Unicapital ADA Universitetinin karyera sərgisində iştirak etdi

Maliyyə dünyasında peşəkar tərəfdaş kimi tanınan Unicapital İnvestisiya Şirkəti ADA Universitetində təşkil edilən XIV Karyera Sərgisində fəal iştirak edərək gənc istedadlarla bir araya gəlib.

Tələbə və məzunların əmək bazarına inteqrasiyasını dəstəkləyən tədbir çərçivəsində Unicapital maliyyə və investisiya sahəsində karyera imkanlarını gənclərlə bölüşüb.

Ümumilikdə 150-yə yaxın şirkətin və 350-dən çox insan resursları mütəxəssisinin qatıldığı tədbirdə Unicapital-ın stendi iştirakçıların böyük marağına səbəb olub. Unicapital nümayəndəsi gənclərlə fəal ünsiyyət quraraq onlara maliyyə bazarları, investisiya sahəsində karyera imkanları və şirkətin fəaliyyət istiqamətləri barədə məlumat təqdim edib. Həmçinin potensial namizədlərin sualları cavablandırılıb, sektorun inkişaf dinamikası və bu sahədə tələb olunan bacarıqlar barədə praktiki tövsiyələr verilib.

Unicapital-ın Karyera Sərgisində iştirakı şirkətin gənc istedadların potensialının üzə çıxarılmasına verdiyi önəmi və maliyyə sektorunda peşəkar kadrların formalaşmasına töhfə vermək məqsədini bir daha nümayiş etdirib. Şirkət gələcəkdə də universitetlərlə əməkdaşlığını genişləndirərək gənclərin karyera inkişafına dəstək göstərməyi hədəfləyir.images.png

Ətraflı məlumat üçün sorğu göndərin

Sizin sorğunuz uğurla göndərildi.

Unicapital ADA Universitetinin karyera sərgisində iştirak etdi

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi.

Unicapital ADA Universitetinin karyera sərgisində iştirak etdi

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi.

UForex-də güzəştli ticarət şərtlərini kəşf edin!

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi

Unicapital ADA Universitetinin karyera sərgisində iştirak etdi

Təşəkkür edirik!

Sorğunuz uğurla göndərildi.