Unibankın 20 milyon manatlıq istiqrazları uğurla yerləşdirilib

7 sentyabr 2023-cü il tarixində Bakı Fond Birjasında "Unibank Kommersiya Bankı" ASC-nin kapital bazarında növbəti istiqraz buraxılışını qeyd etmək məqsədi ilə “Açılış Zəngi” mərasimi keçirilib.

Tədavül müddəti 12 ay, nominal dəyəri 100 manat və 20,000,000 manat həcmində olan, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlar birjada premium bazar seqmentində “Unicapital İnvestisiya Şirkəti”nin dəstəyi ilə 100% uğurla yerləşdirilib. İstiqrazın illik faiz dərəcəsi 11,5%, faiz ödəniş tezliyi isə 3 aydan bir təşkil edir.

“Açılış Zəngi”nin çalındığı tədbirdə emitent qismində "Unibank K.B." ASC, emitentin anderrayteri “Unicapital İ.Ş.” və Bakı Fond Birjasının nümayəndələri iştirak etmişdir.

Onlar qeyd olunan istiqrazların korporativ qiymətli kağızlar bazarında maliyyə alətlərinin diversifikasiyasına səbəb olmaqla investorlar üçün daha geniş imkanların olduğu münbit investisiya mühitinin formalaşmasında müstəsna rolu olacağını bildiriblər .

İnvestorlar tərəfindən böyük maraqla qarşılanan “Unibank İstiqrazları”nın hərracı zamanı 52 investor tərəfindən 52 sifariş təqdim edilmişdir. Hərracda iştirak edə bilməyən şəxslər “Unicapital İ.Ş” müraciət edərək qiymətli kağızları təkrar bazardan əldə edə bilərlər.

Müraciət üçün: https://unicapital.az/elaqe/

Qeyd edək ki, 30 ildən çoxdur ki, ölkənin ən köklü kommersiya banklarından biri olaraq fəaliyyət göstərən “Unibank K.B.", eyni zamanda Azərbaycanda ilk dəfə olaraq “mobile-only” (filialsız bank - Leobank) prinsipini tətbiq edən qurumdur.

Ətraflı məlumat üçün sorğu göndərin

Sizin sorğunuz uğurla göndərildi

Unibankın 20 milyon manatlıq istiqrazları uğurla yerləşdirilib

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi

Unibankın 20 milyon manatlıq istiqrazları uğurla yerləşdirilib

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi

"UTrader"də daha sərfəli komissiyalarla ticarətə başlayın!

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi

Unibankın 20 milyon manatlıq istiqrazları uğurla yerləşdirilib

Təşəkkür edirik!

Sorğunuz uğurla göndərildi