaşdırılmış interfeys sayəsində bütün məlumatlara asanlıqla çıxış əldə edə bilərsiniz.
Seçilmişlər paneli və Multidiaqramlar
Bazarın müxtəlif istiqamətlərini eyni anda izləmək indi daha rahatdır. ABŞ, Kanada, Honkonq və digər ölkələrin alətlərinin siyahısını, qrafiklərini və real vaxt rejimindəki qiymət dəyişikliklərini vahid ekranda analiz edə bilərsiniz. Bu funksiya bazar analizini daha operativ və effektiv edəcək.
“Treyd et” pəncərəsi – əməliyyatlarda maksimum rahatlıq
Sözügedən pəncərə əməliyyatların sürətli icrası üçün nəzərdə tutulub. Burada:
- fərqli vidcetlər əlavə edə;
- şablonlar yarada;
- qrafikləri tam öz tərzinizə uyğunlaşdıra bilərsiniz.
Sürətli keçid paneli (Short Cut)
Sürətli əməliyyatlar üçün qısayol panelidir. Bu bölmədən bir kliklə əsas funksiyalara daxil ola bilərsiniz:
- Yeni sifariş (New Order) – yeni əməliyyat yaratmaq
- Sifarişlər (Orders) – mövcud sifarişləri izləmək
- Mövqelər (Positions) – açıq mövqeləri izləmək
- Alqı-satqılar (Trades) – icra olunmuş əməliyyatlara baxış
- Diaqram (Chart) – alət üzrə qrafiki açmaq və s.
İnkişaf etmiş qrafiklər
“Advanced Chart” bölməsi peşəkar investorların tələblərinə uyğun hazırlanıb. Texniki analiz alətləri, göstəricilər, müxtəlif qrafik növləri sayəsində bazarı daha dərindən təhlil etmək mümkündür.
Vidcetlər paneli:
- İdarəetmə paneli (Dashboard) – bir neçə alətin alış və satış qiymətlərini eyni anda izləməyə və sifariş yerləşdirməyə keçid etməyə imkan verir;
- Multdiaqram (Multi-Chart) – eyni anda dörd və daha çox alətin qrafiklərini izləmək imkanı;
- Bazar dərinliyi (Market Depth) – alış və satış səviyyələrinin dərinliyinin analizi və bazar likvidliyinin izlənməsi.
Triqqer/ Xəbərdarlıq funksiyası (Trigger/Alert) – müəyyən qiymət səviyyələrinə və ya bazar dəyişikliklərinə əsasən xəbərdarlıq yaratmaq imkanı.
Market Movers –Bazarda ən çox hərəkət edən alətləri – yəni ən çox artan və azalan instrumentləri – real vaxt rejimində izləyə bilərsiniz.
Hesabat pəncərəsi
- Ticarət tarixçəsi – keçmiş əməliyyatların tam siyahısı və detallı baxış imkanı
- Əməliyyatlar haqqında hesabat–hesab hərəkətləri və balans məlumatlarının ətraflı təqdimatı
- Aktivlər üzrə icmal – aktivlərin ümumi icmalı və portfel dəyərləndirilməsi
- Mənfəət və zərər– gəlir və zərərin dinamik izlənməsi
- Korporativ tədbirlər –dividendlər, bölünmələr və digər korporativ hadisələrə dair məlumatların izlənilməsi və vaxtında xəbərdarlıq.
Ətraflı məlumat üçün sorğu göndərin
Sizin sorğunuz uğurla göndərildi.
© 2025 Unicapital İnvestisiya Şirkəti ASC.
Bütün hüquqlar qorunur.