"Unibank" ailəsinin üzvü olan "Unicapital İnvestisiya Şirkəti" ASC daha bir beynəlxalq proqramda iştirakını uğurla tamamlayıb
Proqramın əsas hədəfi yerli maliyyə sisteminin sabitliyini artırmaqdır. Əsas maraqlı tərəflərin - Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB), Avropa İttifaqının (Aİ) və Türkiyənin Xəzinədarlıq və Maliyyə Nazirliyinin böyük dəstəyi ilə proqramın nəticələri Unicapital şirkətinin dayanıqlığının və davamlılığının daha da gücləndirilməsinə yol açacaq.
Layihə çərçivəsində - Unibank Qrupunun strateji inkişaf prioritetlərinə uyğun olaraq şirkətin təşkilati strukturu qəbul edilib, biznes prosesləri və əsas funksiyaları optimallaşdırılıb, riskə əsaslanan idarəetmənin təşkili təmin edilib. Layihənin nailiyyətləri yeni məhsul və xidmətlərin yaradılmasına, şirkətin davamlı inkişafına və Qrup daxilində sinerji ilə vahid strateji idarəetmənin gücləndirilməsinə xidmət edəcəkdir.
Unicapital İnvestisiya Şirkəti (100% payı "Unibank KB” ASC- yə məxsusdur) 2007-ci ildən bəri Azərbaycanda geniş çeşiddə investisiya xidmətləri təqdim edir. Şirkət davamlı olaraq əməliyyatlarının həcminə görə yerli fond bazarının iştirakçıları arasında lider mövqelərini qoruyub saxlamağa müvəffəq olur.
Unicapital İŞ Azərbaycanda ən yaxşı investisiya xidmətləri təminatçısı və innovativ nailiyyətlərinə görə çoxsaylı beynəlxalq mükafatlara, o cümlədən, Böyük Britaniyanın “International Finance” jurnalının araşdırmasına görə “Azərbaycanın Ən İnnovativ Maliyyə Təşkilatı – 2021”, “Azərbaycanda Ən Yaxşı Forex Provayderi – 2021”, “Azərbaycanın Ən Yaxşı İnvestisiya Şirkəti – 2020” mükafatlarına layiq görülüb.
Unicapital İŞ investorlara 15,000-dən çox maliyyə aləti ilə həm yerli, həm də 17-dən çox xarici maliyyə bazarlarına çıxış imkanı yaradır. Strateji innovasiyaların bir hissəsi olaraq, 2022-ci ildə şirkət ilk yerli, doğma dilimizdə tərtib edilən çox alətli ticarət platforması olaraq – “UTrader”-i təqdim edib.
Ətraflı məlumat üçün sorğu göndərin
Sizin sorğunuz uğurla göndərildi
© 2024 Unicapital İnvestisiya Şirkəti ASC.
Bütün hüquqlar qorunur.